Putin niyə Bakıya gəlməkdən
Digərləri 20 Okt 2024 13:16:00 140 0
Rusiya Prezidenti Vladimir Putin noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirində iştirak etməməklə doğru qərar verib.
Bu xəbəri də oxu: Bu deputatlara mənzil verildi
Son.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, görünür, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib:
"Çünki Putin Bakıdakı tədbirə qatılsaydı, Azərbaycan paytaxtındakı tədbirə qatılmağı planlaşdıran bir çox ölkənin lideri, rəsmisi və diplomatı toplantıda iştirakdan imtina edəcəkdi. Bununla tədbir gözlənilən effekti verməyəcəkdi. Məsələ burasındadır ki, Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərb ölkələrinin liderləri nəinki Putinlə əl verib görüşmək, onunla bir masada oturmaq istəmirlər. Putin bütün bunları doğru hesabladığına görə, Bakıdakı tədbirə baş nazirini göndərəcək.
Rusiya prezidenti avqustun əvvəlində Bakıda olub, Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Azərbaycan prezidenti bir neçə gün əvvəl Müstəqil Dövlətlər Birliyi çərçivəsində Moskvada ikinci dəfə Putinlə görüşüb. Üçüncü görüş bu ay BRİKS toplantısı çərçivəsində Kazanda (22-24 oktyabr) olacaq. Putin düşünüb ki, bu onun üçün yetərlidir".
Qeyd edək ki, BBC öz mənbələrinə istinadla Bakıda keçiriləcək COP29 tədbirinə Putinin deyil, Baş nazir Mişustinin gələcəyi barədə məlumat yayıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Türkiyəli aktrisa Yasemin Allenə ağır itki üz verib.
Xalq artisti Tünzalə Ağayeva "Zalım" adlı yeni layihəsini təqdi
Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gə
Hazırda sosial media platformaları həyatımızın bir hissəsinə çevrilib.
Gürcüstan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri da
Ukraynada müharibə davam edir və kifayət qədər uzun müddət davam edə bi
Həbsdən çıxdıqdan sonra da tez-tez medianın gündəminə gələn türkiy
İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəs
Qeyri-adi xalları həkimə göstərmək lazımdır. Həmçinin xalların formas
Mərkəzi Almaniyada Fallştedt şəhərində (Aşağı Saksoniya federal torpa�
Ermənistanın baş naziri Nikol Paşinyan "İnstaqram" səhifəsində
"Altın kelebek" mükafatlarının təqdimetmə mərasiminin keçiril�
Yeməkdən sonra mədədə tez-tez qıcqırma hissi yaşayırsınızsa bunun sə