"Bəzən toy sahibləri xahiş edirlər ki, "Barbi" imicində gəlim"
Şou-biznes 04 Yan 2025 18:12:00 78 0
"Çoxları elə bilirlər ki, toyda hər kəs nə istəsə, oxuya bilər. Xeyr, bu, belə deyil. Toyun toy repertuarı var, səhnənin səhnə. Toyda da səhnə alırsan. Klassik mahnıları da toyda oxumaq lazımdır. Mənim də toy repertuarım var, klassik repertuarım da. Vaxt olub ki, toylarda ancaq klassik mahnılar oxumuşam. Öncədən mənə siyahı veriblər ki, Tofiq Quliyevin, Emin Sabitoğlunun mahnılarını oxuyun. Bugünkü toyları da görürük də. Milli dəyərlərin qorunub-saxlanılması artıq müşkül məsələyə çevrilib. Amma pisi deyəndə yaxşını da demək lazımdır. Elə müğənnilərimiz var ki, sırf öz repertuarları ilə, klassik mahnılarla toy aparırlar".
Bu xəbəri də oxu: Nigarın Azərin dostlarından xahişi...
Son.az moderator.az-a istinadən xəbər verir ki, bunu Əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.
O daha sonra imicindən danışıb:
"Xəyyam Nisanovun anası ABŞ-yə gedəndə mənim üçün gözəl geyimlər gətirirdi. Mən də onları geyinirdim. Uşaqlar məni kuklaya bənzədirdilər. O vaxtdan da mənə "Barbi" dedilər və o adla da qaldım. Bu gün məni bəzi efirlərdə və tədbirlərdə "səhnəmizin Barbisi" deyə təqdim edirlər. Bu mənə xoş gəlir. Çünki imic yaratmışam və bu imici səhnəyə daşıya bilmişəm. Hətta bəzən toy sahibləri deyirlər, xahiş edirlər ki, bu imicdə gəlin toya".
Sənətkar əl işlərini qoymağa artıq yer tapa bilmədiyini də deyib.
"Bəzən xanımlar deyirlər ki, filan şeyi bacarmıram, filan əşyanı düzəldə bilmirəm. Vallah, xanımlar hər şeyi bacarırlar. Nəsə bacarmayan xanım yoxdur, onu etmək istəməyən xanım var. Mən artıq illərdir, əl işləri düzəldirəm. Bunu hər kəs bilir. Şou-biznesdəki ulduzların əksəriyyəti əl işlərimi alıb. Bəzilərinə özüm hədiyyə etmişəm. O qədər əl işlərim, geyimlərim var ki, onlara artıq yer tapmıram. İki otaq geyimim var. Geyimlərimin eskizlərini modelyerlərə özüm verirəm", - R.Allahverdiyeva bildirib.
Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və A�
"AnewsZ" telekanalı dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri y
İspaniyadan olan turist qadın Tailandda filin hücumuna məruz qalıb və həy
Türk Hava Yollarında təyyarə ekipajının 2025-ci il üçün maaş cədvəli
Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpi
"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) Bakı-Balakən-Bakı reysi
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraya
Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş birinci m
Dünən saat 19:25-də "Xətai" stansiyasında sərnişinin eskalatoru
"Hər şey atamla gözəl idi. Ondan sonra nə ad günü keçirirəm, nə d
Ötən ilin 31 dekabrında Tovuzda baş verən yol qəzasında xəsarət alan qa
Arxeoloqlar Xəzər dənizi sahillərində 18-19-cu əsrlərdə batmış gəmi a
Sosial şəbəkədə 91 nömrəli avtobusla bağlı yayılan görüntülərə g