Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlanıb
Digərləri 10 Okt 2024 23:42:00 239 0
Cəlilabad rayonunda dəmir dövrünə aid məişət əşyaları aşkar olunub.
Bu xəbəri də oxu: Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar bu tarixdə ödəniləcək
Bu barədə "Report"un Muğan bürosuna yerli tarixçi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, arxeologiya üzrə doktorant Ələsgər Mirzəzadə məlumat verib.
Onun sözlərinə görə, tapıntılar rayonun Uzuntəpə kəndi ərazisində təsərrüfat işləri zamanı üzə çıxıb.
Tarixçi qeyd edib ki, maddi-mədəniyyət nümunələri sözügedən universitetin tələbələrdən biri tərəfindən təhsil müəssisəsinin muzeyinə təhvil verilib.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin "Report"un yerli bürosuna verdiyi məlumata görə, tapıntılar eramızdan əvvəl VIII-VII əsrlərə, dəmir dövrünə aid Muğan arxeoloji mədəniyyətinə məxsus maddi mədəniyyət nümunələridir: "Bu maddi mədəniyyət tapıntılarının ilk nümunələri XX əsrin 30-cu illərində Bakı-Ələt-Astara dəmir yolu xətti çəkilərkən Cəlilabadın indiki Uzuntəpə kəndi ərazisində, Azərbaycanın tanınmış arxeoloqu İsa Cəfərzadə tərəfindən aşkar edilib. İlk dəfə elmə Muğan mədəniyyəti adı ilə daxil olunub. Hazırda tapıntılar aşkarlanan yerdə kompleks arxeoloji tədqiqat işlərinin aparılmasına ehtiyac var".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Beynəlxalq vasitəçilər İsrail-Livan müharibəsini dayandırmaqda acizdir.
ABŞ və bir sıra ərəb ölkələri İranla müharibənin bütün cəbhələri
Dünya şöhrətli pop ulduz Castin Biber hazırda həbsdə olan repçi və musi
Rusiya Prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün vizasız
Rumıniyanın Mərkəzi Seçki Bürosu bu ilin sonunda ölkədə keçiriləcək
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdm
Azərbaycanda su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir.
İllinoys ştatının Şimal-Qərb Universitetinin amerikalı alimləri duş ba�
"Lenovo" şirkətinin top-menecerlərindən biri Ermek Jakipjanovun Qa
Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) 2024-2025-ci tədris ili üçün tari
Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası oktyabrın 21-də deli
Çeçenistan lideri Ramzan Kadırov Dağıstandan olan senator və milyarder Sü
Metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləş�
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək.