Fransa erməniləri müharibəyə


Siyasət 30 Okt 2024 12:51:00 119 0

Fransa erməniləri müharibəyə

Ermənistan və Azərbaycan arasında münaqişənin həlli yalnız regional deyil, həm də qlobal güclərin strateji maraqlarına təsir göstərir. Son zamanlar keçirilən Kazan görüşündən sonra müəyyən irəliləyiş əldə edilsə də, hər bir tərəfin bu prosesdə öz maraqları mövcuddur. ABŞ, Rusiya, İran, Türkiyə və xüsusən də Fransa bu münaqişənin həllində fərqli yanaşmalar göstərir.

Bu xəbəri də oxu: Əli Əsədov qərar imzaladı

Fransanın Ermənistandakı səfiri Olivyei Dekotinyi İrəvandakı "Hetq" qəzetinə verdiyi müsahibəsində rəsmi Parisin bir sıra məsələlərdə dekonstruktiv, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına qarşı yönəlmiş mövqeyini nümayiş etdirib.

Onun müsahibəsindəki bəzi məqamları nəzərdən keçirək.

O.Dekotinyi sülh müqaviləsinin imzalanması müddətindən bəhs edərkən deyib: "Mən hesab edirəm ki, sülh müqaviləsinin imzalanması zərurəti təcili bir məsələdir. Dəfələrlə, o cümlədən Ermənistanın baş naziri tərəfindən də bildirilib ki, razılaşmanın böyük hissəsi artıq razılaşdırılıb. Ermənistanın baş naziri artıq razılaşdırılmış sənədi əsas kimi imzalamağa hazır olduğunu ifadə edib, həll edilməmiş məsələlərin daha sonra müzakirəsi mümkündür. Azərbaycan üçün xüsusi bir məsuliyyət var, xüsusilə də COP29-un təşkilatçısı olaraq. Bu mərhələdə onların əsas vəzifəsi Ermənistanla sülh müqaviləsini bağlamaqdır. Sülh müqaviləsi üçün şərtlər artıq yaradılıb və mümkün qədər tez imzalanmalıdır. Bu, COP29-a qədər baş verməlidir".

Səfir Olivye Dekotinyinin açıqlaması ifrat dərəcədə aqressiv, Bakıya ünvanlanmış pressinq və hədə mesajlıdır.

Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasınlan bəhs edərkən O.Dekotinyi deyib: "Fransa Aİ-dəki tərəfdaşları ilə birlikdə missiyanın genişləndirilməsində israr etdi və bu artıq həyata keçirilir. Missiyanın tərkibi təxminən iki dəfə artır, onun imkanları genişlənir... Təxminən missiyanın heyətinin iki dəfə artırılması planlaşdırılır, yəni bir neçə yüz nəfər. Onlar son dərəcə səmərəlidirlər. Son illərə nəzər salsaq, bir neçə onlarla Avropa müşahidəçiləri, - onlar mülki şəxslərdir, silahlı deyillər - bu regionun sabitliyi üçün Rusiya kontingentinin Dağlıq Qarabağda etdiklərindən daha çox iş gördülər".

Fransanın İrəvandakı səfirii "Dağlıq Qarabağ" ifadəsinin artıq tarixi anaxronizm olduğunu qəbul etmək istəmir və inadla hər müsahibəsində, sosial şəbəkələrdəki hər paylaşımında bu ifadəni xüsusi həzzlə təkrarlayır. Müsyö Dekotinyinin qəbul etmək və barışmaq istəmədiyi digər məqam isə Azərbaycanla Ermənistan arasnıda şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı prosesin artıq getməsi, birgə komissiyanın fəaliyyət göstərməsi, görüləcək işlərin reqlamentinin hər iki dövlətdə təsdiqlənməsidir.

Delimitasiya və demarkasiya prosesinin gedişvatına rəğmən, Fransa bu işlərə maksimum dərəcədə maneələr yaratmağa çalışır. EUMA-nın Ermənistandakı mövcudluğu və fəaliyyəti də konstruktivlik sayıla bilməz. Belədirsə, Avropa İttifaqının Ermənistandakı missiyasının müddətinin uzadılmasına və "əməkdaşlar"ının sayının artırılmasına heç bir zərurət duyulmur.

O.Dekotinyi Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmıqş qarabağlı ermənilərdən bəhs edərkən də həqiqətdən və məntiqdən kənar mövqe tutub.

"Demək olar ki, Dağlıq Qarabağın bütün erməni əhalisi qaçmağa məcbur oldu. Mən "məcbur" deyirəm, çünki bu könüllü qərar deyildi. Doqquz aylıq mühasirə və amansız hərbi hücumdan sonra bu qərar könüllü ola bilməzdi. Bu, həssas bir əhali qrupudur və onlar hələ də dəstəyə ehtiyac duyurlar. Bu o demək deyil ki, biz onların qayıtmaq hüququndan imtina edirik. Çünki onların qayıtmaq hüququ - bu bir fikir deyil. Bu, öhdəlikdir. 2023-cü il noyabrın 17-də Beynəlxalq Məhkəmənin qərarı BMT-nin bütün üzv dövlətləri, o cümlədən Azərbaycan üçün məcburidir. Əlbəttə, biz bilirik və qaçqınlar özləri də bilirlər ki, hazırda qayıtmaq üçün şərait yoxdur. Ermənistan hökuməti ilə fərq varmı? Məncə, yox. Birincisi, biz Ermənistan hökumətinin bu qaçqınları qəbul etmək və inteqrasiya etmək səylərini dəstəkləyirik. İkincisi, Beynəlxalq Məhkəmənin qərar qəbul etmə prosesi Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirild", - O.Dekotinyi söyləyib.

.... Təbii ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları çərçivəsində xarici aktorların rolu və vasitəçilik səyləri son dərəcə aktual və önəmlidir. Xüsusilə də, ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə keçirilən görüşlər bu prosesdə əsas mərhələlərdən biridir. Son dövrlərdə, tərəflərin əsasən ABŞ-ın təşəbbüsü ilə görüşməsi Brüssel formatının effektivliyinin sual altında olduğunu göstərir. Bu məqam Avropa İttifaqının vasitəçiliyinin niyə bu qədər uğurlu olmadığını sorğulamağa əsas verir.

2023-cü ilin sentyabr ayında Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində keçirilən Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü ABŞ-ın bu prosesə nə qədər əhəmiyyət verdiyini nümayiş etdirdi. Bu görüş ABŞ-ın regiondakı təsirini gücləndirmək və tərəflər arasında dialoqu davam etdirmək üçün göstərdiyi səylərin nəticəsi idi. Bununla yanaşı, Avropa İttifaqı da öz vasitəçilik xidmətlərini təklif etməyə davam edir, lakin Ermənistanın Aİ vasitəçiliyini rədd etməməsi fonunda, bu formatda ciddi bir irəliləyişin olmaması diqqəti cəlb edir.

Brüssel formatının effektivliyinin sual altına alınmasının bir səbəbi də Ermənistanın son dövrlərdə qərb dövlətlərindən, xüsusilə də Fransadan daha çox dəstək alması ilə bağlıdır. Fransanın Ermənistanla bağlı mövqeyi, xüsusilə də Qarabağ məsələsində, regionda sülhün əldə olunmasına maneə yaradır. Fransa, Avropa İttifaqının müşahidə missiyasını Ermənistan ərazisində genişləndirməyə davam edir və bu missiyanın "regiondakı sabitliyə mühüm töhfə verdiyini" vurğulayır. Fəqət Azərbaycan bu missiyanın effektivliyinə və obyektivliyinə dair ciddi narahatlıqlarını ifadə edir. Bununla bağlı Fransanın mövqeyi isə Bakının və Moskvanın tənqidlərinə səbəb olur.

Ermənistanın Avropa İttifaqının müşahidə missiyasına bağlılığı və Qərbdən daha çox dəstək almağa çalışması, bu ölkənin müstəqil qərar vermək qabiliyyətini zəiflədir və regionda sülh prosesini mürəkkəbləşdirir. Bundan başqa, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının saxlanılması, sülh müqaviləsinin imzalanması üçün əsas maneələrdən biri olaraq qalır. Bakı bu məsələdə birmənalı şəkildə tələb edir ki, Ermənistan öz konstitusiyasını dəyişməli və Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Əgər bu şərt yerinə yetirilməzsə, Azərbaycan Ermənistanla sülh sazişini imzalamağa hazır deyil.

Digər bir mühüm məqam isə Ermənistan hökumətinin Fransanın dəstəyi ilə sülh prosesini ləngitməsidir. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın təklif etdiyi şərtlər üzərində dayanmadan sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirib. Lakin Azərbaycan, bu təkliflərin kifayət qədər geniş olmadığını və regionda dayanıqlı sülh üçün yetərli olmadığını bəyan edir.

