Yollarda təhlükə yaradan velosipedçilər cərimələnəcək RƏSMİ AÇIQLAMA
Digərləri 04 Noy 2024 21:19:00 110 0
Bildiyimiz kimi, Bakıda bir sıra yollarda velosiped zolaqları çəkilib və çəkilməkdə davam edir. Lakin əfsuslar olsun ki, bir sıra hallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadə etmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyi yoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.
Bu xəbəri də oxu: "Dövlətin pulu iki fırıldaqçı arasında bölüşdürülür"
Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir.
"Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobud şəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsi sürücülərinin həyatlarını təhlükə altına atırlar. Xüsusilə də velosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadə etmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqa zolaqla hərəkət etməsi qadağandır.
Belə hallar aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, həmin sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik", - deyə T.Nəsirli əlavə edib.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsində velosiped idarə edən şəxslər üçün cərimə nəzərdə tutulur.
"Əgər onlar piyadalara mane olarlarsa, 40 manat cərimə olunurlar. Əgər velosiped zolağı varsa, velosipedlər həmin zolaqla hərəkət etməlidirlər, zolaqdan kənarda digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdırlar.
Bu qaydaları pozanlar üçün qanunvericilikdə cərimələr nəzərdə tutulur. Velosiped sürücüləri də qaydalara riayət etməlidirlər", - deyə o əlavə edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Əməkdar artist Lalə Məmmədova bir neçə gündür anonsunu etdiyi layihəsi
Mədəniyyət Nazirliyinin tabeliyindəki "Əsaslı Tikinti və Təchizat&q
23 yaşınadək təhsil alan övladı olan şəxs sosial yardım ala bilər?
Son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki hav
Konyada 16 yaşlı gənc iki mobil telefon müqabilində anasının avtomobilini
2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında (MR) 16 təhsil
Prezident Emmanuel Makronun uğursuz idarəçiliyi, səriştəsizliyi Fransanı
CINEMO Beynəlxalq Mobil Film Festivalına mobil filmlərin qəbulu başa çatd�
Müğənni Kəmalə Qaramollayeva "Rəngarəng" verilişinin qonağı
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direkt
"Noqu Svelo!" rok qrupunun lideri Maksim Pokrovski və ailəsi Federa
Xarici işlər naziri Ceyhun Bayramovla İraqın Baş nazirinin müavini və xar
Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının r