“Bilsəydim, çoxdan boşanardım”


Şou-biznes 11 Noy 2024 22:31:00 96 0

“Bilsəydim, çoxdan boşanardım”

"Həmin anda mənim üçün faciə görünən pis hadisələri illər keçdikcə deyirəm ki, nə yaxşı olub. Bunlar olmasaydı, bu yaşıma qədər hələ də yuxuda olardım. Arada yaxın dostlarım, tanışlarım deyirlər ki, Lalə, nə qəşəngləşmisən. Deyirəm ki, hə, bilsəydim, çoxdan boşanardım".

Son.az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində Əməkdar artist Lalə Məmmədova deyib. O, şəxsi həyatı ilə bağlı açıqlamalar verib:

"İki övladıma görə heç nəyə peşman deyiləm. Onu da yaşamalıydım ki, bu övladlarım olsun. Bəlkə başqası ilə evlənsəm, bu uşaqlarım olmayacaqdı. Hər halda dünyaya gələn hər kim olsa, mənim parçamdır, onları sevəcəkdim. Lakin indi böyüyən uşaqlarımı görürəm, deyirəm, nə yaxşı ki, onlar var. Bir film var, orada obraz həyat yoldaşına gözəl söz deyir. Söyləyir ki, əvvəllər sənin ananı günahlandırırdım, düşünürdüm ki, o, bizə imkan vermədi. Sonra mən bütün uğurlara imza atırdım ki, sən bunları görüb, necə bir xanım itirdiyinə peşman olasan, bu anı o qədər gözləyirdim ki, rastlaşacağıq, qarşıma çıxacaqsan, mən sənə bu sözləri deyəcəyəm. Sonra xanım deyir ki, bax, indi qarşımdasan, amma deməyə heç bir sözüm yoxdur. İllər keçəndən sonra anladım, ona da içimdə təşəkkür etdim ki, nə yaxşı boşanma qərarı vermişdi. 

Sözsüz ki, təbiət verdiyini geri alır. Əvvəllər düşünürdüm ki, vacib olan insanların bioloji yox, ruhlarının və düşüncələrinin bir tərəzidə uyğun gəlməsidir. Amma zaman keçdikcə görürsən ki... Düzdür, boşanmağımıza bu səbəb olmayıb, lakin bəlkə on il də artıq birgə yaşasaq, bu fərqi görərdik. Öz övladlarımın heç vaxt o yaş fərqi ilə ailə qurmağını istəmərəm. İstər-istəməz özünü göstərir ki, ayrı-ayrı nəsillərdir. Məsələn, uşaqların arasında 8 yaş fərq var. Görürəm ki, böyük qızım fərqlidir, kiçik qızım da başqa cür fərqlidir. Halbuki 20-30 yaş yoxdur aralarında. Lakin o 8 il də özünü göstərir. Çoxları deyir ki, qadın sevəndə gözəlləşir. Mən ona bir əlavə olaraq deyərdim ki, əgər qadın sevərək gözəlləşməsinin bədəlini ağır ödəmirsə, gözəlləşsin. Əgər bu gözəlləşməyin sonunda çöküş, uçurum, dağın başından aşağı enmək varsa, yerində qalsın, heç gözəlləşməsin. Qadın sabahı üçün rahatdırsa, güvənlidirsə, onda gözəlləşir". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Varlı bürclər: "Pulum yoxdur" deyib "göz qaytarırlar" like
  • 11 Noy 22:23  
Digərləri Varlı bürclər: "Pulum yoxdur" deyib "göz qaytarırlar"

Astroloqlar dünyanın ən varlı bürclərini araşdırıblar.

arrow Ətraflı
Özbəkistan Prezidenti Azərbaycana gəlib like
  • 11 Noy 22:15  
Digərləri Özbəkistan Prezidenti Azərbaycana gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də BM

arrow Ətraflı
Bakının girişində postlar quruldu like
  • 11 Noy 22:13  
Digərləri Bakının girişində postlar quruldu

Bakıya giriş hissələrdə müvəqqəti postlar qurulub.

arrow Ətraflı
Esvatininin Baş naziri Azərbaycanda səfərdədir like
  • 11 Noy 22:07  
Digərləri Esvatininin Baş naziri Azərbaycanda səfərdədir

Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini noyabrın 11-də BMT-n

arrow Ətraflı
Emoməli Rəhmonun Azərbaycana səfəri başlayıb like
  • 11 Noy 22:03  
Siyasət Emoməli Rəhmonun Azərbaycana səfəri başlayıb

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 11-də BMT-ni

arrow Ətraflı
Sadır Japarov Azərbaycana gəlib like
  • 11 Noy 22:02  
Siyasət Sadır Japarov Azərbaycana gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 11-də BMT-nin �

arrow Ətraflı
Müqəddəs TaxtTacın Dövlət katibi Azərbaycana gəlib like
  • 11 Noy 21:29  
Digərləri Müqəddəs TaxtTacın Dövlət katibi Azərbaycana gəlib

Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin BMT-nin İqlim D

arrow Ətraflı
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29da iştirak edəcək like
  • 11 Noy 21:20  
Digərləri Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29da iştirak edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso BMT-nin

arrow Ətraflı
BAMF COP29da konfrans təşkil etdi like
  • 11 Noy 21:13  
Digərləri BAMF COP29da konfrans təşkil etdi

BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans tə

arrow Ətraflı
Çexiyanın Baş naziri Azərbaycandadır like
  • 11 Noy 21:06  
Siyasət Çexiyanın Baş naziri Azərbaycandadır

Çexiyanın Baş naziri Petr Fiala BMT-nin İqlim Dəyişmələri üzrə Çərç

arrow Ətraflı
Bu vitaminlər xərçəng riskini ARTIRIR like
  • 11 Noy 20:55  
Digərləri Bu vitaminlər xərçəng riskini ARTIRIR

Amerikalı həkimlər B6 və B12 vitaminlərinin yüksək qəbulu ilə xüsusil�

arrow Ətraflı
7 yaşında 20 milyon dollar qazandı like
  • 11 Noy 20:48  
Dünya 7 yaşında 20 milyon dollar qazandı

Balaca bloger valideynlərinin dəstəyi ilə "YouTube" kanalından 20

arrow Ətraflı
Qalmaqal daha da "ALOVLANDI": "Pulsuz oynadılan meymunsan"  VİDEO like
  • 11 Noy 20:40  
Şou-biznes Qalmaqal daha da "ALOVLANDI": "Pulsuz oynadılan meymunsan" VİDEO

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında ötən

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra sənədlər imzalayacaq like
  • 11 Noy 20:39  
Digərləri İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra sənədlər imzalayacaq

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və tərəfdaşlığı ilə COP

arrow Ətraflı