Kibercinayətkarlıqla mübarizədə universal səviyyədə mühüm hüquqi addım atıldı


Digərləri 02 Yan 2025 12:10:00 78 0

Kibercinayətkarlıqla mübarizədə universal səviyyədə mühüm hüquqi addım atıldı

24 dekabr 2024-cü il tarixində BMT çərçivəsində beş il davam edən, xüsusi ad hoc Komitə çərçivəsində həyata keçirilən gərgin hazırlıq işlərini tamamlanaraq,  193 iştirakçı-dövlətin səsverməsi nəticəsində qlobal əhəmiyyətə malik "İnformasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı mübarizə üzrə" Beynəlxalq Konvensiya konsensusla qəbul edildi. Bu addım transmilli cinayətkarlıgın ən təhlükəli növlərindən olan kibercinayətlərlə mübarizədə universal səviyyədə çoxtərəfli əməkdaşlığın təşviq edilməsi, müxtəlif dövlətlərin hüquq-mühafizə qurumlarının qarşılıqlı fəaliyyətinin təmin olunması, virtual məkanda insan hüquqları və fundamenatal azadlıqların qorunması, müvafiq cinayətlərin milli qanunvericilikdə təsbit edilməsi üçün hüquqi standartlar və definisiyaların müəyyən edilməsi uçun möhkəm hüquqi zəmin yaradır. 

Konvensiyanın 68 məddədən ibarət olmasına rəğmən, onun əhəmiyyəti daha geniş miqyasda qiymətləndirilməlidir. İlk növbədə, qeyd etmək lazımdır ki, bu beynəlxalq müqavilə XXI-ci əsrdə nəhəng potensiala malik informasiya-kommunikasiya texnologiyalarının cinayətkar fəaliyyət məqsədləri üçün istifadəsinin hüquqi vasitələrlə qarşısının alınması üçün qlobal beynəlxalq platforma rolunu oynayır. İkincisi, müxtəlif dövlətlərin cinayət qanunveiriciliyində kibercinayətlərin tərkiblərinin yeni konvensiyanın müddəalarına uyğunlaşdırılması cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərinin səmərli həlli üçün fövqaladə əhəmiyyət daşıyır. Məsələn, Konvensiya iştirakçıları dövlətdaxili qanunvericilikdə müvafiq əməlləri kriminallaşdıran zaman qeyd edilən beynəlxalq müqavilənin 7-17-ci maddələrində nəzərdə tutulan (informasiya-kommunikasiya texnologiyaların istifadəsi ilə saxtakarlıq və ya oğurluq; cihazların qanunsuz istifadəsi; elektron məlumatların qasdən və qanunazidd zədələnməsi, dəyişdirilməsi, bloklanması;  cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması və s.) cinayət əməllərinin definisiyalarından faydalana bilərlər. 

Üçüncüsü, Konvensiyanın qəbul edilməsinin əsas məqsədlərindən biri də dövlətlərin kritik informasiya infrastrukturu, yəni dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən və funksionallığının pozulması dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin qorunmasının təmin edilməsi və cinayət cəhdlərinin qarşısının alınmasıdır. 

Dördüncüsü, müasir dövrdə rəqəmsal aktivlərin "blokçeyn" kimi qeyri-mərkəzləşmiş şəbəkələrdə dövriyyəsi mühüm iqtisadi əhəmiyyət kəsb edərək və  həmçinin investisiya məqsədləri üçün maraqlı platforma olsa da, eyni zamanda müxtəlif cinayətkar məqsədlər - cinayət yolu ilə əldə edilən vəsaitlərin  leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, maliyyə fırıldaqçılığı kimi əməllərin törədilməsi üçün də isifadə oluna bilər. Bu cür əməllərin qarşısının alınması, onlarla  mübarizədə cinayət hüququ vasitələrinin səmərəli istifadə olunması və geniş miqyasda qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. 

BMT səviyyəsində qəbul olunan konvensiya qlobal miqyasda - universal və regional səviyyədə kibercinayətkarlıqla mübarizə sahəsində formalaşan hüquqi sistemin ən mühüm elementlərindən biri kimi fəaliyyət göstərəcək və onun səmərəliliyi əhəmiyyətli dərəcədə dövlətlərin transmilli cinayətkarlığın qarşısın alınmasında birgə fəaliyyətindən asılı olacaq.     

Son.az Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Naxçıvan MR Nazirlər Kabineti 350 minlik avtomobillər alır like
  • 02 Yan 12:03  
Digərləri Naxçıvan MR Nazirlər Kabineti 350 minlik avtomobillər alır

Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabineti xidməti minik avtomobil

arrow Ətraflı
Qar yağıb, 10 dərəcə şaxta olub  FAKTİKİ HAVA like
  • 02 Yan 11:45  
Digərləri Qar yağıb, 10 dərəcə şaxta olub FAKTİKİ HAVA

Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə

arrow Ətraflı
Tovuzda yanğın  ölən var like
  • 02 Yan 11:35  
Digərləri Tovuzda yanğın ölən var

Tovuzda ölümlə nəticələnən yanğın olub.

arrow Ətraflı
Böyrək xəstəliyinin əlamətləri hansılardır?  Əgər bunlar baş verirsə... like
  • 02 Yan 11:32  
Digərləri Böyrək xəstəliyinin əlamətləri hansılardır? Əgər bunlar baş verirsə...

Böyrək xəstəliyinin əlamətləri fərqli ola bilər və xəstəliyin mərh�

arrow Ətraflı
Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib like
  • 02 Yan 11:29  
Digərləri Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovu

arrow Ətraflı
Bu gün Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür like
  • 02 Yan 11:05  
Digərləri Bu gün Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.

arrow Ətraflı
Bu telefonlarda "WhatsApp" işləməyəcək  SİYAHI like
  • 02 Yan 10:45  
Digərləri Bu telefonlarda "WhatsApp" işləməyəcək SİYAHI

"WhatsApp" mobil tətbiqində növbəti yenilənmə olub.

arrow Ətraflı
Dünyanın ən zəngin adamı  400 milyard dollarlıq sərvətin sahibi görün kim olub like
  • 02 Yan 10:30  
Dünya Dünyanın ən zəngin adamı 400 milyard dollarlıq sərvətin sahibi görün kim olub

Dünyanın ən zəngin adamı tarixən müxtəlif dövrlərdə dəyişib, amma �

arrow Ətraflı
Trampın otelinin qarşısında partlayış  Maskdan bomba iddiası like
  • 02 Yan 10:09  
Dünya Trampın otelinin qarşısında partlayış Maskdan bomba iddiası

ABŞ-də 20 yanvarda prezidentlik kürsüsünə oturmağa hazırlaşan Donald T

arrow Ətraflı
Naxçıvanda əhaliyə sevindirici xəbər  12,4 milyon manat ayrıldı like
  • 02 Yan 09:55  
Digərləri Naxçıvanda əhaliyə sevindirici xəbər 12,4 milyon manat ayrıldı

Əlincəçaydan su götürən və Naxçıvan Muxtar Respublikasının Culfa rayo

arrow Ətraflı
İranda güclü zəlzələ oldu like
  • 02 Yan 09:46  
Digərləri İranda güclü zəlzələ oldu

İranda 4,6 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Ərdoğanın yaşlı qadına cavabı maraqla qarşılandı like
  • 02 Yan 09:39  
Dünya Ərdoğanın yaşlı qadına cavabı maraqla qarşılandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda qocalar evində yaşl�

arrow Ətraflı