Bu dərmanlar sığorta hesabına veriləcək Nərgiz Ağayeva


Digərləri 31 Okt 2024 08:15:00 138 0

Bu dərmanlar sığorta hesabına veriləcək  Nərgiz Ağayeva

Xidmətlər Zərfinin daha geniş və həkimlər tərəfindən istifadəsinin daha rahat olması üçün müəyyən dəyişikliklər planlaşdırılır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

O qeyd edib ki, bu məqsədlə müxtəlif ixtisaslı həkimlərlə silsilə ictimai müzakirələr aparılır.

"Öncədən Səhiyyə Nazirliyinə, TƏBİB-ə, o cümlədən həkimlərin birləşdiyi ictimai birliklərə və assosiasiyalara müraciət etmişik ki, hər ixtisasa uyğun məsləhət gördükləri həkimləri bu prosesə cəlb etsinlər. Bu prosesdə bir çox həkimlər iştirak edir, bizim təklif etdiyimiz dəyişikliklərlə tanış olub öz təklif və tövsiyələrini verirlər. Onu da qeyd edim ki, icbari tibbi sığorta ilə tibbi xidmətlər (XBT-9) Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu baxışı (Proseduraların Təsnifatı) üzərindən tənzimlənərək göstərilir. Proqram təminatında bu kodlar tətbiq edildiyi üçün dəyişikliklər mövcud XBT-9 kodları üzərindən olunub.

Biz kardiocərrahlarla, kardioloqlarla, neyrocərrahlarla ictimai müzakirə keçirdik. Qarşıdakı günlərdə bir neçə digər ixtisas həkimləri ilə görüşlər olacaq. Bu görüşlərdə xüsusilə tibbi sərflərin istifadəsinə və tariflərə nəzər yetirəcəyik.

Bildiyiniz kimi, tibb çox sürətlə inkişaf edir və hər dəfə yeni müalicə metodları, cərrahi müdaxilələr tətbiq edilir, köhnə xidmətlər aktuallığını itirir. Ona görə də mütəmadi olaraq, Xidmətlər Zərfini yeniləməli və dəyişikliklər etməliyik. Bu istiqamətdə işlər gedir. Gələcəkdə icbari tibbi sığortanın təminatına həm dərmanların, həm də bir sıra yeni tibbi xidmətlərin salınması nəzərdə tutulub", - deyə o bildirib.

Xidmətlər Zərfinin tətbiq edildiyi xəstəxanalar

Departament rəhbəri bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində 3315 tibbi xidmət var.

"İcbari tibbi sığortanın qarşıladığı bu xidmətlər vətəndaşlara ödənişsiz təqdim olunur. Vətəndaşlar poliklinika və Ailə Sağlamlıq Mərkəzlərinə qeydiyyat ünvanı üzrə müraciət etməlidir. İxtisaslaşdırılmış tibbi xidmətlərdən istifadə etmək üçün vətəndaş yaşayış və qeydiyyat yerindən asılı olmayaraq, yalnız şəxsiyyət vəsiqəsi ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə, eləcə də, Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzlərinə yaxınlaşa bilər. Bu xəstəxanalarla bağlı Agentliyin saytında (its.gov.az) geniş məlumat yerləşdirilib. Əgər bu xəstəxanalarda hər hansı bir səbəbdən vətəndaşa xidmət göstərilməsi mümkün olmursa, bu zaman ona Agentliklə müqaviləsi olan xəstəxanaya göndəriş verilir".

Xidmətlər Zərfində təminata alınan tibbi xidmətlərdə sığorta limiti

Nərgiz Ağayeva məlumat verib ki, sığorta limiti təqvim ili müddəti ərzində vətəndaşa icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin say həddidir.

"Vətəndaşlar Xidmətlər Zərfinə daxil olan xidmətlərdən tibbi göstəriş olduqda, limitsiz şəkildə yararlana bilərlər. Limit yalnız fizioterapiya və orqan transplantasiyası xidmətlərinə aiddir.

Xidmətlər Zərfində 77 fizioterapiya xidməti var. İl ərzində vətəndaşlarımız icbari tibbi sığorta ilə fizioterapiya xidmətləri üzrə tibb müəssisəsinə 30 dəfə müraciət edə və hər bir müraciət zamanı 3 xidmətdən artıq olmamaq şərtilə istifadə edə bilərlər. Əvvəlki Xidmətlər Zərfində bu say 10 dəfə idi.

Əlavə olaraq, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üçün sığorta limiti tətbiq olunur.

Bu xidmətlərin hər biri üçün ölkə üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu limitlərin formalaşması əhalinin tələbinə uyğun formalaşdırılıb. Hazırda ilin sonuna yaxınlaşırıq və limitlər dolmayıb. Bu isə onu göstərir ki, limitlərin sayı yetərlidir. Əgər tələb çoxalarsa, limitlərin artırılmasına baxıla bilər.

