Fikir çəkmə, telefona çək! Mobil Filmlərin qəbulu başa çatdı FOTO
Kriminal 04 Noy 2024 20:37:00 99 0
CINEMO Beynəlxalq Mobil Film Festivalına mobil filmlərin qəbulu başa çatdı.
Bu xəbəri də oxu: "TikTok"er xanımlar da tutuldu
Bu barədə Festivalının təsiçisi və direktoru Ruslan Sabirli bu barədə məlumat verib: "1 noyabrdan etibarən Təşkilat Komitəsi tərəfindən CINEMO-ya təqdim olunan filmlərə baxış keçiriləcək, festivalın tələb və şərtlərinə uyğunluğu yoxlanılacaq. Nəticəyə uyğun olaraq qısa siyahı (short-list) hazırlanacaq və bu filmlər filmlər Münsiflər Heyətinə təqdim ediləcək. Hər bir iştirakçıya uğurlar arzulayıram!"
Xatırladaq ki, festivalda beynəlxalq və yerli nominasiyalar mövcuddur:
Beynəlxalq: Ən yaxşı bədii film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx, Ən yaxşı musiqi klipi, Ən yaxşı sosial media vloqu. Yerli (yalnız Azərbaycan): Ən yaxşı bədii film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx.SBRLY tərəfindən keçirilən "Fikir çəkmə, telefona çək" sloqanlı CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və TikTok platformasının dəstəyi ilə keçirilir.
Qaliblərin Mükafatlandırma Mərasimi Mərkəzi Asiya və Qafqaz üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində https://www.tiktok.com/@tiktoklive_eecca canlı yayımlanacaq.
Təqdim edilmiş filmlər arasından Münsiflər Heyəti qalibləri müəyyən edəcək. Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com
Müğənni Kəmalə Qaramollayeva "Rəngarəng" verilişinin qonağı
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direkt
"Noqu Svelo!" rok qrupunun lideri Maksim Pokrovski və ailəsi Federa
Xarici işlər naziri Ceyhun Bayramovla İraqın Baş nazirinin müavini və xar
Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının r
Tehran və Ankara Rusiya sərhədçilərinin geri çəkiləcəyi təqdirdə Erm�
Avroviziya təmsilçimiz Dilarə Kazımova "Günə bax" verilişinin q
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Gürcüstan Prezidenti Salome Zurabişvili sosial mediada Ermənistanla bağlı
Erzurumda polis qəza zamanı həyatını itirib.
Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi b