"Sülh sazişinə ən ciddi maneə Ermənistan Konstitusiyasıdır" FOTO
Siyasət 21 Okt 2024 15:58:00 305 0
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu xəbəri də oxu: Berbokun COP29 şousu:
XİN-dən Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyəti qeyd edilib.
Görüş zamanı Nazir Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses, eləcə də, sonuncu İstanbul görüşü barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda nəqliyyat infrastrukturunda zolaqların ölçüsü, xətlər, ni�
Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinin yeni müşavi
Rusiyanın Əməkdar artisti Anatoli Qridin vəfat edib.
Texnologiya milyarderi İlon Maskın yeni insanabənzər robotları elm aləmind
Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağl�
"Ləzginkanı rəqs et, diz çök, sonra rədd ol"...
2025-ci ilin yanvar ayından etibarən Azərbaycanda dizel yanacağı ilə işl�
Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşk
Bakının mərkəzi küçələrində - Dəniz vağzalının qarşısında və di
Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma k
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Mol
Fransa xarici siyasətində növbəti dəfə təxribat xarakterli addımlar atma
Rusiyada benzinin pərakəndə satış qiyməti oktyabr ayından qalxmağa başl