Vardanyanın məhkəməsində zərərçəkmiş ekskavator sürücüsü: sağ diz nahiyəmdən xəsarətlər aldım
Siyasət 06 May 2025 16:45:00 87 0
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.
Bu xəbəri də oxu: Belarusun Baş naziri Füzuliyə getdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, ifadə verən zərərçəkmiş şəxs Mehman Həsənov Ağdam rayonunun Mollalar kəndi ərazisində yol inşasının həyata keçirilməsi məqsədilə qazıntı və quruculuq işlərinin aparılması üçün həmin əraziyə ekskavator sürücüsü qismində ezam olunduğunu bildirib.
O qeyd edib ki, iş başında olarkən - ekskavatorun yaxınlığında dayanaraq iş planlaşdırılması etdiyi zaman mərmi partlayışlarının səsləri eşidib, bu zaman gizlənmək üçün yaxınlıqda olan ağaclıq sahəyə hərəkət edib.
Zərərçəkmiş şəxs təxminən 80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəsindən xəsarətlər aldığını və ətrafda olan şəxslərin köməkliyi ilə Ağdam Rayon Mərkəzi xəstəxanasına gətirildiyini deyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Bakıda süni qızlıq pərdəsi satılır.

Avstraliyanın məşhur rok qrupu "Hoodoo Gurus"un ilk üzvlərindən

Müğənni Leyla Rəhimova qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

Mayın 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin m�

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakista

Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respubl

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük K

Mədəniyyət Nazirliyinin nəzdində Mədəni və Yaradıcı Sənayelərin İnk

Hər hansı bir şəxs dünyasını dəyişdikdə yaxınlarını narahat edən �

Son günlər "havhavhav" mahnısı ilə gündəm olan reper saxlanıl�

Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq ye

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya
