Ərdoğan Bakıya gələcək
Digərləri 03 Noy 2024 17:04:00 114 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gələcək.
Bu xəbəri də oxu: Trend BİA regionun lider KİVi beynəlxalq platformanın məlumatları FOTO
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə liderinin noyabr ayında nəzərdə tutulan səfərlərinin proqramında bildirilir.
Məlumata əsasən, Türkiyə Prezidenti 11-12 noyabr tarixlərində COP29-da iştirak etmək üçün Bakıda olacaq.
Qeyd edilir ki, konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən "Sıfır Tullantı Layihəsi" çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Sosial şəbəkələrdə yayılan görüntü marağa səbəb olub.
Müğənni Şöhrət Məmmədov rayonda da toy edib. Son.az olay.az-a istinad
Vətən müharibəsi qazisi Rusiyada əməliyyatdan sonra ölüb.
Bütün dünyada olduğu kimi, ölkəmizdə elektrikli avtomobillərə maraq art
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin İ
"Nə yaxşı ki, bu ictimai-sosial verilişlər oldu. Amma digər rakursdan
Yeni elektrik avtobuslar Bakı küçələrində görünməyə başlayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış
Son illər uçan naməlum obyektlər haqqında məlumatları ifşa etmək və m�
Ermənistanın müdafiə xərcləri gələn il 20 faiz artaraq 664 milyard dram