Quyruqlu canavarlar. Kvadroberlər kimdir və bu hərəkət niyə təhlükəlidir?


Digərləri 19 Okt 2024 00:32:00 153 0

Quyruqlu canavarlar. Kvadroberlər kimdir və bu hərəkət niyə təhlükəlidir?

Son zamanlar internet məkanda "kvadrober" mövzusu çox məşhurlaşıb və müzakirələrin intensivliyi zaman keçdikcə səngimir.

Son.az musavat.com-a istinadən bildirir ki, bu "idman"ın tərəfdarları hesab edirlər ki, hobbi uşaqların fiziki inkişafına və həmyaşıdları ilə ünsiyyət qurmasına kömək edir.

"Subkultura"nın nümayəndələri heyvanların vərdişlərini təqlid edərək küçələrdə, parklarda və ya digər ictimai yerlərdə hərəkət edirlər. Onlar miyoldayır, hürür və ya heyvanları xatırladan başqa səslər çıxarır, həmçinin tullanmağı, çəmənlikdə yuvarlanmağı təqlid edirlər. "Kvadrober"lərin imicinin əsas elementi real görünən maskalardır. Üstəlik, maskalar pişiklərin, tülkülərin, şirlərin və digər heyvanların başlarını xatırladır.

"Kvadrober" 2000-ci illərdə yaranarkən əvvəlcə idman növü kimi təqdim olunurdu. Onun təsisçisi yapon sprinter Keniçi İto hesab olunur. İdmançı qeyd edib ki, dörd ayaqlı heyvanlar kimi qaçmağı sevirmiş. İto 2008-ci ildə bu üsulla 100 metr məsafəni cəmi 18,58 saniyəyə qət edib və "Man-Ape"(Meymun insan) ləqəbini alıb. Daha sonra "kvadrober" internet vasitəsilə geniş vüsət almağa başladı.

Adətən oyunlar zamanı uşaqlar heyvanları təqlid etməklə yanaşı, heyvanların vərdişlərini təkrar edirlər. Bunda psixoloji heç bir təhlükə yoxdur. Ancaq təhlükə belə bir hobbinin uşağı nə qədər ələ keçirdiyi, həyatında mərkəzi yer tutması və nə qədər vaxt ayırması ortaya çıxanda yaranır. Uşaq oyuna ciddi yanaşarsa və ona aludə olarsa, həyəcan təbili çalmağın vaxtıdır.

Qeyri-adi hobbinin tənqidçiləri yeniyetmələri heyvan kimi geyinməyə və hətta ictimai yerlərdə dördayaqlı heyvanların vərdişlərini yamsılamağa görə qınayırlar. Oyun oynamaqla psixi pozğunluq arasında sərhəd haradadır, yeniyetmələrin valideynləri hansı hallarda mütəxəssislərdən kömək istəməlidirlər?

Yeni əyləncə zəkanın inkişafına kömək edir?

Uşaqlar erkən yaşda ətrafdakı dünyanı və oradakı rollarını araşdırmaq üçün oyundan istifadə edirlər. Heyvanlar onlara asan ünsiyyət qurula bilən cazibədar canlılar kimi görünür. Lakin hobbiyə maraq uzanırsa və normal oyun hüdudlarından kənara çıxırsa, bu, psixoloji problemlərdən xəbər verə bilər. Belə ki, doqquz yaşından kiçik bir uşağın parkda maskada qaçması olduqca normaldır, lakin böyük uşaqlar üçün heyvan maskalarında asudə vaxt keçirməsi, qrup halında birləşməsi artıq bir psoxoloji problemdir.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyir ki, uşaqların psixi sağlamlığının qorunması gələcəyin təminatıdır: "Uşaqların yaşlarına uyğun olaraq şəxsiyyət kimi münasibət göstərilməlidir, onları hansısa ideoloji ayrı-seçkiliklə yox, sevgi ilə böyütmək lazımdır. Çünki elmi əsası olmayan fəaliyyətlər nümunə ola bilməz. Uşaqlara ilk olaraq özlərinə, sonra isə başqalarına faydalı olmaq öyrədilməlidir. Sosial platformalarda dalğa yaradan gündəmlərə uşaqlar alət edilməməlidir. Uşaqlar böyüklərin əyləncəsi deyil və yaşlarına uyğun istiqamətləndirmək lazımdır".

Digər tərəfdən, rəqəmsal dünyada parametrləri uşaqların yaşına uyğunlaşdırmaq riskləri minimuma endirir. Odur ki, valideynlər uşaqların rəqəmsal dünyada da müşayiət etməlidirlər: "Virtual həyatda təhlükədir və onları hansısa oyunun qurbanına çevirmək olmaz. İnsan psixologiyası həyəcan və rahatlıq axtarışındadır. Uşaqlarda bu daha çox özünü ifadə edir. Uşaqlara nəyisə qadağan edəndə, izah etmək vacibdir. İzahı olmayanda isə yalana təhrik olunur. Uşaqlar yeni anlayışlarla və bacarıqlarla tanış olanda beyinlərində çoxlu suallar yaradırlar. Valideynlər uşaqların verdiyi bütün suallara cavab verməlidirlər. Əks halda cavablar rəqəmsal dünyada axatarılacaq".

Oyundan əlilliyə

Uşaqların bədən quruluşunun, zəkasının və sümüklərinin formalaşması üçün müəyyən müddət, daha doğrusu, illər lazımdır. Hər bir idmançı öz sahəsində ağır yükün altına girmək üçün illərə məşq edir. Məşqlər məşğul olduğunuz idman növündən asılı olaraq bədəni bu ağırlığa və ya digər zərbələrə davam gətirməyə vərdiş etdirir.