Ermənistanın sülh prosesində qeyri-müəyyən mövqeyi və Qərbin, xüsusilə Fransanın, təsiri ilə regionda davam edən gərginliklər prosesin sürətlənməsinə mane olur. Azərbaycan isə ardıcıl olaraq tələb edir ki, Ermənistan sülh müqaviləsinin imzalanması üçün öz konstitusiyasını dəyişməli və ərazi iddialarından imtina etməlidir. Beləliklə, sülh prosesində əsas məqam Ermənistanın bu tələbləri qəbul edib-etməməsindən asılıdır və bu, regionun gələcəyi üçün həlledici bir məqamdır.

Təbii, ABŞ-ın maraqları diqqətəlayiqdir. Prezident Co Baydenin açıq şəkildə qeyd etdiyi kimi, ABŞ 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını və Ermənistan ərazisi üzərindən kommunikasiyaların açılmasını dəstəkləyir. Bununla Vaşinqton regionda dayanıqlı sülhün yaranmasına və geosiyasi sabitliyə nail olmağa çalışır. Amma burada əsas hədəf yalnız sülh müqaviləsi deyil, həm də regional nəqliyyat dəhlizlərinin, xüsusən Zəngəzur dəhlizinin açılmasıdır. Proses ABŞ-ın Cənubi Qafqazdakı strateji mövqeyini gücləndirə və Rusiya və İranın regionda təsirini zəiflədə bilər. Bəhs etdiyimiz situasiyai Vaşinqtonun maraqlarına uyğun gəlir, çünki ABŞ üçün Cənubi Qafqaz regionunda davamlı sülh və sabitlik əsas prioritetlərdən biridir. Əlavə olaraq, Ermənistan üzərindən açılacaq dəhlizlər Avropa ilə Asiya arasında yeni ticarət marşrutlarının formalaşmasına səbəb ola bilər.

Bunun əksinə olaraq, Rusiya prosesə bir qədər fərqli yanaşır. Xarici işlər naziri Sergey Lavrovun açıqlamalarından belə nəticə çıxarmaq olar ki, Moskva üçün sülh müqaviləsi o qədər də vacib deyil. Rusiya əsas diqqətini Ermənistan ərazisindəki blokadaların aradan qaldırılmasına yönəldir. Bu yanaşma Rusiyanın regionda hərbi və diplomatik nüfuzunu saxlamağa çalışmasını göstərir. Moskva Ermənistanla Azərbaycan arasında birbaşa sülhün əldə olunmasından çox, öz rolunu regionda əsas vasitəçi kimi qorumağa üstünlük verir. Bununla da, Rusiya Ermənistanı öz təsir dairəsində saxlamağa və onu qərbdən uzaqlaşdırmağa çalışır. Moskvanın bu mövqeyi, Qərbin, xüsusən də ABŞ-ın regiondakı nüfuzunun artmasına qarşı bir reaksiyadır.

İran daha çox sərhəd məsələləri ilə maraqlanır. İran rəhbərliyi üçün Ermənistan və Azərbaycan arasında baş verən istənilən ərazi dəyişiklikləri qəbulolunmazdır. Tehran regionda sərhədlərin dəyişməsinə qarşı sərt mövqedədir, çünki bu, İranın Cənubi Qafqazla olan tarixi və coğrafi əlaqələrini təhlükə altına qoya bilər. İran, xüsusən də, Zəngəzur dəhlizinin açılmasının öz maraqlarına uyğun olmadığını açıq şəkildə bildirir, çünki bu, onun Ermənistanla olan birbaşa əlaqələrini zərbə altında qoyur. Tehran üçün əsas prioritet öz sərhədlərinin təhlükəsizliyinin qorunması və regionda geosiyasi balansın saxlanmasıdır.

Türkiyənin mövqeyi isə daha genişdir. Ankara həm Ermənistanla, həm də Azərbaycanla strateji əlaqələrini balanslı şəkildə qurmağa çalışır. Türkiyə, bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü və maraqlarını dəstəkləyir, digər tərəfdən isə Ermənistanla diplomatik münasibətlərin normallaşmasına maraqlıdır. Kazan görüşlərində əldə olunan irəliləyişlər, xüsusən də Türkiyənin dəstəklədiyi üçtərəfli formatda davam edən danışıqlar, Ankaranın Cənubi Qafqazda daha geniş rola sahib olmasına imkan yaradır. Türkiyə üçün regionda dayanıqlı sülhün əldə olunması strateji əhəmiyyət kəsb edir, çünki bu, onun iqtisadi və enerji maraqlarına müsbət təsir edə bilər.

Vurğuladığımız kimi, prosesdə ən maraqlı və ən ziddiyyətli mövqeni Fransa nümayiş etdirir. Olivye Dekotinyinin açıqlamaları və ən əsası, rəsmi Parisin bəyanatları göstərir ki, Fransa Cənubi Qafqazda sülhün əldə olunmasından çox, öz geosiyasi maraqlarını müdafiə edir. Fransanın Ermənistandakı mövcudiyyəti və onun beynəlxalq arenada Ermənistanı dəstəkləməsi, xüsusən də Avropa İttifaqı missiyasının genişləndirilməsi istiqamətində atdığı addımlar, Parisin regionda öz təsirini artırmaq istədiyini göstərir. Fransa diplomatlarının sərt ritorikası və Azərbaycanın üzərinə qoyulan "məsuliyyət" məsələləri göstərir ki, Paris Ermənistan-Azərbaycan sülh prosesinə ciddi maneələr yaradır.

Fransanın bu mövqeyi, xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti ilə ziddiyyət təşkil edir. Paşinyan regionda dayanıqlı sülhə nail olmaq üçün müxtəlif diplomatik manevrlər edir və bir çox məsələlər üzrə güzəştlərə hazır olduğunu nümayiş etdirir. Lakin Fransa Ermənistana təzyiq göstərərək onu daha sərt mövqedə dayanmağa çağırır. Bu isə Ermənistan hökumətini çətin vəziyyətə salır, çünki Paşinyan həm regionda sülhü təmin etməli, həm də Parisin təsiri altında qalmalı olur.

Yaranan mənzərə göstərir ki, sülh prosesinə xarici aktorların maraqları ciddi şəkildə təsir edir. ABŞ və Türkiyə regionda sabitliyə nail olmaq istəyir, Rusiya isə öz təsir dairəsini qorumağa çalışır. İran sərhədlərin toxunulmazlığını təmin etmək istəyir, lakin Fransa, görünür ki, regionda sülhün əldə olunmasında maraqlı deyil. Bu vəziyyət Ermənistan üçün ciddi təhdidlər yaradır, çünki Parisin siyasəti Paşinyanın diplomatik səylərinə ziddir və sülh prosesini çətinləşdirir. Nəticədə, Ermənistan hökuməti Fransanın təsirindən qurtulmalı və regionda dayanıqlı sülhə nail olmaq üçün daha balanslı bir yol tapmalıdır.

Ermənistan hökumətinin beynəlxalq arenada səsləndirdiyi barış mesajlarına baxmayaraq, real addımlar bu bəyanatlarla tam ziddiyyət təşkil edir. Hazırkı vəziyyətdə Ermənistan rəhbərliyi, xüsusilə də baş nazir Nikol Paşinyan və onun komandasının məqsədi, görünür ki, minimal güzəştlərlə sülh müqaviləsini imzalamaqdır. Bu isə Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların saxlanılmasına imkan verir. Belə bir yanaşma Bakının prinsipial mövqeyi ilə qəti şəkildə uzlaşmır.

Paşinyan hökumətinin əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək özlərini barışa hazır tərəf kimi təqdim etməkdir. Xüsusilə BMT-nin İqlim Dəyişiklikləri üzrə Konfransı olan COP29-un Bakıda keçirilməsinə az qalmış, Ermənistan hökuməti özünü daha çox sülh tərəfdarı kimi göstərməyə çalışır. Kazan şəhərində BRICS+ zirvəsinin çərçivəsində Paşinyan Azərbaycanın son aylar ərzində Ermənistanla sülh müqaviləsinin 80%-ni razılaşdırdığını bir daha vurğulayıb. Onun təklifinə əsasən, Ermənistan tərəfi Bakı ilə sülh sazişini bu ayın sonuna qədər imzalamağa hazırdır.

Bakı belə təkliflərə ehtiyatla yanaşır. Çünki Ermənistanın təklif etdiyi sülh modeli tələsik və yarımçıq xarakter daşıyır, bu isə Azərbaycanın maraqlarına ziddir. Ermənistan hökuməti başa düşür ki, Azərbaycan Paşinyanın irəli sürdüyü məntiqə əsaslanan sülh təklifini qəbul etməyəcək və buna görə də bu cür təkliflərlə çıxış edərək, sülh prosesini çıxılmaz vəziyyətə salmağa çalışır. Ermənistanın bu siyasəti yeni deyil - 30 ilə yaxın bir müddət ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında da Yerevan oxşar təxribatçı diplomatik addımlarla münaqişəni həll etmək əvəzinə uzatmağa çalışıb.

Bu baxımdan Ermənistan hökumətinin regional formatlara münasibəti də dəyişməyib. 2023-cü ilin sonunda Rusiya xarici işlər naziri Sergey Lavrov "3+3" regional platformasını sülh müqaviləsinin yekunlaşdırılması üçün istifadə etməyi təklif etmişdi. Bu platformada Rusiya, Türkiyə, İran, Ermənistan, Azərbaycan və Gürcüstan iştirak edir. Ancaq Ermənistan bu təklifi qətiyyətlə rədd etdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarına əsasən, Ermənistan "3+3" formatını Azərbaycanla danışıqlar aparmaq üçün uyğun bir platforma hesab etmir. Onun fikrincə, sülh müqaviləsi və delimitasiya məsələlərində ikitərəfli formatın saxlanılması daha məqsədəuyğundur.

Sözügedən bəyanatlar Ermənistanın sülh prosesinə münasibətindəki tutarsızlığı bir daha təsdiq edir. Əgər Yerevan gerçəkdən sülh istəyirsə, nəyə görə regional formatlardan qaçır və Moskvanın təklif etdiyi vasitəçilik imkanlarını rədd edir? Məsələ burasındadır ki, Ermənistanın əsas məqsədi sülh prosesini faktiki olaraq iflasa uğratmaq və qərb dövlətlərinin dəstəyinə ümid etməkdir. Bu yanaşma Ermənistanı Cənubi Qafqazdakı mövcud geosiyasi reallıqlardan uzaqlaşdırır və onu Moskvanın və digər regional güclərin təsirindən daha da izolyasiya edir.

Digər tərəfdən, Azərbaycan öz mövqeyində ardıcıl olaraq qalır. Bakı üçün əsas prioritet Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır, lakin bu müqavilə Ermənistan konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması ilə yanaşı, tam əhatəli və uzunmüddətli olmalıdır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı əsas şərti budur ki, Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Əgər bu şərt yerinə yetirilməzsə, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətində deyil.

Bakı həmçinin vurğulayır ki, sülh prosesi üçün heç bir xarici vasitəçiyə ehtiyac yoxdur. Azərbaycan tərəfi ikitərəfli danışıqların daha effektiv olacağına inanır və hər hansı üçüncü tərəfin müdaxiləsinin sülh prosesinə yalnız zərər verəcəyini düşünür. Bu baxımdan, Ermənistanın Qərb təminatlarına bel bağlaması sülh prosesinə ciddi maneələr yaradır və regionda gərginliyi artırır. Ermənistanın bu yanaşması yalnız regiondakı tarazlığı pozmaqla yanaşı, həm də öz daxilindəki sabitliyə zərbə vurur.

Görünür ki, Ermənistan hökuməti sülh prosesini ləngitməklə daha çox vaxt qazanmağa çalışır. Lakin bu, Paşinyanın hökuməti üçün yalnız ziyanlı nəticələrə səbəb olacaq. Əgər Ermənistan yaxın gələcəkdə Azərbaycanın şərtlərini qəbul etməzsə, bu ölkə həm regionda, həm də beynəlxalq səviyyədə təcrid olunmaq riski ilə üzləşəcək. Əksinə, Ermənistanın Azərbaycanın təklif etdiyi şərtlərlə sülhə razı olması, ölkənin iqtisadi və siyasi inkişafı üçün yeni imkanlar aça bilər.

... Ermənistan hökumətinin ardıcıl olmayan, ziddiyyətli siyasəti sülh prosesini daha da çətinləşdirir. Paşinyanın komandası Qərbdən dəstək almağa çalışsa da, bu cəhdlər nə regionda, nə də beynəlxalq səviyyədə dayanıqlı sülhə gətirib çıxarmır. Ermənistan nə qədər tez Azərbaycanın sülh təklifini qəbul edərsə, o qədər tez ölkə üçün stabil inkişaf və təhlükəsizlik təmin edilə bilər. İrəvanın indiki diplomatik manevrləri isə sadəcə olaraq vaxt itkisidir və Ermənistan üçün ağır nəticələr doğuracaq.

