Maqnit qasırğası zamanı səhhətdə yaranan problemlərdən xilas edən altı TÖVSİYƏ
Digərləri 03 Yan 2025 15:42:00 85 0
Hazırda Yerdə 5 ballıq şkala üzrə 4-cü sinif (G4) təyin edilmiş güclü maqnit fırtınası müşahidə olunur. Onun insanların, xüsusilə də meteohəssas və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə təsiri bir neçə gün hiss olunacaq.
Bu xəbəri də oxu: Mauro İkardi Vanda Naranı intim videolarını yaymaqla hədələyib
Son.az-ın Aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı terapevt və qastroenteroloq Konstantin Spaxov xəbərdarlıq edib.
Onun sözlərinə görə, maqnit fırtınaları zamanı fəsadlardan qaçmaq üçün bir sıra sadə, lakin effektiv qaydalara əməl etmək lazımdır:
"Birincisi, insan tam yuxusunu almalıdır, lazım gələrsə, gündüz yatmaq olar. Qəhvə, tünd çay və digər oyadıcı içkilərdən uzaq durmaq lazımdır. Həmçinin, həddindən artıq yemək olmaz, yüngül və sağlam qidaya üstünlük verilməlidir", - deyə qastroenteroloq izah edib.
Həkim, həmçinin, narahatlıq və həyəcanı aradan qaldırmaq üçün bitki mənşəli sakitləşdirici vasitələri tövsiyə edib.
"Təmiz havada gəzinti maqnit fırtınalarının orqanizmə təsirini azaltmağa kömək edəcək. Başağrısı varsa, ancaq təzyiq yüksək deyilsə, ağrıkəsici qəbul etmək olar", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Yeri gəlmişkən, qeyd edək ki, G4 səviyyəsi təkcə insanlara təsir etmir, həmçinin, enerji sistemlərinin işində pozuntulara, məsələn, qoruyucu qurğularda yanlış həyəcan siqnallarına və yağ transformatorlarının həddindən artıq qızmasına səbəb ola bilər. Bundan əlavə, peyk və radio rabitəsində pozuntular müşahidə oluna bilər./oxu.az
Qax şəhəri ərazisində yolu keçən 8 yaşlı uşağın vurulması ilə nət
Amerikalı iş adamı İlon Mask FTB-nin ciddi islahatlara ehtiyacı olduğunu b
İlkin Həsəni komada olan dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib.
Bir çox yeməklərin vazkeçilməz ləzzətlərindən biri olan tomat pastası�
Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel
İsveçrədə qatar relslərinin arasına günəş panelləri yerləşdirilir v�
Ötən gün Hacıqabulda "VAZ-2107" və "Mercedes" markalı
Həftənin əvvəlində Keniyada kəndlərdən birinə qırmızı rəngli qaynar
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keç�
Çuvaşiyada şaxta baba geyimində olan şəxs mağaza sahibini güllələyib.
Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübh