"Vətəndaşın müraciəti zamanı iradı varsa..."
Digərləri 27 Noy 2024 14:08:00 53 0
"Özünüməşğulluq proqramı çərçivəsində verilən bütün aktivlərin, öncəliklə proqrama qəbul edilən hər bir şəxsin elektron kabineti yaradılır. Onların keçdiyi təlim proqramı ilə bağlı elektron kabinetdə məlumatlar olur. Təqdim edilən hər bir aktivin vətəndaş tərəfindən şəxsən qəbul edildiyi videoçəkiliş aparılır və həmin kabinetə yerləşdirilir".
Bu xəbəri də oxu: Pensiyaların hesablanmasında YENİLİK
Son.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçkirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur: "Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli, Qida Təhlükəsizliyi Agentliyinin, baytarlığın sertifikatları, yoxlama, sağlamlıq arayışları orada olur. Əgər avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları olur. Bu sertifikatlarla birlikdə vətəndaş özü şəxsən videoçəkilişlə qəbul edir, hər hansı etirazı olmadığını bildirir və təqdim olunan aktları imzalayır".
S.Babayev əlavə edib ki, videoçəkilişlərin hamısı nazirliyin elektron səhifəsinə açıq şəkildə qoyulur: "Sizə müraciət edən şəxslərin ad-soyadı və FİN nömrəsi ilə elə qəbul zamanı təqdimat prosesinə baxa bilərsiniz. Mən öz vətəndaş qəbullarımda da eyni qaydada edirəm. Vətəndaşın müraciəti zamanı əgər özünüməşğulluq aktivləri ilə bağlı iradı varsa, kompüterdə açıb baxırıq və vətəndaşla birgə analiz edirik. Əlavə olaraq, imzalanmış müqavilə çərçivəsində qeyd olunub ki, bir ay ərzində aktivlərin keyfiyyətində vətəndaşın günahı olmadan baş verən hər hansı pozuntuya görə də ona zəmanət verilir, 30 gün müddətində dəyişdirilir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu
Ülviyyə İlyasovanın 35 yaşlı Bəsti Hacıyevanı liposaksiya əməliyyatı
Bələdiyyənin borca qarşı tarixi qəbiristanlıqdan yer təklifi müzakirəl
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağ
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiy
Paytaxt sakinləri - Adil Xəlil oğlu Nəsirov, Mehriban Əli qızı Nəsirova
Gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması təklif edil
Bir neçə gün bundan əvvəl Mədəniyyət və İncəsənət Universitetinin b
Metro böyük şəhərlərin infrastrukturasının əsas daşıdır. Sürətli n
2030-cu ilə qədər Quba, Masallı, Sabirabad, Şəki, Cəbrayıl rayonlarında
Bazarlar mikro sahibkarların kütləvi şəkildə fəaliyyət göstərdiyi yerd
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Türkiyə dünyanın ən aqressiv ölkələri siyahısında ikinci yerdədir.