Qarabağ və Şərqi Zəngəzurda tələbatdan artıq elektrik enerjisi istehsal olunur


Digərləri 18 Okt 2024 11:24:00 130 0

Qarabağ və Şərqi Zəngəzurda tələbatdan artıq elektrik enerjisi istehsal olunur

Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su-elektrik stansiyaları bölgənin "təmiz enerji" təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 % "yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür.

Bu xəbəri də oxu: Polkovnik vəfat etdi

Son.az Trend-ə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Bu gün Azərbaycanın "yaşıl artım" ölkəsi kimi inkişafında və 2026-cı ilədək "yaşıl enerji" məkanlarının yaradılmasında müstəsna rol "yaşıl enerji zonası" modelinə məxsusdur. Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzurun modern quruculuğa, xalis sıfır emissiyalı "Yaşıl Enerji Zonası" Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı strateji qərarı bu gün dünya ölkələri üçün də faydalı olacaq unikal nümunə formalaşdırıb.

İndiyə qədər 270 MVt gücündə 32 su-elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kVt-st-dan çox "yaşıl enerji"nin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir", - deyə o qeyd edib.

"Ölkə Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın 2024-2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planı bu ərazilərdə daha 28 su-elektrik stansiyasının tikintisini nəzərdə tutur. Onlardan ümumi gücü 37,5 MVt olan 6 kiçik su-elektrik stansiyasının tikintisi aparılır.

Bundan başqa, KSES-lərin bərpasına özəl investisiyanın cəlb edilməsi istiqamətində Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su-elektrik stansiyasının bərpa edilərək istismara verilməsi ilə bağlı Türkiyənin "Demirören Yatırım Holding A.Ş." şirkəti, "Arges Enerji Team" MMC şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında ötən ilin dekabrında imzalanmış müqaviləyə əsasən Laçında kiçik su-elektrik stansiyalarından birinin təməli qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlər görülür", - deyə nazir əlavə edib.

"Həmçinin, bu ilin mayında açılışı olan "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, yaxın perspektivdə istifadəyə veriləcək 140 MVt gücündə su-elektrik stansiyaları Şərqi Zəngəzurun "yaşıl enerji" zonası kimi inkişafının mühüm elementləridir. Ümumi gücü 500 MVt olan 5 günəş, eləcə də külək-elektrik stansiyalarının inşası ilə bağlı planlar üzrə investorlarla əməkdaşlığımız da bu strateji bölgəni "yaşıl enerji"nin istehsalı və ixracının mühüm mərkəzlərindən birinə çevirəcək", - deyə P.Şahbazov vurğulayıb.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Kapital Bankdan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır like
  • 18 Okt 11:22  
Digərləri Kapital Bankdan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər

arrow Ətraflı
"Qızım narkotik istifadəçisidir" like
  • 18 Okt 11:17  
Şou-biznes "Qızım narkotik istifadəçisidir"

Müğənni Umut Akyürek sosial media hesabında izləyicilərinə müraciət ed

arrow Ətraflı
Pensiya alanların NƏZƏRİNƏ: like
  • 18 Okt 11:09  
Digərləri Pensiya alanların NƏZƏRİNƏ:

"Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezid

arrow Ətraflı
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb like
  • 18 Okt 11:08  
Digərləri Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Ça�

arrow Ətraflı
Zelenski bu ölkəyə xəbərdarlıq etdi: Növbədə sizsiniz! like
  • 18 Okt 11:02  
Dünya Zelenski bu ölkəyə xəbərdarlıq etdi: Növbədə sizsiniz!

Slovakiya Ukraynaya kömək etməsə, Rusiya təhlükəsini hiss edəcək.

arrow Ətraflı
“Muradla bağlı xəbərləri pulla...” like
  • 18 Okt 10:55  
Şou-biznes “Muradla bağlı xəbərləri pulla...”

Aktrisa Ülviyyə  Xalinbəyova  açıqlaması ilə diqqət çəkib. 

arrow Ətraflı
Türkiyə XİN Azərbaycanı təbrik etdi like
  • 18 Okt 10:53  
Digərləri Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət müstəqilliyinin b�

arrow Ətraflı
Evdə qaladığı ocaq like
  • 18 Okt 10:48  
Digərləri Evdə qaladığı ocaq

Balakəndə ölümlə nəticələnən yanğın baş verib.

arrow Ətraflı
Rusiyada yük gəmisi AŞDI like
  • 18 Okt 10:43  
Digərləri Rusiyada yük gəmisi AŞDI

Rusiyanın Saxalin adasında yük gəmisi aşıb.

arrow Ətraflı
"Təşkil etdiyim xınaya 60 min manat XƏRCLƏNDİ, 55 min isə..." like
  • 18 Okt 10:37  
Şou-biznes "Təşkil etdiyim xınaya 60 min manat XƏRCLƏNDİ, 55 min isə..."

Çinarə Əliyeva indiyədək təşkil etdiyi ən bahalı xına məclisini açı

arrow Ətraflı
Bu yolda işıqfor işləmir  Təhlükəli vəziyyət  VİDEO like
  • 18 Okt 10:35  
Digərləri Bu yolda işıqfor işləmir Təhlükəli vəziyyət VİDEO

Abşeron rayonunun Məmmədli kəndində, "Məmmədli dairəsi" kimi t

arrow Ətraflı
Öldürdüyü düşünülürdü, çoxalırmış  Yeni növ bakteriya tapıldı like
  • 18 Okt 10:31  
Digərləri Öldürdüyü düşünülürdü, çoxalırmış Yeni növ bakteriya tapıldı

Çinli və ABŞ-li mikrobioloqlar Honkonq ərazisində əvvəllər məlum olmaya

arrow Ətraflı
Bu avtomobillər ucuzlaşdı like
  • 18 Okt 10:30  
Digərləri Bu avtomobillər ucuzlaşdı

Azərbaycanda dizel maşınların qiyməti düşüb.

arrow Ətraflı
Bayden Sinvara görə Netanyahunu like
  • 18 Okt 10:26  
Dünya Bayden Sinvara görə Netanyahunu

ABŞ Prezidenti Co Baydenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında te

arrow Ətraflı
Bakıda “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu” keçirilir  FOTO like
  • 18 Okt 10:25  
Digərləri Bakıda “Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu” keçirilir FOTO

Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda forum

arrow Ətraflı