"Putin 1,2 trilyon pul, 5 milyon əsgər itirməlidir ki…"
Digərləri 07 Yan 2025 09:18:00 86 0
Rusiya Baş nazirinin keçmiş müavini Alfred Kox Rusiyanın 2022-ci ilin fevralında başlayan Ukraynaya qarşı irimiqyaslı hərbi təcavüzünün nəticələri ilə bağlı fikirlərini bölüşüb.
Bu xəbəri də oxu: Deputata ağır itki
Son.az axar.az-a istinadən Alfred Koxun yazısını təqdim edir:
Müharibədən iki il üç yüz on beş gün keçdi. Müharibənin Öyrənilməsi İnstitutunun bugünkü xəritələri yalnız bir istiqamətdə - Pokrovsk üzərində rusların yavaş irəliləyişini göstərir.
Və bu irəliləyiş haqqında, daha doğrusu, bu irəliləyişin necə baş verdiyi barədə bu gün yazmaq istərdim. Son bir neçə həftə ərzində ruslar Ukraynanın neçə kvadrat kilometr torpağını işğal etdilər, onların irəliləyiş sürəti necədir, bu sürət necə dəyişir, nə vaxt yüksək idi, nə vaxt aşağı idi və s. haqqında danışmaq birdən-birə çox dəbdə olmağa başladı.
Bu gün Ukraynanın "Militarny" saytı rusların 2024-cü ilin iyun-dekabr ayları arasında irəliləyişini belə təqdim edir:
İyun - 100 km²/ay və 3,4 km²/gün
İyul - 160 km²/ay və 5,2 km²/gün
Avqust - 370 km²/ay və 12 km²/gün
Sentyabr - 400 km²/ay və 13,4 km²/gün
Oktyabr - 560 km²/ay və 18,7 km²/gün
Noyabr - 610 km²/ay və 20,3 km²/gün
Dekabr - 510 km²/ay və 16,45 km²/gün.
Rusların hücum sürətinin tədricən artmağına baxmayaraq, qeyd etmək lazımdır ki, dekabr ayında bu sürət düşüb. Lakin mənim fikrimcə, əsas məsələ bu deyil. Əsas odur ki, hətta belə sürətlər (hətta noyabr sürətləri belə) ruslara Ukraynanın strateji baxımdan mühüm bir hissəsini qısa müddətdə işğal etmək ümidini vermir.
Yaddan çıxarmamaq lazımdır ki, Ukraynanın ümumi ərazisi 600 min km²-dən bir az çoxdur. Bu günə qədər ruslar 20%-ni, yəni təxminən 120 min km²-ni işğal ediblər. Krım (27 min km²) onlara mübarizə aparmadan təslim olub. Bundan əlavə, 2022-ci il fevralın 23-də Rusiya faktiki olaraq ODRLO (Donetsk və Luqansk vilayətlərinin müəyyən əraziləri) bölgəsini nəzarət altında saxlayırdı, yəni əlavə 43 min km². Beləliklə, təxminən üç il ərzində ruslar işğal ərazilərinə yalnız 50 min km² əlavə ediblər, yəni Ukraynanın 8,3 faizi.
Azərbaycan Mərkəzi Bankı (AMB) 7 yanvar tarixindən etibarən valyuta məzə
Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində suitilərin �
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Bakı metrosunda hərəkət intervalında gecikmələr olur.
AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərni
Yeni Ermənistan tarixində, Ermənistan dövlətə çevrildikdən sonra bu ölk
Ölkəyə xaricdən maşın gətirilməsində əsas məqamın gömrük ödəniş
Soğan qədimdən bəri həm müalicəvi xüsusiyyətləri, həm də qida dəyə
İran İsraillə birbaşa münaqişədə uğursuzluğa düçar olandan sonra nö
Aktrisa Qonca Vuslateri yeni fotosu ilə gündəm olub.
Paltar yuyarkən düzgün miqdarda yuyucu vasitə istifadə etmək həm paltarla
Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması