Elektrikli avtomobillərin ehtiyat hissələrini


Digərləri 03 Noy 2024 16:30:00 120 0

Elektrikli avtomobillərin ehtiyat hissələrini

Bütün dünyada olduğu kimi, ölkəmizdə elektrikli avtomobillərə maraq artıb. Satış göstəriciləri də bunu sübut edir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə çıxışı zamanı bildirib ki, ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb. Həm ekoloji, həm də iqtisadi baxımdan bu avtomobillər olduqca sərfəlidir. Elektrikli avtomobillər təmiz enerji ilə işlədiyi üçün karbon emissiyalarını azaldır və ətraf mühitə daha az zərər verir. Həmçinin yanacaq xərcləri də ənənəvi daxili yanma mühərrikləri ilə müqayisədə aşağıdır. Lakin müsbət tərəfləri çox olsa da, əhalinin bir qismində elektrikli avtomobillərə inam tam formalaşmayıb. Kimisi şarj stansiyalarının azlığından ehtiyat edir, kimisi usta çatışmazlığından, kimisi də xidmət mərkəzlərinin az olmasından narahatdır.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Məlumat üçün bildirək ki, 2024-cü ilin mart ayında Prezident İlham Əliyev ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin təklifləri əsasında hökumətə bir ay ərzində elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması yerlərini müəyyən etmək tapşırılıb.

Şarj stansiyaları ilə bağlı problem olmayacaq

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, hazırda Bakı və bölgələr üzrə quraşdırılmış şarj aparatlarının sayı 200-ü keçib: "İlin sonuna qədər bu rəqəmin artması planlaşdırılır. Hazırda elektrikli avtomobillərin infrastrukturu ilə bağlı aidiyyəti qurumlar və özəl sektor tərəfindən işlər aparılır. Əvvəllər elektromobillərlə bölgələrə səfər etməyə qorxub çəkinirdiksə, indi rahatlıqla gedə bilirik. Çünki şarj stansiyaları ilə bağlı problem olmayacaq. Biz assosiasiya olaraq avqust ayında elektrikli avtomobillərin böyük bir karvanı ilə Nabrana yürüş etdik. Əyani olaraq göstərdik ki, bir dəfə şarj etməklə, Bakıdan Nabrana gedib, qayıtmaq mümkündür. Həmçinin Qəbələ istiqamətinə də yürüş planlaşdırırıq. Bununla da sübut edəcəyik ki, elektromobillərlə rahatlıqla dağlıq yollara, uzaq məsafəyə getmək mümkündür".

Avtomobildə hansısa problem yarandıqda...

Məlumdur ki, elektrikli avtomobillərlə bağlı sürücüləri narahat edən ikinci məqam ehtiyat hissələrinin azlığı, ixtisaslı usta çatışmazlığıdır. Mütəxəssis bildirir ki, avtomobili rəsmi nümayəndəlikdən aldıqda, onun ustası da, zəmanəti də, ehtiyat hissəsi də olur: "Amma tanımadığınız şirkətlərdən, fərdi şəxslərdən aldıqda, avtomobilin servisə ehtiyacı olan vaxt nə ustasını tapacağıq, nə zəmanət verənini, nə də ehtiyat hissələrini. Çünki avtomobillər müxtəlif növlərdə bazara daxil olur. Bəzən görünüş, marka eynidir, amma onun 2-3 versiyası ola bilər. Bir çox hallarda avtomobildə sıradan çıxan detal məhz bu fərqliliklə bağlı olur. Ona görə də avtomobili rəsmi idxalçıdan almaq məsləhətlidir. Bu zaman avtomobildə hansısa problem yarandıqda, döyüləcək qapını tanıyırsınız. Düzdür, rəsmi idxalçılarla fərdi satanlar arasında qiymət fərqi var. Amma biz artıq pul ödəməklə gələcəkdə yarana biləcək hadisələrdən özümüzü sığortalaya bilirik".

