“Xətai” metrosunda eskalator dayandı Araşdırmalar başladı
Digərləri 04 Yan 2025 16:49:00 72 0
Dünən saat 19:25-də "Xətai" stansiyasında sərnişinin eskalatorun "Stop" açarını sıxması nəticəsində eskalatorun dayandırılmasının və nəticədə qarşısında sıxlıq yaranmasının səbəblərinin araşdırılmasına başlanılıb.
Bu xəbəri də oxu: Dünyanın ən populyar “iPhone”larından biri "köhnəlmiş" hesab olundu
Son.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin bu gün yaydığı məlumatında deyilir.
Bildirilir ki, eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilib: "Baxış nəticəsində texniki problem olmadığı, dayanmanın "Stop" açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilib. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunub. Qeyd edilməlidir ki, "Stop" açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda, eskalatorun dayandırılmasını təmin edir".
QSC qeyd efir ki, hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilib.
Xatırladırıq ki, "Stop" düyməsinin əsassız sıxılması İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.
"Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişin təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.
Həmçinin eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır", -- "Bakı Metropoliteni" qeyd edir.
"Hər şey atamla gözəl idi. Ondan sonra nə ad günü keçirirəm, nə d
Ötən ilin 31 dekabrında Tovuzda baş verən yol qəzasında xəsarət alan qa
Arxeoloqlar Xəzər dənizi sahillərində 18-19-cu əsrlərdə batmış gəmi a
Sosial şəbəkədə 91 nömrəli avtobusla bağlı yayılan görüntülərə g�
Bir neçə gündür vəziyyəti ağır olan Azər Baxşəliyev vəfat edib.
2025-ci ildə Azərbaycanda təhsil sahəsində bir sıra yeniliklər gözlənil
Azərbaycanda təxminən 10 ilə yaxındır "ayıq sürücü" xidməti
Yaponiyada dünyanın ən qoca sakini sayılan Tomiko İtooka 116 yaşında vəf
Günəşdə altı güclü partlayış olub, onlardan biri ən yüksək X sinfin�
34 yaşlı sosial media fenomeni Yekaterina Badulina soyuqladığını düşün�
Cəlilabad rayonunda iki avtomobil toqquşub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə ed
Ərdəbildə hökumət muzdlularının son təxribatından sonra milli fəallar