Adil Abdullayev Bakıya gətirilən yaralıların müalicəsindən danışdı
Digərləri 26 Dek 2024 19:54:00 83 0
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan şəxslərin müalicəsinin Azərbaycanda davam etdirilməsi məqsədsilə FHN-in xüsusi təyyarəsiylə xəsarət almış şəxslərdən 7 nəfər həkimlərin və psixoloqların müşayiəti ilə Bakıya gətirilib.
Bu xəbəri də oxu: Yaralanan daha 7 nəfər və həlak olan 4 nəfərin nəşi Aktaudan Bakıya gətirilib YENİLƏNİB
Son.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqalədə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev bildirib.
O qeyd edib ki, qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zəruri vasitələrlə təchiz olunmuş FHN-ə aid təyyarəylə, peşəkar psixoloqlar, həkimlər, xilasedicilər və Səhiyyə Nazirliyinin həkimləri Aktau şəhərinə göndərildi.
"Xəsarət almış şəxslərdən 7 nəfər həkimlərin və psixoloqların müşayiəti ilə Bakıya gətirilib. Digər 7 nəfər şəxs hansıların ki, vəziyyətləri qənaetbəxş hesab olunur, onlar AZAL-ın təyyarəsiylə bir qədər sonra Bakıya gətiriləcək. Hazırda gətirilən şəxslərin müalicəsi paytaxtın tibb müəssisələrində davam etdiriləcək", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məh
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərind�
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Aktauda qəzaya uğrayan AZAl-a məxsus sərnişin təyyarəsində olan Mahir Ca
Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım vəhüquqi münasibə
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Suriyadakı müvəqqəti hökumət iki universitetin adını dəyişdirib.
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prez
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabr
"Azərbaycan Hava Yolları" QSC-nin Aktauda qəzaya uğrayan təyyarə
"Təyyarə qəzasında tapılan soydaşlarımın yaxınlarına başsağlı�
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyya