Azərbaycanda bank girov qoyulan əmlakları satdı


Digərləri 27 Noy 2024 12:46:00 77 0

Azərbaycanda bank girov qoyulan əmlakları satdı

Paytaxt sakinləri - Adil Xəlil oğlu Nəsirov, Mehriban Əli qızı Nəsirova və Əfqan Atdıxan oğlu Qasımov Yapı Kredi Bank Azərbaycandan şikayətçidir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, şikayətçilər bir müddət əvvəl daşınmaz əmlaklarını sözügedən banka girov qoymaq yolu ilə kredit götürüblər. Amma sonradan kreditin ödənilməsi gecikdiyi üçün bank müştərilərin xəbəri olmadan həmin əmlakları hərraca çıxarıb və girovda olan əmlaklar hərrac yolu ilə satılıb. Əldə olunmuş vəsait bankın hesabına köçürülüb.

Sonradan iddiaçılar banka olan borclarının böyük hissəni ödəyiblər və əmlaklarını geri tələb ediblər. Bank isə əmlaklar satıldığı üçün onların qaytarılmasını qeyri-mümkün hesab edib.

Şikayətçilər iddia ediblər ki, bank onların xəbəri olmadan qanunsuz olaraq əmlakları satıb. Uzun müddət bankla iddiaçılar arasında mübahisə gedib. Lakin ortalıqda əmlak olmadığı üçün tədbir görmək mümkün olmayıb.

Şikayətçilər mənzillərin geri qaytarılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmədə məlum olub ki, əmlaklar üçüncü şəxsə satıldığı üçün tədbir görülməsi mümkünsüzdür. Beləliklə, iddiaçıların şikayəti baxılmamış saxlanılıb.

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, qanuna görə belə hallarda bank vətəndaşa bildiriş göndərməlidir:

"Vətəndaşın xəbəri olmadan satışın həyata keçirilməsi yeni qanunvericiliklə mümkün olan hal deyil. Əgər belə baş veribsə, bu, artıq ciddi qanun pozuntusudur. Vətəndaş məhkəməyə müraciət edib öz hüquqlarını tələb etməlidir. Bankın dəymiş zərəri ödəməsi təmin edilməlidir".

Hüquqşünas Sahib Məmmədov da deyib ki, qanunvericiliyə görə, vətəndaşın xəbəri olmadan girov qoyulan əmlak satışa çıxarıla bilməz:

"Əgər vətəndaş bu prosesdən xəbərsiz olduğunu deyirsə, o, məhkəməyə müraciət etməlidir. Lakin bunda da qazanma şansı azdır, çünki banklar formal olaraq öz işlərini görür".

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankının (AMB) müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində adı çəkilən üç bankdan biridir.

Xatırladaq ki, Yapı Kredi Bank Azərbaycan QSC 11 yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. 2005-ci ilin sentyabr ayında Türkiyədəki "Yapı Kredi Bankası" A.Ş.-də, həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini Yapı Kredi Bank Azərbaycan QSC adı ilə davam etdirir. Yapı Kredi Bank Azərbaycan QSC Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.

Qadınların pensiya yaşı ilə bağlı like
  • 27 Noy 12:35  
Digərləri Qadınların pensiya yaşı ilə bağlı

Gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması təklif edil

arrow Ətraflı
"Onun başı pula qarışıb” like
  • 27 Noy 12:30  
Şou-biznes "Onun başı pula qarışıb”

Bir neçə gün bundan əvvəl Mədəniyyət və İncəsənət Universitetinin b

arrow Ətraflı
Bakı metrosunda 9 yeni stansiya tikiləcək like
  • 27 Noy 12:20  
Digərləri Bakı metrosunda 9 yeni stansiya tikiləcək

Metro böyük şəhərlərin infrastrukturasının əsas daşıdır. Sürətli n

arrow Ətraflı
Bu ərazilərdə like
  • 27 Noy 12:15  
Digərləri Bu ərazilərdə

Cəlilabadın 24 kəndində noyabrın 28-də qazın verilişində məhdudiyyət

arrow Ətraflı
Sahil Babayev AÇIQLADI: Bu rayonlarda olan işsizlər üçün... like
  • 27 Noy 12:10  
Digərləri Sahil Babayev AÇIQLADI: Bu rayonlarda olan işsizlər üçün...

2030-cu ilə qədər Quba, Masallı, Sabirabad, Şəki, Cəbrayıl rayonlarında

arrow Ətraflı
Bu həftə bu 3 bürcün like
  • 27 Noy 12:03  
Digərləri Bu həftə bu 3 bürcün

Bu həftə altı bürc üçün müsbət dəyişikliklər və şanslar vəd olunu

arrow Ətraflı
Bu şəxslər də vergi ÖDƏMƏLİDİR like
  • 27 Noy 11:55  
Digərləri Bu şəxslər də vergi ÖDƏMƏLİDİR

Bazarlar mikro sahibkarların kütləvi şəkildə fəaliyyət göstərdiyi yerd

arrow Ətraflı
ABŞsız müdafiə: Avropa İttifaqı ölkələri qorunmağa like
  • 27 Noy 11:48  
Siyasət ABŞsız müdafiə: Avropa İttifaqı ölkələri qorunmağa

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Dünyanın ən əsəbi ölkələri like
  • 27 Noy 11:43  
Digərləri Dünyanın ən əsəbi ölkələri

Türkiyə dünyanın ən aqressiv ölkələri siyahısında ikinci yerdədir.

arrow Ətraflı
Sahibə Qafarovadan deputatlara İRAD tutdu: Qulaq asdıqca adamı dəhşət bürüyür like
  • 27 Noy 11:40  
Digərləri Sahibə Qafarovadan deputatlara İRAD tutdu: Qulaq asdıqca adamı dəhşət bürüyür

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar i

arrow Ətraflı
Vasif Talıbovun oğlunun rəhbəri olduğu qurum niyə bağlandı? like
  • 27 Noy 11:32  
Digərləri Vasif Talıbovun oğlunun rəhbəri olduğu qurum niyə bağlandı?

Gənclər İdman Nazirliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin k

arrow Ətraflı
Motosikletlə qırmızı işıqdan keçib qəza törətdi like
  • 27 Noy 11:29  
Digərləri Motosikletlə qırmızı işıqdan keçib qəza törətdi

Motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığı

arrow Ətraflı
AQTA sahibkaralara müraciət etdi: like
  • 27 Noy 11:25  
Digərləri AQTA sahibkaralara müraciət etdi:

AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib.

arrow Ətraflı
Ölən şəxsin kimsəsi yoxdursa, cəsədi yandırıla bilər like
  • 27 Noy 11:20  
Digərləri Ölən şəxsin kimsəsi yoxdursa, cəsədi yandırıla bilər

Bu gün dünyanın müxtəlif ölkələrində yüzminlərlə azərbaycanlı yaş

arrow Ətraflı
Kamaləddin Qafarov: “COP29un nəticələri bütün  bəşəriyyətə xidmət edəcək” like
  • 27 Noy 11:15  
Digərləri Kamaləddin Qafarov: “COP29un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”

"BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəf

arrow Ətraflı