Ceyhun Bayramov COP29a hazırlıqdan danışıb FOTO
Siyasət 06 Noy 2024 09:59:00 85 0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk_Dövlətləri Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.
Bu xəbəri də oxu: Ermənistan: ümüdsiz olsa da, silahlanır. Niyə?
Milli.AZ xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.
Nazir çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və s. sahələrdə əməkdaşlığın perspektivlərinə, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüs və fikirlərinə toxunub.
XİN rəhbəri həmçinin COP29-a hazırlıq barədə danışıb.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
ABŞ-nin hazırkı vitse-prezidenti və Demokratlar Partiyasından dövlət baş
Azərbaycan Mərkəzi Bankı (AMB) 6 noyabr tarixindən etibarən valyuta məzə
ABŞ-də qızğın seçki keçirilir və hətta səsvermə hüququ olmayanlar da
ABŞ-da prezidentliyə namizədlər olan Donald Tramp və Kamala Harris seçki k
Qanda, damarlarda trombozu müəyyən etmək üçün bəzi analizlər var ki, on
Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlər
ABŞ-də prezidentliyinə namizəd Donald Tramp "tərəddüd edən" ye
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni İcraçı direktor (C
Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfind
Aparıcı Mətanət Əliverdiyeva rəqsi ilə diqqət çəkib.
Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfrans�
Türkiyədə "əsrin fəlakəti" adını alan güclü zəlzələnin iz