Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs dindirildi
Siyasət 06 May 2025 15:03:00 77 0
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.
Bu xəbəri də oxu: İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət etdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, zərərçəkmiş şəxs qismində tanınan Sadiq Baxşıyev ifadə verib. O, ifadəsində Ağdərə rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldığını bildirib. Onun aldığı xəsarət sağlamlığa ağır zərərvurmaya aiddir.
Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya

COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyətinin Braziliyaya i

Liza adı ilə tanınan aktrisa Lalisa Manobal "Met Gala" tədbirind�

Süni intellekt texnologiyalarının gündəlik həyatımıza sürətlə daxil o

Parisdə yaz qoxusu duyulur, amma bu yalnız Yelisey meydanında çiçək açan

Meyxanaçı-müğənni Samirə Yusifqızının qızı Fərəh ağır əməliyya

Yaz aylarının yaxınlaşması ilə birlikdə, dondurma sevənlərin sayının

Okeanlar, həyatla dolu olan geniş ərazilərdir və burada bir çox təhlükə

"Bizimləsən" verilişinə üz tutan şəxsin "Dnt" testini

Müharibə şəraitində bir çox faktor qalibiyyətin və məğlubiyyətin mü�

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksa

Müasir dövrdə ölkələrin iqtisadi inkişafında xidmət sektorunun, xüsusi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Resp
