Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? –


Digərləri 11 Okt 2024 00:50:00 111 0

Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? –

Müxtəlif brendlər üzərindən aparılan araşdırmalar nəticəsində təhlükəsiz, yüksək keyfiyyətli hesab edilə bilən yağların siyahısı tərtib edilib. Həmin siyahıda yüksək keyfiyyətli yağların adı açıqlanıb.

Bəs, satışdakı keyfiyyətsiz yağlar hansılardır?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, yağ insan orqanizmi üçün enerji mənbəyi olmaqla yanaşı, kimyəvi tərkibi yağ turşularından ibarət olan məhsuldur:

"Bu məhsul yeniyetməlik, gənclik dönəmlərində insan orqanizmində daha çox rol oynayır. Çünki bu müddətdə istifadə olunan yağ insanın immunitetinin güclənməsinə, həzm sisteminin qan dövranının normal olmasına, eyni zamanda, mərkəzi beyin sisteminin düzgün inkişaf edib çalışmasına təsir edir".

Vətəndaşlar yağ alarkən hansı məqamlara diqqət yetirməlidirlər?

Ekspert keyfiyyətli və keyfiyyətsiz yağı ayırmağın yollarını açıqlayıb:

"Bu gün satışda olan keyfiyyətsiz, kərə yağı adı altında satılan yağlar var. Buna görə də yağ alarkən diqqət yetirməli olduğumuz məqamlar var.

Yağ mövsümə görə dəyişərək 20-25 litr süddən əldə edilir. Südün qiymətini və yağın alınmasında yaranan xərcləri də nəzərə alsaq, qiymətinin ucuz olmasını şübhəli hal kimi dəyərləndirə bilərik.

Həmçinin, etiket qaydalarına mütləq riayət etmək lazımdır. Adətən çəkiylə satılan, markasız məhsullar risk mənbəyi olduğuna görə mənşəyi istehsal müəssisəsi bəlli olanlardan almaq daha yaxşıdır.

Alanda isə məhsulun üzərində etiket məlumatlarının, istehsalçı müəssisənin adının, ünvanının, mümkündürsə, qaynar xətt nömrəsi, tərkibində həqiqətən süddən istifadə olunduğuyla bağlı məlumatın olmasına diqqət etmək lazımdır. Tərkibində bəzən digər məmulatlardan azacıq ola bilər və yaxud bir az duzdan istifadə oluna bilər, bu, normaldır. Ancaq aromatizatorlardan, stabilizatorlardan, spredlərdən istifadə olunan kərə yağları keyfiyyətli hesab olunmur.

Eyni zamanda bu gün satışda olan şirniyyatların, un məmulatlarının əksəriyyəti tərkibində marqarin olan yağlardan hazırlanır. Marqarin məhsulun gec xarab olmasını təmin etdiyi üçün bir çox istehsalçılar tərəfindən istifadə edilir. Ancaq zərərlərinə görə bəzi ölkələr satışına qadağa qoyub".

Müsahibimiz bildirib ki, yağın rənginin açıq sarı olmasının əsas səbəbi yaz-yay mövsümündə heyvanların təzə otla qidalanmasıdır. Əgər kəskin şəkildə sarıdırsa, deməli tərkibində boyalardan istifadə olunub.

Yağın keyfiyyətli olub-olmamasını ev şəraitində necə öyrənmək olar?

"Yağı isti suda az miqdarda əritdikdə bir parça halında tez əriyirsə bu, keyfiyyətlidir. Ancaq hissələrə bölünərək gec əriyirsə, topa şəklində qalırsa, bu onun keyfiyyətli olmadığını göstərir. Həmçinin, keyfiyyətli kərə yağı insanın bədən temperaturunda da dərhal əriyir, ağızda xoşa gələn dad qoyur. Trans yağlar isə gec əriyib ağızda acı dad qoyur. Eyni zamanda, kərə yağını tavada isidərkən köpüklənir, daha ağ rəngə çalırsa, bu da keyfiyyət göstəricisidir.

Keyfiyyətli kərə yağı otaq tempraturunda qaldıqda formasını saxlıyır, amma yumuşalır. Keyfiyyətsiz olan isə əriməyə başlayanda ətrafa su şəklində yayılır"- deyə müsahibimiz bildirib.

Saxta yağların orqanizmə zərərləri nələrdir?

