Hakim olmaq istəyənlər üçün yeni qayda müəyyənləşir


Digərləri 18 Okt 2024 22:39:00 80 0

Hakim olmaq istəyənlər üçün yeni qayda müəyyənləşir

Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.

Bu xəbəri də oxu: Azərbaycanlı professora

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsini nəzərdə tutur.

Layihədə vakant hakim vəzifələrinin qisa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur.

Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaqdır. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara təklif olunan dəyişikliklərlə məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndiriləcək.  

Layihəyə əsasən, Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və onların peşə hazırlığının artırılması üzrə ehtiyacların müəyyən edilməsi işinin aparılması məqsədilə formalaşdırılan orqandır.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti bu Qanunla, "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq Şurasının qəbul etdiyi Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnamə və hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası ilə tənzimlənir.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.

Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələr üzrə fəaliyyət müddətinin sonunda qiymətləndirir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Tağı Əhmədov harada dəfn ediləcək? like
  • 18 Okt 22:27  
Digərləri Tağı Əhmədov harada dəfn ediləcək?

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazə

arrow Ətraflı
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə! like
  • 18 Okt 22:20  
Digərləri Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!

Bakı şəhəri tıxac kimi sosial-iqtisadi bəladan "can verir". Bu b

arrow Ətraflı
Günayın bacısının nikahı oldu like
  • 18 Okt 22:15  
Şou-biznes Günayın bacısının nikahı oldu

Müğənni Günay İbrahimlinin bacısı İlahənin nikah mərasimi olub. 

arrow Ətraflı
Lerikdə faciə: Övladını xilas etmək istəyən ana... like
  • 18 Okt 22:06  
Digərləri Lerikdə faciə: Övladını xilas etmək istəyən ana...

Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və

arrow Ətraflı
Sevda əri ilə Avstriyada istirahət edir  FOTOlar like
  • 18 Okt 22:02  
Şou-biznes Sevda əri ilə Avstriyada istirahət edir FOTOlar

Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov istirahət

arrow Ətraflı
Şəkidə məktəblinin meyiti tapıldı like
  • 18 Okt 21:52  
Digərləri Şəkidə məktəblinin meyiti tapıldı

Şəkidə məktəblinin meyiti tapılıb.

arrow Ətraflı
Bu gün vəfat edən Tağı Əhmədovun like
  • 18 Okt 21:48  
Digərləri Bu gün vəfat edən Tağı Əhmədovun

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov bu gün 75

arrow Ətraflı
Payızda varlanacaq bürclər  Pula pul deməyəcək like
  • 18 Okt 21:41  
Digərləri Payızda varlanacaq bürclər Pula pul deməyəcək

Bu il payız fəslində var-dövlətə sahib olacaq bürclər müəyyən olunub.

arrow Ətraflı
İrəvanın mərkəzində Azərbaycan məhsulu SATILIR like
  • 18 Okt 21:23  
Digərləri İrəvanın mərkəzində Azərbaycan məhsulu SATILIR

İrəvanın mərkəzi bazarlarından birində satılan narın qarşısındakı y

arrow Ətraflı
“Uşaq olmadı, Zarinanı boşadım” Tanınmış meyxanaçı like
  • 18 Okt 21:19  
Şou-biznes “Uşaq olmadı, Zarinanı boşadım” Tanınmış meyxanaçı

Uzun illərdir birlikdə çalışan meyxanaçı, bəstəkar Tural Hüseynovla me

arrow Ətraflı
Azərbaycanda müəllimləri daşıyan maşını SEL APARDI like
  • 18 Okt 21:10  
Digərləri Azərbaycanda müəllimləri daşıyan maşını SEL APARDI

Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.

arrow Ətraflı
Tağı Əhmədov vəfat etdi like
  • 18 Okt 20:58  
Digərləri Tağı Əhmədov vəfat etdi

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edi

arrow Ətraflı
Ukraynanın bu silahı əldə etməsinə imkan vermərik  Putin like
  • 18 Okt 20:56  
Dünya Ukraynanın bu silahı əldə etməsinə imkan vermərik Putin

Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməy

arrow Ətraflı
Tullanır, hürür və partaların üstünə çıxır: Müəllimin qəribə görüntüləri gündəm oldu  VİDEO like
  • 18 Okt 20:46  
Dünya Tullanır, hürür və partaların üstünə çıxır: Müəllimin qəribə görüntüləri gündəm oldu VİDEO

Krasnoyarsk məktəbində fizika müəllimi qeyri-standart tədris metodları n�

arrow Ətraflı
“Oğlumun təbriki məni məhv etdi” like
  • 18 Okt 20:40  
Şou-biznes “Oğlumun təbriki məni məhv etdi”

Müğənni Elçin Cəfərov özünə ad günü edib. Bir çox şou-biznes nümay

arrow Ətraflı