Ermənilər Papikyanı ələ salırlar: “Bakıya çatan kimi zəng et”
Digərləri 31 Dek 2024 18:52:00 87 0
Ermənistanın hazırkı müdafiə naziri Suren Papikyana ölkəsində birmənalı münasibət yoxdur. Onun fəaliyyəti erməni cəmiyyətdə müxtəlif reaksiyalar doğurur. Həm sosial mediada, həm də müxtəlif xəbər platformalarında Suren Papikyanın bəzi hərəkətləri və açıqlamaları zaman-zaman ciddi şəkildə tənqid olunur, o, lağ obyektinə çevrilir və ələ salınır.
Bu xəbəri də oxu: 2025ci ildə bürcləri nələr gözləyir? Hazırlıqlı olun
Bu tənqidlər və ələsalmalar xüsusilə onun dövlət və ictimai mövqelərdəki fəaliyyəti ilə bağlı ortaya çıxan narazılıqlardan sonra daha da artıb. İnsanlar həm sosial şəbəkələrdə, həm də mətbuatda Papikyanın müəyyən addımlarını və bəzi mülahizələrini gündəmə gətirərək, ona qarşı aşağılayıcı fikirlər səsləndirirlər. Bəzi sosial şəbəkə istifadəçiləri Papikyanı açıqlamalar verərkən, hansısa davranışlar nümayiş etdirərkən insanların kütləvi etirazını nəzərə almamaqda suçlayırlar. Bu da öz növbəsində cəmiyyətdəki qrupların onun qərarlarını düzgün qiymətləndirməməyə səbəb olur. Papikyanın bir neçə dəfə qeyri-adekvat və ya mübahisəli açıqlamalar verməsi ictimaiyyətin ona olan inamını zəiflədib. Həmçinin, müəyyən mühüm məsələlərə müdaxilə etməməsi və ya ordudakı problemləri lazımi şəkildə həll edə bilməməsi onun siyasi imicini sarsıdıb. Papikyanı tənqid edənlər bu cür davranışları bir növ "arxada qalmış və müasir dövrün tələblərinə uyğun olmayan" addımlar kimi qiymətləndirirlər, naziri bacarıqsız, yarıtmaz, baş nazirin "marionetkası" kimi xarakterizə edirlər. Bəzi tənqidçilər isə Suren Papikyanın fəaliyyətinin həm daxili siyasətdə, həm də xarici əlaqələrdə ölkənin mövqeyinə mənfi təsir etdiyini vurğulayırlar. Yaxın gələcəkdə Suren Papikyanın fəaliyyəti ilə bağlı nə baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da, görünən budur ki, onun imici getdikcə pisləşir. Təsadüfi deyil Ermənistanın "Hayeli.am" nəşri də bu günlərdə Papikyanın Facebook səhifəsindəki köhnə paylaşımlarından birini gündəmə gətirib. Həmin paylaşımda Papikyan sabiq Baş nazir və müdafiə naziri Vazgen Sarkisyana xitabən "Bakıya çatacağıq" ifadəsi işlətmişdi. Qarabağ müharibəsini uduzan Ermənistan müdafiə nazirinin "Bakıya çatacağıq" ifadəsi erməni cəmiyyətinin bəzi kəsimlərində ironiyaya səbəb olub.
Facebook istifadəçisi Aram Manukyan Papikyanın paylaşımını öz səhifəsində yerləşdirib və onu ələ salan şərh yazıb: "Bəs hara çatdın? Bakıya çatan kimi mənə zəng et". Sosial mediada artan reaksiya və ictimai tənqidlər, kinayələr siyasətçini daha diqqətli olmağa və öz fikirlərini ifadə etməyi bir qədər daha ehtiyatla həyata keçirməyə məcbur etməlidir. Əks halda, Papikyanın onsuz da yerlə sürünən siyasi karyerasının tezliklə darmadağın olacağı istisna deyil... /modern.az
Bürcünüzə uyğun olaraq hansı sevgiyə ehtiyacınız olduğunu öyrənməy�
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayra
Cənubi Afrikadakı Buffelsfontein mədənində qapalı qalan qeyri-qanuni məd�
Əfqanıstan İslam Əmirliyinin Ali rəhbəri Heybətullah Axundzadə əfqanlar
Consumer Reports ekspertləri ən sərfəli avtomobillərin reytinqini təqdim e
Türkiyənin ustad sənətçisi Gönül Akkor dünyasını dəyişib.
6-7 nəfər canlı yayıma qoşularaq qumar oynayır...
Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində şəhər və rayonlara sə
2024-cü il artıq sona çatır. Paytaxt Bakı şəhərində Yeni il atributlar�
Qarşıdan gələn yanvar ayı üçün qışda modaçılar arasında aktual olac
Türkiyənin məşhur aktrisası Arzum Onan sevgilisi Orkan Özkanla ilk dəfə
Yeni il dünyanı gəzir və əvvəlcə uzaq Sakit Okean adalarının sakinləri
1944-cü ildə nasistlərə və Yaponiyaya qarşı müharibədə qalib gəlmək