Məhsəti Hüseynova qeyd edib ki, saxta yağlar bədəndə ərimədiyi, həzm olunmadığı üçün damarlarda yığılıb qalır, bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.

"İnsan orqanizmi gündə 20-25 qram yağ qəbul etsə, yetərlidir".

Son.az ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Türk serialında Xarıbülbül simvolu like
  • 11 Okt 00:42  
Şou-biznes Türk serialında Xarıbülbül simvolu

Türkiyənin reytinqli "Bahar" serialının son iki bölümündəki Az

arrow Ətraflı
Teylor Sviftin sınıq gitarsını bu qiymətə aldılıar like
  • 11 Okt 00:33  
Şou-biznes Teylor Sviftin sınıq gitarsını bu qiymətə aldılıar

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl texaslı bir kişi amerikalı m

arrow Ətraflı
Bu xəstəliklər bağırsaq xərçənginə like
  • 11 Okt 00:11  
Digərləri Bu xəstəliklər bağırsaq xərçənginə

Flinders Universitetinin alimləri beş ümumi metabolik patologiyanın hiperton

arrow Ətraflı
Ermənilərin Gəncəyə dördüncü qanlı raket hücumundan 4 il ötür  FOTO like
  • 11 Okt 00:05  
Digərləri Ermənilərin Gəncəyə dördüncü qanlı raket hücumundan 4 il ötür FOTO

Bu gün Ermənistanın Gəncəyə dördüncü qanlı raket hücumundan 4 il öt�

arrow Ətraflı
Günün qoroskopu: İşdə uğurlu gündür, eşqdə isə... like
  • 11 Okt 00:01  
Digərləri Günün qoroskopu: İşdə uğurlu gündür, eşqdə isə...

Son.az 11 oktyabr günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ like
  • 10 Okt 23:59  
Digərləri Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ

Naxçıvan Dövlət Universitetinin (NDU) məzunu vəfat edib.

arrow Ətraflı
Cennifer Lopezin bu FOTOları maraqla qarşılandı like
  • 10 Okt 23:58  
Şou-biznes Cennifer Lopezin bu FOTOları maraqla qarşılandı

Dünyaşöhrətli müğənni, aktrisa Cennifer Lopez "Interview" jurna

arrow Ətraflı
Cennifer ilk dəfə boşanmasından DANIŞDI  "Mən getməliydim" like
  • 10 Okt 23:51  
Şou-biznes Cennifer ilk dəfə boşanmasından DANIŞDI "Mən getməliydim"

Cennifer Lopez cəmi iki illik evliliyindən sonra Ben Afflekdən boşanması v�

arrow Ətraflı
Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlanıb like
  • 10 Okt 23:42  
Digərləri Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlanıb

Cəlilabad rayonunda dəmir dövrünə aid məişət əşyaları aşkar olunub.

arrow Ətraflı
Dünya İsraili dayandırmaqda acizdir like
  • 10 Okt 23:33  
Dünya Dünya İsraili dayandırmaqda acizdir

Beynəlxalq vasitəçilər İsrail-Livan müharibəsini dayandırmaqda acizdir.

arrow Ətraflı
ABŞ və İran arasında gizli danışıqlar gedir like
  • 10 Okt 23:17  
Dünya ABŞ və İran arasında gizli danışıqlar gedir

ABŞ və bir sıra ərəb ölkələri İranla müharibənin bütün cəbhələri

arrow Ətraflı
Castin Biberin psixi problemləri yaranıb like
  • 10 Okt 23:09  
Şou-biznes Castin Biberin psixi problemləri yaranıb

Dünya şöhrətli pop ulduz Castin Biber hazırda həbsdə olan repçi və musi

arrow Ətraflı
Putin niyə Gürcüstanla viza rejimini ləğv etdi? like
  • 10 Okt 23:00  
Dünya Putin niyə Gürcüstanla viza rejimini ləğv etdi?

Rusiya Prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün vizasız

arrow Ətraflı
Rumıniyada prezidentliyə namizədlərin adları açıqlanıb like
  • 10 Okt 22:41  
Dünya Rumıniyada prezidentliyə namizədlərin adları açıqlanıb

Rumıniyanın Mərkəzi Seçki Bürosu bu ilin sonunda ölkədə keçiriləcək

arrow Ətraflı