Füzulinin azad edilməsi zəfər tariximizin


Digərləri 17 Okt 2024 17:40:00 69 0

Füzulinin azad edilməsi zəfər tariximizin

Füzuli şəhərinin azad edilməsi zəfər tariximizin şanlı səhifələrindən biridir.

Son.az bildirir ki,  bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, rayonun azad edilməsindən sonra erməni silahlı birləşmələri əsas qüvvələrini Füzulinin müdafiəsi istiqamətində cəmləşdirmişdilər.

"Çünki Azərbaycan Ordusu müharibənin ilk günlərindən rayon mərkəzinin dörd kilometrliyinə qədər irəliləmişdi. Lakin burada müdafiə olunan erməni qüvvələrinin sayı kifayət qədər çox idi. Buna görə də Azərbaycan Ordusunun rəhbərliyi Hadrut istiqamətinə irəliləməyi hədəf götürdü. Hadrutun azad edilməsi Füzulidə yerləşən düşmən qüvvələrinin darmadağın edilməsi münbit şərait yaratdı. Oktyabr ayının 16-da Azərbaycan Silahlı Qüvvələrinin Xocavənd rayonunun bir neçə kəndini azad etməsi ilə ordumuz Füzuli şəhərinə daha da yaxınlaşdı. Şəhər bir neçə istiqamətdən hissə və bölmələrimiz tərəfindən mühasirəyə alınması və gecə saatlarından şəhər uğrunda döyüşlərin başlanmasıyla nəticələndi. Vətən Müharibəsində ən ağır döyüşlərdən biri Füzuli şəhəri uğrunda oldu. Düşmənin güclü müqavimətinə baxmayaraq oktyabrın 17-i səhər saatlarında böyük itki verərək geri çəkildi. Füzuli şəhərinin mərkəzi azad olunmaqla doqquz kənd də ordumuz tərəfindən azad edildi. Füzuli şəhərinin azad edilməsi ordumuzun daha geniş coğrafiyada əks-hücum əməliyyatları keçirtməsinə münbit şərait yaratdı. Artıq düşmən ordusunda fərarilərin sayı 7 minə yaxınlaşırdı. Füzulinin azad edilməsi ordumuzun və xalqımızın qələbə inamını daha da artırırdı", - o deyib.

Hərbi ekspert Bahadur Kamil bildirib ki, Füzuli şəhərinin azad edilməsi, ölkəmizin milli birliyini, döyüşçülərin cəsarətini və müzəffər ordumuzun gücünü göstərən döyüşlərdən biridir.

"2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ Müharibəsi, Azərbaycan Ordusunun peşəkarlığı və müasir döyüş taktikaları ilə yadda qaldı. Füzuli şəhərinin azad edilməsi, ordumuzun müvəffəqiyyətli əməliyyatlarından biri oldu. Bu əməliyyat şəhərin strateji əhəmiyyətini nəzərə alaraq, düşmən qüvvələrinin müqavimətini qırdı.

Füzuli şəhərinin azad edilməsi, yalnız bir ərazinin geri qazanılması deyil, həm də Azərbaycan xalqının milli birliyinin və iradəsinin bir nümayəndəsi oldu. Bu hadisə xalqımızın bir araya gələrək, tarixi ədaləti bərpa etmək uğrunda mübarizəsini simvollaşdırdı. Şəhərin azad edilməsi, Azərbaycan xalqının tarixində şanlı bir səhifədir. Bu, yalnız bir müharibə uğuru deyil, həm də millətimizin iradəsinin, cəsarətinin və birliyinin simvoludur. Füzulinin azad edilməsi, gələcək nəsillərə örnək olacaq və Azərbaycanın tarixi müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edəcək", - deyə o qeyd edib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Keçmiş nazir göz yaşı tökdü  FOTO like
  • 17 Okt 17:32  
Şou-biznes Keçmiş nazir göz yaşı tökdü FOTO

Bu həftə tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan &q

arrow Ətraflı
Bu şəxslərin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadıldı like
  • 17 Okt 17:31  
Digərləri Bu şəxslərin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadıldı

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına m�

arrow Ətraflı
“Efirdə doğmaqdan, ərə getməkdən danışırlar” like
  • 17 Okt 17:25  
Şou-biznes “Efirdə doğmaqdan, ərə getməkdən danışırlar”

"Özümü o yerə qoymaram ki, hansısa aparıcı məndən vurma cədvəli

arrow Ətraflı
Sədərək mağazaları onlayn olmağa başlayır? like
  • 17 Okt 17:23  
Digərləri Sədərək mağazaları onlayn olmağa başlayır?

Müasir texnologiyanın inkişafı ilə onlayn satış platformalarının əhəm

arrow Ətraflı
60 yaşdan sonra boşanmalara like
  • 17 Okt 17:18  
Digərləri 60 yaşdan sonra boşanmalara

60  yaşdan sonra boşanan şəxslərin sayı açıqlanıb.

arrow Ətraflı
Bu ilin doqquz ayı ərzində 158 cinayətkar qrup like
  • 17 Okt 17:17  
Kriminal Bu ilin doqquz ayı ərzində 158 cinayətkar qrup

Azərbaycanda bu ilin ilk doqquz ayında axtarışa verilmiş 6 min 703 nəfərd

arrow Ətraflı
Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı like
  • 17 Okt 17:15  
Digərləri Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü int

arrow Ətraflı
Böyrək daşlarından qoruyan like
  • 17 Okt 17:12  
Digərləri Böyrək daşlarından qoruyan

Amerikalı nefroloq İvan Porter böyrək daşlarının əmələ gəlməsindən

arrow Ətraflı
Soyunçuluqda təqsirləndirilən şəxsə like
  • 17 Okt 17:10  
Kriminal Soyunçuluqda təqsirləndirilən şəxsə

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Nemət Alnağıyevin cinayə

arrow Ətraflı
Yeni idarəetmə: İHlər nə vaxt ləğv ediləcək? – like
  • 17 Okt 17:07  
Digərləri Yeni idarəetmə: İHlər nə vaxt ləğv ediləcək? –

Azərbaycanda bütün sahələrdə islahatlar uğurla davam edir və öz yaxşı

arrow Ətraflı
Siruz Təbrizlinin evi satışa çıxarıldı  bu qiymətə like
  • 17 Okt 17:05  
Digərləri Siruz Təbrizlinin evi satışa çıxarıldı bu qiymətə

Mərhum sabiq deputat və YAP-ın yaradıcılarından biri olan Siruz Təbrizlin

arrow Ətraflı
Sabah qeyriiş günüdür? like
  • 17 Okt 17:03  
Digərləri Sabah qeyriiş günüdür?

Sabah - 18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qey

arrow Ətraflı
"Mənə maşın alanın anasını mələr qoyaram"  VİDEO like
  • 17 Okt 17:00  
Şou-biznes "Mənə maşın alanın anasını mələr qoyaram" VİDEO

ATV kanalında yayımlanan "Həkimsən" verilişinin aparıcısı sosi

arrow Ətraflı
“Özümü Polad Həşimova bənzədirəm…” – FOTOlar like
  • 17 Okt 16:50  
Digərləri “Özümü Polad Həşimova bənzədirəm…” – FOTOlar

Bu gün dəhşətli Gəncə terrorundan 4 il ötür. O vaxt üz-başı qan olsa

arrow Ətraflı