“Əxlaqsızlığı reklam etmək olmaz!”


Digərləri 04 Fev 2024 13:49:00 265 0

“Əxlaqsızlığı reklam etmək olmaz!”

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ildə arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq müxtəlif kişilərlə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən edib.

Xəyanətdən sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində müğənnini öldürüb.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, sözügedən məhkəmə iclası açıq keçirilib və orada səsləndirilən iddiaların mətbuatda yayılması qanunsuz deyil:

"Əgər məhkəmə iclası qapalı keçirilirsə, orada deyilən hər hansı fikrin, çıxışların mətbuatda yayılması qanunsuzdur. Qətlə yetirilən müğənni Yaqut Həşimovanın məhkəmə iclası açıq olub. Bu isə o deməkdir ki, istənilən media nümayəndəsi gəlib məhkəməni izləyə bilər və oradan qeydiyyat götürə bilər. Bu, dünya praktikasında da belədir və burada qanunsuz heç nə yoxdur".

Məsələyə psixoloji tərəfdən yanaşan hüquqşünas qeyd edib ki, bu cür amansız qətllərin tez-tez TV-lərdə göstərilməsinin nəticəsi ağır ola bilər. Onun sözlərinə görə, bir müddət sonra cəmiyyət belə neqativ hadisələri normal qəbul edəcək:

"O ki, qaldı bu cür materialların cəmiyyətə təsir etməsinə, əlbəttə ki, bu tip xəbərlər təsirsiz ötüşmür. Psixologiyanın bəzi qolları haqda təhsilim də var və bu məsələdən başı çıxan adam kimi deyə bilərəm ki, əgər bir hadisə, mövzu cəmiyyətdə tez-tez danışılırsa, göstərilirsə, o artıq normaya çevrilir.

Məsələn, Skandinaviya ölkələrinin insanları hündür boylu olurlar, onlar üçün olan boy norması Azərbaycana aid ola bilməz. Bizdə kişilər üçün 1.70-1.85 santimetrə qədərdir, qadınlar üçün 1.60-1.70-ə qədərdirsə, Skandinaviyada orta boy 1.80 santimetrdən başlayır. Çünki onlarda çoxluq bu cürdür, çoxluq nədirsə, norma da odur.

Əgər biz bu cür qətl hadisələrini istər mediada, istər əhali arasında tez-tez göstəririksə, danışırıqsa, bu o deməkdir ki, belə hadisələr tez-tez təkrar olunacaq və bu normaya çevriləcək. Artıq bir müddət sonra insanlar şüuraltı olaraq bunu norma kimi qəbul edəcəklər və bu hadisələri törədənlərə təəccüblənməyəcəklər, düşünəcəklər ki, burada heç nə yoxdur, onsuz da hamı edir.

Biz bunun qarşısını almalıyıq. Xüsusilə amansız qətl hadisələrinin, əxlaqsızlıq nümunələrinin, cəmiyyətə yalnız zərəri olacaq hadisələrin "reklamını" etmək olmaz! Unutmayın ki, antireklam özü də bir reklamdır".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

ABnin bütün ölkələri Türkiyə ilə... like
  • 04 Fev 13:43  
Dünya ABnin bütün ölkələri Türkiyə ilə...

Bütün üzv dövlətlər Türkiyə ilə daha sıx əlaqələr qurmağa razıdı

arrow Ətraflı
Dollara tələbat artıb: Manatın məzənnəsi dəyişəcəkmi? like
  • 04 Fev 13:35  
Digərləri Dollara tələbat artıb: Manatın məzənnəsi dəyişəcəkmi?

Azərbaycanda 2014-cü ilin yanvar və fevral aylarında xarici valyutaya tələ

arrow Ətraflı
Hacıqabulda “Mersedes” yandı like
  • 04 Fev 13:30  
Digərləri Hacıqabulda “Mersedes” yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-

arrow Ətraflı
Daha bir seriala çəkiləcək like
  • 04 Fev 06:20  
Şou-biznes Daha bir seriala çəkiləcək

"Star Tv"də yayımlanması planlaşdırılan "Yan oda" seri

arrow Ətraflı
Boşanma xəbərlərini belə şərh etdi: "Bu, hələ də davam edir" like
  • 04 Fev 06:10  
Şou-biznes Boşanma xəbərlərini belə şərh etdi: "Bu, hələ də davam edir"

Rusiyalı məşhur müğənni Alsu 2006-cı ildə evləndiyi əri Yan Abramovdan

arrow Ətraflı
Dünyada ilk və tək  Canlı yayımda intihar edən diktor  FOTOlar like
  • 04 Fev 06:00  
Dünya Dünyada ilk və tək Canlı yayımda intihar edən diktor FOTOlar

Amerikalı xəbər aparıcısı Kristin Çabbuk (Christine Chubbuck) ağır depr

arrow Ətraflı
Bu xəstəlik sürətlə artacaq  Alimlərdən XƏBƏRDARLIQ like
  • 04 Fev 05:05  
Digərləri Bu xəstəlik sürətlə artacaq Alimlərdən XƏBƏRDARLIQ

BMT bildirir ki, əsrin ortalarına qədər qlobal xərçəng hadisələrinin t�

arrow Ətraflı
Dünyanın ən nadir sindromu  Adı qədər sevimli deyil  FOTOlar like
  • 04 Fev 04:04  
Dünya Dünyanın ən nadir sindromu Adı qədər sevimli deyil FOTOlar

Bu dəfə Sirenomelia olaraq da bilinən "su pərisi" sindromunun nə

arrow Ətraflı
“Google”un qurucusu Rikoda şəxsi ada aldı like
  • 04 Fev 03:03  
Dünya “Google”un qurucusu Rikoda şəxsi ada aldı

"Google"un həmtəsisçisi Larri Peyc Puerto-Rikodakı şəxsi Cayo No

arrow Ətraflı
40 yaşlı aktrisa cazibədar bədənini nümayiş etdirdi  FOTOlar like
  • 04 Fev 02:02  
Şou-biznes 40 yaşlı aktrisa cazibədar bədənini nümayiş etdirdi FOTOlar

"Hollyoaks" ulduzu Cennifer Metcalfe bikinidə pozlar verib.

arrow Ətraflı
BMT TŞdən gözlənilməz qərar: Qəddafinin xanımına "YAŞIL İŞIQ" YANDIRILDI like
  • 04 Fev 01:47  
Dünya BMT TŞdən gözlənilməz qərar: Qəddafinin xanımına "YAŞIL İŞIQ" YANDIRILDI

BMT Təhlükəsizlik Şurası Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin

arrow Ətraflı
Məzuniyyətdə gələn hərbçi dəm qazından zəhərlənib öldü like
  • 04 Fev 01:17  
Digərləri Məzuniyyətdə gələn hərbçi dəm qazından zəhərlənib öldü

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərl

arrow Ətraflı
Həm gülməlidir, həm ağlamalı  İnanılmaz hadisələr nəticəsində like
  • 04 Fev 01:01  
Digərləri Həm gülməlidir, həm ağlamalı İnanılmaz hadisələr nəticəsində

Təəssüf ki, bədbəxt təsadüflərlə tarixə düşənlər də var. Ölüm z

arrow Ətraflı
"Gündə 16 saat ac qalıram" like
  • 04 Fev 01:00  
Şou-biznes "Gündə 16 saat ac qalıram"

Türkiyəli aktrisa-aparıcı Pınar Altuğ formada qalma sirrini bölüşüb.

arrow Ətraflı
İtaliyanın sonuncu kralının oğlu vəfat etdi like
  • 04 Fev 00:57  
Dünya İtaliyanın sonuncu kralının oğlu vəfat etdi

İtaliyanın sonuncu kralı II Umbertonun oğlu Vittorio Emanuele şənbə gün�

arrow Ətraflı