Elçin Alıoğlu TREND

Vətən müharibəsi şəhidinin büstü hazırlandı like
  • 30 Okt 12:46  
Digərləri Vətən müharibəsi şəhidinin büstü hazırlandı

Heykəltəraş Elxan Zeynalov Aprel döyüşlərinin iştirakçısı, Vətən m�

arrow Ətraflı
Azyaşlı qızını dənizdə boğub öldürən ataya like
  • 30 Okt 12:27  
Kriminal Azyaşlı qızını dənizdə boğub öldürən ataya

Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən T�

arrow Ətraflı
Azərbaycana yük gətirən maşınlarda 208 min aksiz markasız siqaret aşkarlandı like
  • 30 Okt 12:26  
Digərləri Azərbaycana yük gətirən maşınlarda 208 min aksiz markasız siqaret aşkarlandı

Yük nəqliyyat vasitələrindən külli miqdarda aksiz markasız siqaretlər a�

arrow Ətraflı
"Az qaldı ki, infarkt keçirsin"  VİDEO like
  • 30 Okt 12:19  
Şou-biznes "Az qaldı ki, infarkt keçirsin" VİDEO

Müğənni Xatirə İslama aparıcı Elgiz Əkbər sürpriz edib.

arrow Ətraflı
Xoşbəxt olmaq üçün nə etməlisiniz?  Bu BÜRCLƏR oxusun like
  • 30 Okt 12:07  
Digərləri Xoşbəxt olmaq üçün nə etməlisiniz? Bu BÜRCLƏR oxusun

Həyatda yeni bir yola keçid başlanğıcda çətin ola bilər, amma nəticəd�

arrow Ətraflı
Azərbaycanda minalarla nə qədər ərazi like
  • 30 Okt 12:06  
Digərləri Azərbaycanda minalarla nə qədər ərazi

Azərbaycan ərazisinin 11667 kvadrat kilometri mina və partlamamış sursatlar

arrow Ətraflı
Mirzoyan Bakıya gəlir? like
  • 30 Okt 11:59  
Siyasət Mirzoyan Bakıya gəlir?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıya gələ bilər.

arrow Ətraflı
Eminin konsertləri ləğv olundu  FOTO like
  • 30 Okt 11:52  
Şou-biznes Eminin konsertləri ləğv olundu FOTO

Xalq artisti Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməsi planlaşd

arrow Ətraflı
50 milyondan çox amerikalı like
  • 30 Okt 11:46  
Dünya 50 milyondan çox amerikalı

Noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində artıq 50 milyondan �

arrow Ətraflı
Marsel zibilxanaya çevrildi like
  • 30 Okt 11:40  
Dünya Marsel zibilxanaya çevrildi

Fransanın Marsel şəhərinin bəzi ərazilərində təmizlik işçilərinin t�

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı like
  • 30 Okt 11:39  
Kriminal Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan daha bir ne�

arrow Ətraflı
Şimali Koreya hərbçiləri Ukraynaya gələn kimi like
  • 30 Okt 11:33  
Dünya Şimali Koreya hərbçiləri Ukraynaya gələn kimi

Artıq Ukrayna ərazisində Şimali Koreyanın az sayda hərbçisi var.

arrow Ətraflı
Edisə verdiyi reaksiyaya görə azərbaycanlı qız fanatları QINANDI  VİDEO like
  • 30 Okt 11:25  
Şou-biznes Edisə verdiyi reaksiyaya görə azərbaycanlı qız fanatları QINANDI VİDEO

Xəbər verdiyimiz kimi türkiyəli pop ulduz paytaxt Bakının qonağı olub.

arrow Ətraflı
Hazırda sığınacaqlarda neçə nəfər var? like
  • 30 Okt 11:19  
Digərləri Hazırda sığınacaqlarda neçə nəfər var?

Havalar getdikcə soyuyur. Bəzən parklarda, yol kənarlarında yatan insanlara

arrow Ətraflı
2 nəhəng avtomobil şirkətlərinin işçiləri like
  • 30 Okt 11:12  
Digərləri 2 nəhəng avtomobil şirkətlərinin işçiləri

Almaniyada "Volkswagen" və "BMW" avtomobil şirkətlərinin

arrow Ətraflı