Xidmətlər Zərfində koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatına da limit tətbiq edilirdi. Ötən ildən etibarən artıq bu xidmətlərə tətbiq olunan limitlər aradan qaldırılıb".

Sağlamlıq haqqında arayışın Xidmətlər Zərfinə salınması

N.Ağayeva vurğulayıb ki, vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, ödəniş etmədən tibbi müayinədən keçə bilər.

"Tibbi göstəriş yoxdursa, icbari tibbi sığorta hər hansı müayinənin ödənişini qarşılamır. Arayışın alınmasında isə tibbi göstəriş yoxdur. Ona görə də profilaktik müayinə sayılır və icbari tibbi sığorta təminatına daxil deyil.

"Kənandan boşandın?" şərhinə belə reaksiya verdi: hə boşanıb... like
  • 31 Okt 08:04  
Şou-biznes "Kənandan boşandın?" şərhinə belə reaksiya verdi: hə boşanıb...

Müğənni Aygün Mahmudovanın qayınanasının yazdığı şərh sosial media

arrow Ətraflı
Bakıda anadan azyaşlı övladına qarşı dəhşətli əməl like
  • 31 Okt 07:57  
Digərləri Bakıda anadan azyaşlı övladına qarşı dəhşətli əməl

Bakıda ananın azyaşlı övladına şiddət göstərdiyi iddia olunur.

arrow Ətraflı
Noyabrın 1i saat 11:00dan etibarən... like
  • 31 Okt 07:50  
Digərləri Noyabrın 1i saat 11:00dan etibarən...

Noyabrın 1-i saat 11:00-dan II-XI sinif şagirdlərinin elektron yerdəyişməs

arrow Ətraflı
107 yaşlı qadının buynuzu var  görənlər heyrətdə like
  • 31 Okt 07:42  
Dünya 107 yaşlı qadının buynuzu var görənlər heyrətdə

Alnında 10 santimetrlik buynuzu olan 107 yaşlı Çen adlı çinli qadın "

arrow Ətraflı
Natali Portman İstanbulda görüntüləndi like
  • 31 Okt 07:20  
Şou-biznes Natali Portman İstanbulda görüntüləndi

"Leon" filmində yaratdığı qızcığaz obrazı ilə şöhrət qazan

arrow Ətraflı
Esenyurtun bələdiyyə sədri həbs edildi  terrorçularla əlaqəsi... like
  • 31 Okt 06:59  
Digərləri Esenyurtun bələdiyyə sədri həbs edildi terrorçularla əlaqəsi...

İstanbulun Esenyurt rayonunun bələdiyyə sədri Əhməd Özər həbs edilib.

arrow Ətraflı
Tramp tərəfdarları ilə görüşə zibil maşınında getdi like
  • 31 Okt 06:52  
Dünya Tramp tərəfdarları ilə görüşə zibil maşınında getdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp Viskonsin ştatının Qrin Bey şəh

arrow Ətraflı
Altıncı hissi güclü olan BÜRCLƏR like
  • 31 Okt 06:24  
Digərləri Altıncı hissi güclü olan BÜRCLƏR

Ümumiyyətlə, hər kəs gələcəyi bir az qabaqcadan proqnozlaşdıra bilər.

arrow Ətraflı
Bu libasının 10 min manat qiyməti var like
  • 31 Okt 06:06  
Şou-biznes Bu libasının 10 min manat qiyməti var

Türk aktrisa Hande Erçelin Amerikadakı tədbirə geyindiyi libasın qiyməti

arrow Ətraflı
Sürücülərin nəzərinə!  Mühərriki "dağıdan" like
  • 31 Okt 05:05  
Digərləri Sürücülərin nəzərinə! Mühərriki "dağıdan"

Avtomobil mühərrikini tez sıradan çıxaran dörd səhv mövcuddur.

arrow Ətraflı
55 yaşlı Lopezin tərzi müzakirə yaratdı  FOTO like
  • 31 Okt 04:04  
Şou-biznes 55 yaşlı Lopezin tərzi müzakirə yaratdı FOTO

55 yaşlı müğənni Cennifer Lopez AFI Fest film festivalına mikro yubkada g�

arrow Ətraflı
Dəriyə ən az zərər vuran like
  • 31 Okt 03:03  
Digərləri Dəriyə ən az zərər vuran

Perm Milli Tədqiqat Politexnik Universitetinin kimyaçıları müntəzəm istif

arrow Ətraflı
Bir yatıb, bir dururdular like
  • 31 Okt 02:02  
Şou-biznes Bir yatıb, bir dururdular

Müğənni dostlar Şəbnəm Qəhrəmanova, Türkan Vəlizadə və Zeynəb Həs�

arrow Ətraflı
Üz təmizləmək üçün bütün başqa vasitələri unut  bu üsulu yoxla like
  • 31 Okt 01:01  
Digərləri Üz təmizləmək üçün bütün başqa vasitələri unut bu üsulu yoxla

Üz ləkələrinin təmizlənməsi üçün bir çox təbii bitki və vasitə var

arrow Ətraflı