İnsanın onurğa bölgəsi həyatın yeddinci ilində, bel bölgəsi isə 13-14 yaşında formalaşır. Bu yaşdan əvvəl, əyilmələr və duruşun formalaşmasında pozğunluqlar, xüsusən də dörd ayaqda gəzərkən tez-tez hoppanmaqlar müxtəlif xəsarətlərə yol aça bilər.

Artıq Rusiyada və bəzi Asiya ölkələrində "kvadrober"in nümayəndələrinə qarşı sərt münasibət göstərilir. Özbəkistanın Daxili İşlər Nazirliyi valideynlərə uşaqların nalayiq davranışına görə cəzalandıracaqları ilə bağlı xəbərdarlıq edib. Nəzərə alsaq ki, buna kimi internet məkanında yayılan bir çox zərərli vərdişlər Azərbaycana gəlib çatıb və bu subkulturanın Bakının küçələrində olma ehtimalı daha yüksəkdir. Odur ki, bu cür halların qarşısını almaq üçün valideyn və övlad arasında sağlam düşüncə körpüsü inşa edilməlidir. Sağlam düşüncə körpüsünün davamlılığı isə mütəmadi ünsiyyətdir. Böyüklər üçün qeyri-adi olan nitq və davranışlar onlar üçün bilikdir. Uşaqlar hər şeyi olduğu kimi qəbul edir və bunun reallıq olduğunu düşünürlər. Övladlarımızı gələcəyə hazırlamaq istəyiriksə, informasiyanın dərinliyində boğulmamağı öyrətməliyik. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli PUAsını istehsal etdi like
  • 19 Okt 00:28  
Digərləri Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli PUAsını istehsal etdi

Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli pilotsuz uçuş aparatı

arrow Ətraflı
Yadplanetlilər Yer kürəsini ziyarət edib? — Pentaqon AÇIQLAMA YAYDI like
  • 19 Okt 00:21  
Dünya Yadplanetlilər Yer kürəsini ziyarət edib? — Pentaqon AÇIQLAMA YAYDI

ABŞ Müdafiə Nazirliyi yadplanetlilərin Yer kürəsini ziyarət etdiyini təs

arrow Ətraflı
COP29 vaxtı evdən çıxma qadağası olacaq?  rəsmi like
  • 19 Okt 00:10  
Digərləri COP29 vaxtı evdən çıxma qadağası olacaq? rəsmi

"COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı

arrow Ətraflı
Günün qoroskopu: Yaşam potensialının səviyyəsi yüksəkdir like
  • 19 Okt 00:01  
Digərləri Günün qoroskopu: Yaşam potensialının səviyyəsi yüksəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər  rəsmi like
  • 18 Okt 23:45  
Digərləri Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər rəsmi

"COP29 günlərində Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliye

arrow Ətraflı
Yollarda moped problemi necə həll olunacaq?  VİDEO like
  • 18 Okt 23:31  
Digərləri Yollarda moped problemi necə həll olunacaq? VİDEO

Paytaxtda hər yerdə gördüyümüz mopedlər yollarda təhlükəli vəziyyətl

arrow Ətraflı
Müğənnilərin nə qədər vergi borcu var?  ARAŞDIRMA like
  • 18 Okt 23:10  
Şou-biznes Müğənnilərin nə qədər vergi borcu var? ARAŞDIRMA

Müğənnilərin el şənliklərindən əldə etdikləri qazancın, şabaşın m

arrow Ətraflı
"Bunun üçün bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır" like
  • 18 Okt 22:43  
Digərləri "Bunun üçün bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır"

"Armavir-Gümrü yolu tikilib, gəlib-gedən insanların sayı artıb və s

arrow Ətraflı
TƏBİB Tağı Əhmədovun vəfatı haqda: Çağırış daxil olduqdan 7 dəqiqə sonra imtina qeydə alındı like
  • 18 Okt 22:42  
Digərləri TƏBİB Tağı Əhmədovun vəfatı haqda: Çağırış daxil olduqdan 7 dəqiqə sonra imtina qeydə alındı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhm�

arrow Ətraflı
Hakim olmaq istəyənlər üçün yeni qayda müəyyənləşir like
  • 18 Okt 22:39  
Digərləri Hakim olmaq istəyənlər üçün yeni qayda müəyyənləşir

Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı yeni q

arrow Ətraflı
Tağı Əhmədov harada dəfn ediləcək? like
  • 18 Okt 22:27  
Digərləri Tağı Əhmədov harada dəfn ediləcək?

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazə

arrow Ətraflı
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə! like
  • 18 Okt 22:20  
Digərləri Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!

Bakı şəhəri tıxac kimi sosial-iqtisadi bəladan "can verir". Bu b

arrow Ətraflı
Günayın bacısının nikahı oldu like
  • 18 Okt 22:15  
Şou-biznes Günayın bacısının nikahı oldu

Müğənni Günay İbrahimlinin bacısı İlahənin nikah mərasimi olub. 

arrow Ətraflı
Lerikdə faciə: Övladını xilas etmək istəyən ana... like
  • 18 Okt 22:06  
Digərləri Lerikdə faciə: Övladını xilas etmək istəyən ana...

Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və

arrow Ətraflı
Sevda əri ilə Avstriyada istirahət edir  FOTOlar like
  • 18 Okt 22:02  
Şou-biznes Sevda əri ilə Avstriyada istirahət edir FOTOlar

Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov istirahət

arrow Ətraflı