Günün qoroskopu: peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər
Digərləri 31 Okt 2024 00:01:00 84 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Bu xəbəri də oxu: Çörəyin ziyanları və faydaları Bunları bilmək vacibdir
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - günün ilk yarısı o qədər asan və xoş deyil. Yarımçıq işləri başa vurun, yeni səhvlərə yol verməyin. Emosional olmayın. Radikal qərarlar üçün əlverişli zaman deyil. Avantüralara meylli olmayın, təhlükəli işlərə qatılmayın. Günün ikinci yarısı riskli məşğuliyyət üçün deyil. Ekstremal macəralar aramayın. Yaxınlarınızdan birinin dəstəyi indi xüsusi əhəmiyyət kəsb edir. Əgər bu şəxsə problemlərinizdən danışsanız, sizi narahat edən məsələlərdən açıq bəhs etsəniz, yardımı mütləq alacaqsınız. Sizi çoxdan bəri narahat edən məsələni çözmək imkanları yaranıb. Buğa - günün ilk yarısında qətiyyətli davranmasanız, uğursuzluqlara düçar olacaqsınız. Düşünüb-daşınmaq üçün vaxt tapın. İntuisiyanız iti olacaq. Onun məsləhətlərinə inanmaq olar. İşlərinizdə irəliləmək üçün liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları arxanızca aparın. Günün ikinci yarısında məqsədə çatmaq üçün işlənmiş metodlardan da yararlanmaq olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz. Axşam saatları aktiv istirahət və açıq havada gəzinti üçün münasib zamandır. Əkizlər - əvvəllər əldə etdiyiniz təcrübə və biliklərdən faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən birinin əks-sədasını duyacaqsınız. Səhvlərinizi təkrarlamayın, köhnə yanlışlıqlara yenidən aldanmayın. Fikri cəmləmək, diqqətli olmaq asan deyil. Günün ikinci yarısı mühüm və məsuliyyətli fəaliyyət üçün əlverişlidir. Səfərə yollanmaq, mürəkkəb texnika ilə davranmaq niyyətiniz varsa, sərvaxt davranın. Axşam saatlarına yaxın travma riski artacaq. Yoqa və ya pilateslə məşğul olmaq olar. Xərçəng - günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. İndiyədək münasibətlərinizin çox sərin və gərgin olduğu insanlarla da münasibətlərinizi qaydaya sala bilərsiniz. İşlə bağlı önəmli xəbər alacaqsınız. Maliyyə problemlərinizi həll etmək şansları yaranır. Günün ikinci yarısı karyera müstəvisində irəliləyə bilərsiniz. Enerjili, aktiv olun. Hadisələrin axarını sürətləndirmək üçün hiyləgərlik etmək gərəkdir. Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Qidalanmanıza fikir verin. Mədənizdə ifrat həssaslıq var. Şir - günün ilk yarısında mühüm işlərlə məşğul olmaq mümkündür. Uğur əldə etmək şanslarınız az deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Yaranacaq problemlərin öhdəsindən təkbaşına gəlməyiniz həddən artıq müşkül məsələyə çevriləcək. Köhnə dostlar sizə yardım edəcəklər. Günün ikinci yarısında yeni tanışlarla sayıq olun. Onlar sizə şirin vədlər verəcəklər. Öhdəliklərə inanmayın. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Əks təqdirdə peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Axşam saatları pis deyil. Qız - hər addımınızı planlaşdırın. Düşünüb-daşınmadan qərar verməyin. Çətin məsələlərin həllində diqqətli davranın. İşgüzar danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfin fikirlərini öyrənməyə can atın. Günün ikinci yarısında yeni görüşlər və tanışlıqlar olacaq. Təmaslara səbatlı formada hazırlaşın. Sevdiyiniz insanla səmimi olun. Münasibətlərdə müsbət dəyişikliklərə nail ola bilərsiniz. Qarşılıqlı anlaşmaya mane olan sədləri aradan qaldırın.Bakı şəhərində yerləşən "General Hospital" klinikasında yoxla
Ölkəmizdə fəaliyyət göstərən taksi sürücüləri 1 iyul 2024-cü il tar
Azərbaycanda alkoqollu içkilərin satışını həyata keçirən "Mazarin
"Kiyevskiy Ploşad" Şirkətlər Qrupu "Samolet" Şirkətlə
Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın səfiri Mariya Livalanı çağı
Bürclərin uyğunluğu astroloji cəhətdən onların elementlərinə əsaslana
Son.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında teatr və kino
"Yeşilçam" aktyoru Nuri Alçonun yenidən vəziyyəti ağırlaşıb.
Bəziləri düşünür ki, qadınlar münasibət qurarkən, maddiyata daha çox
Azərbaycanda oktyabrın 28-dən etibarən unun topdansatış qiyməti məlum ol
İspaniyanın Valenisya şəhərində baş verən danşqınlarda ölən və yara
Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqli
Türkiyənin ilk milli çoxməqsədli "T625 Gökbey" helikopteri janda