Müəllimlərə şad xəbər maaşlar artırıla bilər
Digərləri 04 Yan 2025 16:00:00 93 0
2025-ci ildə Azərbaycanda təhsil sahəsində bir sıra yeniliklər gözlənilir.
Bu xəbəri də oxu: Məşhur şirkət Türkiyədə PUA istehsal edəcək
Son.az xəbər verir ki, modern.az gözlənilən yeniliklərlə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub.
O qeyd edib ki, gözləntilər arasında ən vacibi müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır:
"Yaxın günlərdə müəllimlərin əmək haqqının artırılması istiqamətində addımlar atılmalıdır. Hazırda ölkədə orta aylıq müəllim maaşı 500-600 manat təşkil edir. Bu rəqəm müasir iqtisadi reallıqlara uyğunlaşdırılmalı və 2025-ci ildə minimum 800 manata çatdırılmalıdır".
Ekspet bildirir ki, digər gözlənti müəlimlərin sertifikasiya imtahanları ilə bağlıdır. "Bilirsiz ki 2022-ci ildən başlayan bu proses ökədə orta məktəblərin inkişafına xüsusilə töhvə verir. 2025-ci ildə bir sıra digər fənlər üzrə də sertifikasiya imtahanları olacaq"- deyə Kamran Əsədov qeyd edib.
Bu il məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndiriləcəyi də gözlənilir. Kamran Əsədov bildirir ki, "Ölkəmizdə 30 faizə qədər uşaq məktəbəqədər təhsilə cəlb olunurdusa, bu il bu istiqamətdə biz xoş rəqəmləri görə biləcəyik".
Azərbaycanın ali təhsil müəssisələrinin bu ilin iyul ayında yeni reytinqinin açıqlanması da yeni gözləntilər sırasındadır. Ekspert qeyd etdi ki, indiyə qədər açıqlanan ümumi reytinqlər deyil, sadəcə müxtəlif sahələr üzrə hesablamalar idi.
Bu il qəbul plan yerlərində də artım olacaq. Xüsusilə Qarabağ Universitetində qəbul yerlərinin artması gözlənilir. Həmçinin Kamran Əsədov bildirir ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə qəbul plan yeri ən azı 60 mindən yuxarı olacaq.
"Bu təhsilin əlçatanlığına kifayət qədər müsbət təsir göstərəcək", - ekspert vurğulayıb.
Azərbaycanda təxminən 10 ilə yaxındır "ayıq sürücü" xidməti
Yaponiyada dünyanın ən qoca sakini sayılan Tomiko İtooka 116 yaşında vəf
Günəşdə altı güclü partlayış olub, onlardan biri ən yüksək X sinfin�
34 yaşlı sosial media fenomeni Yekaterina Badulina soyuqladığını düşün�
Cəlilabad rayonunda iki avtomobil toqquşub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə ed
Ərdəbildə hökumət muzdlularının son təxribatından sonra milli fəallar
Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Yanvar ayının ilk günlərində ölkə ərazisində sinoptik vəziyyətlə əl
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində maşın piyadanı vuraraq
Azərbaycanda məhkum cəzaçəkmə müəssisəsində ölüb.
Ötən ilin dekabr ayının sonunda Aktau şəhəri yaxınlığında qəzaya uğ
ABŞ-nin Nyu-Orlean şəhərində törədilmiş terror aktının yeni təfərrü