Vətəndaşda elektromobil almağa güvən yaranır

Azərbaycanda tanınmış universitet müəllimi ÖLDÜ like
  • 03 Noy 16:26  
Digərləri Azərbaycanda tanınmış universitet müəllimi ÖLDÜ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin İ

arrow Ətraflı
"Qaranlıq həyatı olan müğənnilərdir, amma üzündə məsumluq var"  VİDEO like
  • 03 Noy 16:21  
Şou-biznes "Qaranlıq həyatı olan müğənnilərdir, amma üzündə məsumluq var" VİDEO

"Nə yaxşı ki, bu ictimai-sosial verilişlər oldu. Amma digər rakursdan

arrow Ətraflı
Dünyanın ən yaxşı like
  • 03 Noy 16:10  
Dünya Dünyanın ən yaxşı

Mexikodakı Handshake Speakeasy barı dünyanın ən yaxşısı kimi tanınıb.

arrow Ətraflı
Bu çay öskürəyə like
  • 03 Noy 15:57  
Digərləri Bu çay öskürəyə

Soyuq havalarda boğaz ağrısı, öskürək bir çox insanı narahat edən hald

arrow Ətraflı
Yeni elektrik avtobuslar Bakı küçələrində like
  • 03 Noy 15:50  
Digərləri Yeni elektrik avtobuslar Bakı küçələrində

Yeni elektrik avtobuslar Bakı küçələrində görünməyə başlayıb.

arrow Ətraflı
“Allahım, sən hər şeyə şahidsən” like
  • 03 Noy 15:47  
Şou-biznes “Allahım, sən hər şeyə şahidsən”

Müğənni Elçin Cəfərov paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Müdafiə Nazirliyinin həftəlik icmalı  VİDEO like
  • 03 Noy 15:46  
Digərləri Müdafiə Nazirliyinin həftəlik icmalı VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Külək ilə bağlı like
  • 03 Noy 15:41  
Digərləri Külək ilə bağlı

Noyabrın 3-ü saat 12:00-a olan məlumata əsasən, qərb rayonlarından başla

arrow Ətraflı
Yadplanetlilərin yerdəki 2 bazası: like
  • 03 Noy 15:31  
Digərləri Yadplanetlilərin yerdəki 2 bazası:

Son illər uçan naməlum obyektlər haqqında məlumatları ifşa etmək və m�

arrow Ətraflı
Ermənistan hərbi xərclərini like
  • 03 Noy 15:22  
Digərləri Ermənistan hərbi xərclərini

Ermənistanın müdafiə xərcləri gələn il 20 faiz artaraq 664 milyard dram

arrow Ətraflı
Türkiyə 3 aylıq turizm gəlirini açıqladı like
  • 03 Noy 15:21  
Digərləri Türkiyə 3 aylıq turizm gəlirini açıqladı

2024-cü ilin iyul-sentyabr aylarında Türkiyənin turizmdən gəliri 23 milyar

arrow Ətraflı
Sürücülər oxusun: noyabrın 4də like
  • 03 Noy 15:11  
Digərləri Sürücülər oxusun: noyabrın 4də

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.

arrow Ətraflı
Elgizə əsəbiləşib efirdən getdi  VİDEO like
  • 03 Noy 14:50  
Şou-biznes Elgizə əsəbiləşib efirdən getdi VİDEO

Aktrisa Sonaxanım Əliyeva və aparıcı Elgiz Əkbər arasında gərginlik yar

arrow Ətraflı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ like
  • 03 Noy 14:48  
Digərləri Metrodan istifadə edənlərin NƏZƏRİNƏ

COP29 konfransı zamanı şəhər mərkəzi və tədbir məkanları istiqamətin

arrow Ətraflı
Badamdar su içində qaldı  VİDEO like
  • 03 Noy 14:30  
Digərləri Badamdar su içində qaldı VİDEO

Badamdar qəsəbəsi, Nurəddin Paşayev küşəsində paylayıcı su borusunda

arrow Ətraflı