Avropa Parlamentinin Azərbaycanla bağlı absurd qətnaməsi siyasi riyakarlığın və ikili standartların təzahürüdür Deputat Sevil Mikayılova


Siyasət 24 Okt 2024 18:22:00 111 0

Avropa Parlamentinin Azərbaycanla bağlı absurd qətnaməsi siyasi riyakarlığın və ikili standartların təzahürüdür  Deputat Sevil Mikayılova

Azərbaycanda insan haqlarının və beynəlxalq hüququn guya "pozulması" ilə bağlı, eləcə də, Ermənistanla münasibətlərə dair absurd qətnamə siyasi riyakarlığın və ikili standartların təzahüründən başqa bir şey deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Avropa Parlamentinin plenar iclasında Azərbaycanda insan hüquqlarının və beynəlxalq hüququn vəziyyəti, eləcə də, Ermənistanla münasibətlərə dair qətnamənin qəbul edilməsinə münasibət bildirərkən deyib.

"Strasburqda vaxtı boşa sərf etdilər. Real çağırışlar boş siyasətçilik və manipulyasiya deyil, məsuliyyətli və konstruktiv yanaşma tələb edir", - S.Mikayılova bildirib.

Deputat vurğulayıb ki, Avropa Parlamenti və onun deputatları Ermənistanın fəal müdafiəçisi kimi çıxış etməklə və Azərbaycana qarşı əsassız bəyanatlar verməklə yenidən açıq-aşkar qərəzli mövqe nümayiş etdirdilər.

"Bu, Avropa Parlamentinin ölkənin real nailiyyətlərinə və tərəqqisinə məhəl qoymadan, digər regional oyunçuların destruktiv hərəkətlərini dəstəkləyərək tətbiq etdiyi ikili standartların növbəti sübutudur. Bu cür bəyanatlar birtərəfli məlumatlara əsaslanır və obyektiv yanaşmadan uzaqdır ki, bu da təşkilatın siyasi baxımdan qərəzli olduğunu göstərir. Geosiyasi məqsədlərinə çatmaq üçün Azərbaycana təzyiq göstərmək cəhdləri isə müəyyən siyasi dairələrin fiaskosudur", - S.Mikayılova bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti ermənipərəst parlamentarilərin əsirinə çevrilib.

"Strasburqda Avropanın Məşğulluq və Sosial Hüquqlar üzrə Komissarı Nikolas Şmit müzakirələri açaraq, bütün dinləmənin xarakterini müəyyən etdi. Ardınca çıxış edən Yanis Matiatis, Şerban Sturza, Natali Luazo, Cordan Bardela, Mixael Bloss və Mari Tussan kimi deputatlar isə bu qərəzi davam etdirməkdən utanmadılar. Bu adlar tez-tez ermənipərəst təxribatlarda hallanır və onların Azərbaycanda "insan haqları problemləri" və ya Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsləri barədə danışmağa mənəvi haqqı yoxdur. Avropa İttifaqı təsisatlarının 30 il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə və insan haqlarının mütəmadi pozulmasına məhəl qoymadığını nəzərə alsaq, bu məsələ xüsusilə aktuallaşır", - S.Mikayılova vurğulayıb.

S.Mikaylova qeyd edib ki, Natali Luazonun Qarabağda baş verdiyi iddia edilən "etnik təmizləmə" ifadəsi və erməni separatçılarının liderlərinin həbsi barədə danışması COP29-u siyasiləşdirmək məqsədi güdür, və onun bu bəyanatları faktlara və reallığa uyğun deyil.

"Birincisi, Araik Arutyunyan, Ruben Vardanyan və başqaları ölkəmizə qarşı törətdikləri cinayətlərə görə tamamilə ədalətli olaraq və qanuni şəkildə istintaq altında olan cinayətkar və terrorçulardır. İkincisi, Bakının Qarabağdakı erməni azlığa burada qalmağı təklif etməsi hamıya məlumdur. Yeganə şərt Azərbaycan vətəndaşlığını qəbul etmək idi. Amma ermənilər getmək seçimini etdilər. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlılarından qaçan azərbaycanlılardan fərqli olaraq, onlar öz istəyi ilə çıxıblar, heç kim onları məcbur etməyib. Onlar nə hədələnib, nə də kürəyindən güllələnib. Ona görə də "etnik təmizləmə" ilə bağlı ritorika absurddur", - S.Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, ittihamlar əsassızdır və regiondakı real vəziyyəti əks etdirmir.

"Avropa İttifaqı və onun üzvü olan dövlətlərin Azərbaycana hərbi texnika ixracını dondurmaq barədə çağırışları ölkənin müdafiə qabiliyyətini sarsıtmaq məqsədi daşıyır. Avropa Parlamentinin Ermənistana hərbi yardım göstərilməsi və Aİ-nin bu ölkədəki missiyasının mandatının genişləndirilməsi ilə bağlı mövqeyi regionun daha da hərbiləşdirilməsinə və sülh prosesinin çətinləşməsinə gətirib cixara bilər.

Bundan əlavə, "erməni mədəni-tarixi irsinin məhv edilməsi" ittihamları tamamilə əsassızdır. Ermənistan 30 il ərzində azərbaycanlıların mədəni-tarixi irsini total qaydada məhv edərkən Avropa Parlamenti harada idi?! Əksinə, Azərbaycan mədəni müxtəlifliyin və tarixi irsin beynəlxalq standartlara uyğun qorunub-saxlanması üçün hər zaman bütün lazımi tədbirləri görür və bu gün işğalçılar tərəfindən dağıdılanları bərpa edir", - deyə S.Mikayılova bildirib.

Deputat vurğulayıb ki, Avropa Parlamenti Ermənistanın gündəmini tirajlamaq və əsassız ittihamlar yaymaq əvəzinə, diqqətini enerji təhlükəsizliyi, miqrasiya böhranı, iqtisadi inkişaf, iqlim dəyişikliyi ilə mübarizə, islamofobiya, antisemitizm və bəzi Aİ ölkələrində neokolonializmin təzahürü kimi daha ciddi və aktual məsələlərin həllinə yönəltməlidir.

Bakıda aktyor və arvadını öldürən şəxs həbs edildi like
  • 24 Okt 18:16  
Digərləri Bakıda aktyor və arvadını öldürən şəxs həbs edildi

İki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

arrow Ətraflı
İran AESdə güclü partlayış baş verdi like
  • 24 Okt 18:11  
Digərləri İran AESdə güclü partlayış baş verdi

İranda, Tehranın qərbində yerləşən Kərəc atom elektrik stansiyasında (

arrow Ətraflı
Maşının qiymətinə görə cərimə dəyişə bilər? like
  • 24 Okt 18:08  
Digərləri Maşının qiymətinə görə cərimə dəyişə bilər?

Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə

arrow Ətraflı
Hindistanda 300 min insan təxliyə edildi like
  • 24 Okt 18:00  
Dünya Hindistanda 300 min insan təxliyə edildi

Hindistanda 300 min insan təxliyə edilib.

arrow Ətraflı
Sizi dərhal "cavanlaşdıracaq" like
  • 24 Okt 17:50  
Digərləri Sizi dərhal "cavanlaşdıracaq"

Gözəllik və sağlamlıq mütəxəssisi tez cavan görünməyin üç sadə yol

arrow Ətraflı
Milli Məclisdən Avropa Parlamentinin qərəzli qətnaməsinə REAKSİYA like
  • 24 Okt 17:49  
Siyasət Milli Məclisdən Avropa Parlamentinin qərəzli qətnaməsinə REAKSİYA

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyy

arrow Ətraflı
Azərbaycanda yarım milyardlıq mənimsəmənin üstü açıldı like
  • 24 Okt 17:44  
Digərləri Azərbaycanda yarım milyardlıq mənimsəmənin üstü açıldı

Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı mə

arrow Ətraflı
Ərdoğan rus dilində təşəkkür etdi like
  • 24 Okt 17:41  
Dünya Ərdoğan rus dilində təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən XVI BRICS Samm

arrow Ətraflı
“Əyninizə don geyinməklə deyil, xanımlığınız olsun” like
  • 24 Okt 17:32  
Şou-biznes “Əyninizə don geyinməklə deyil, xanımlığınız olsun”

Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Məşhur aktyora vəfasızlıq  Yasına 34 nəfər like
  • 24 Okt 17:25  
Digərləri Məşhur aktyora vəfasızlıq Yasına 34 nəfər

Xəbər verdiyimiz kimi ötən gün Türkiyənin məşhur aktyoru Tekin Temel v�

arrow Ətraflı
Günün ən xoşbəxt bürcü hansıdır? like
  • 24 Okt 17:25  
Digərləri Günün ən xoşbəxt bürcü hansıdır?

Bütün səhvləri düzəltmək və həyatın yeni mərhələsinə başlamaq şa

arrow Ətraflı
İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi like
  • 24 Okt 17:10  
Dünya İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsinin hakimi Əbülqasim Salavat

arrow Ətraflı
Ukraynadakı münaqişədən təəssüflənirəm like
  • 24 Okt 17:01  
Dünya Ukraynadakı münaqişədən təəssüflənirəm

Rusiya Ukrayna da daxil olmaqla, dünyada baş verən bütün silahlı münaqiş

arrow Ətraflı
Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı like
  • 24 Okt 16:57  
Digərləri Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı

21-24 oktyabr 2024-cü il tarixlərində Pekində baş tutan "SIBOS 2024&qu

arrow Ətraflı