Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun FOTO
Digərləri 31 Yan 2024 11:45:00 360 0
Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun.
Bu xəbəri də oxu: Etibarnaməni ləğv edərkən niyə rüsum ödənilir?
Samsung Electronics Galaxy S24 Ultra, Galaxy S24+ və Galaxy S24-ü təqdim edərək, AI (süni zəka) əsaslı mobil təcrübənin əsasını qoydu.
Mobil cihazların istifadəçilərə verdiyi imkanları kökündən dəyişməklə Galaxy S seriyası yeni dövrə yol açır. Süni zəka mətnin və zənglərin ağıllı tərcüməsi ilə maneəsiz ünsiyyətdən tutmuş Galaxy ProVisual Engine ilə maksimum yaradıcılıq azadlığına və yeni axtarış standartlarına qədər Galaxy istifadəçilərinin demək olar ki, dünyaya baxışlarını dəyişərək, Galaxy S24 seriyasını hər tərəfdən gücləndirir.
Xaricdən olan tələbə və ya həmkarınızla söhbət edin. Bir ölkədə tətildə ikən digər ölkədə masa sifariş edin. Bütün bunlar Live Translate ("Canlı tərcümə") funksiyası sayəsində mümkündür - real vaxt rejimində telefon zənglərinin ikitərəfli səsli və yazılı tərcüməsi. Bundan ötrü üçüncü tərəf proqramları tələb olunmur və cihazdakı AI söhbətləri tamamilə gizli saxlayır.
Interpreter ("Tərcüməçi") vasitəsilə ilə siz söhbətləri real vaxt rejimində bölünmüş ekranda dərhal tərcümə edə bilərsiniz ki, üzbəüz dayanan insanlar qarşı tərəfin dediklərini oxuya bilsinlər. Bu funksiya mobil məlumat və ya Wi-Fi olmadan da çalışır.
Chat Assist mesajlar və digər proqramlarda ünsiyyətinizin tam nəzərdə tutulduğu kimi səslənməsini təmin etmək üçün mükəmməl danışıq tərzinizi tapmağa kömək edə bilər: məsələn, həmkarınıza nəzakətli mesaj və ya sosial media başlığı üçün qısa, yaddaqalan ifadə seçərkən. Samsung düymə lövhəsində quraşdırılmış süni zəka mesajları real vaxt rejimində 13 dilə tərcümə edə bilir. Avtomobildə quraşdırılan Android Auto daxil olan mesajları avtomatik şəkildə ümumiləşdirir və uyğun cavablar və hərəkətlər təklif edir, məsələn, kiməsə gəliş vaxtınız barədə mesaj göndərir ki, siz əlaqəni gözünüzü yoldan ayırmadan qura biləsiniz.
Samsung Notes-dakı Note Assist hesabına istifadəçilər işlərini daha da qaydaya sala bilər. Bura süni zəkanın yaratdığı xülasələr, əvvəlcədən hazırlanmış formatlar əsasında qəliblərin yaradılması və qeydlərin sadələşdirilməsi, onların bir baxışda nəzərə çarpması, üz qabığının yaradılması kimi imkanlar daxildir. Çox adamın söhbət etdiyi səs yazılarını ümumiləşdirmək və tərcümə etməkdən ötrü Transcript Assist süni zəka sayəsində Speech-to-Text texnologiyasından istifadə edir.
Ünsiyyət Galaxy S24 seriyasının telefonun əsas üstünlüklərini gələcəyə aparan yeganə yol deyil. Onlayn axtarış həyatın demək olar ki, hər üzünü dəyişib. Galaxy S24 axtarış tarixində önəmli bir mərhələnin əsasını qoyur: bu, Google-un intuitiv, əl hərəkətləri ilə idarə olunan Axtarış Dairəsini təqdim edən ilk telefondur. Galaxy istifadəçilərinə inanılmaz yeni alət vermək üçün Galaxy dünyanın axtarış lideri olan Google-a müraciət edib və sadə bir hərəkətə əsaslanan yeni axtarış formaları açıb. "Əsas səhifəyə" düyməsini basıb saxlamaqla istifadəçilər Galaxy S24 ekranında dairə yaxud eskiz çəkə və ya hər hansı bir hissəyə toxunmaqla onu axtarışa verə bilərlər. İstifadəçi dostunun sosial media postunun fonunda gözəl bir əlamətdar yer və ya YouTube Shorts-da bir əyləncə görəndə, proqramdan çıxmadan daha çox məlumat əldə etmək üçün tez bir zamanda xüsusi axtarışa keçə bilər.
Galaxy S24 seriyasındakı ProVisual Engine şəkil çəkməkdən onu sosial mediada paylaşmağa qədər hər addımda maksimum yaradıcılıq azadlığına imkan verən və bütövlükdə təsvir təcrübəsini dəyişdirən süni zəka ilə çalışan hərtərəfli alət dəstidir.
Uzaqdan çəkilmiş titrək, pikselli şəkillər keçmişdə qaldı. Yeni 5x optik böyütmə obyektivi olan Galaxy S24 Ultra-nın Quad Tele sistemi adaptiv piksel sensoru sayəsində 2x, 3x, 5x, 10x böyütmədə optik keyfiyyət saxlamaq üçün 50 meqapiksellik sensorla birləşdirilib. Üstəlik, qabaqcıl rəqəmsal böyütmə funksiyasından istifadə edərək fotoşəkillər 100x-a qədər böyüdüldükdə belə kristal təmiz görünür.
Oyunlar. Mürəkkəb videoların yazılması və redaktə edilməsi. Beş səyahət planlaşdırma proqramı arasında keçid edin. Çətinlikdən asılı olmayaraq, Galaxy S24 çipset, displey və s. təkmilləşdirilməsi ilə inanılmaz təcrübə təqdim edir. Bundan başqa hər bir Galaxy S24 Ultra cihazı Snapdragon® 8 Gen 3 Mobil Platforması ilə təchiz edilib.
Xüsusi olaraq Galaxy istifadəçiləri üçün optimallaşdırılmış bu çipset inanılmaz dərəcədə səmərəli və AI emalı üçün əhəmiyyətli olan NPU təkmilləşdirmələri təmin edir. 1-120Hz adaptiv yeniləmə sürəti hər üç Galaxy S24 modelində məhsuldarlığı da artırır.
Galaxy S24 eyni zamanda təkrar emal edilmiş polad və termoplastik poliuretan (TPU) istifadə edilməklə hazırlanan ilk Galaxy S seriyasıdır. Galaxy S24 Ultra-nın dinamiklərinin ən azı 40%-i təkrar emal edilmiş poladdan, yan və səs düymələri isə ən azı 10%-i təkrar emal edilmiş TPU-dan hazırlanıb. Bundan əlavə, hər bir Galaxy S24 100% təkrar emal edilmiş kağız qutuda gəlir.
Galaxy S24 seriyası haqqında ətraflı məlumatı Samsung.com/az səhifəsində əldə edə bilərsiniz.
Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryan tutduğu vəzifəd�
Sankt-Peterburqda zavoda PUA hücumu olub.
Avropa Liqasının qrup mərhələsini sonuncu turunda "Hekken"ə qar�
Tiktoker Ləman Vəliyeva aparıcı Ülvira Qarayevanı məhkəmə ilə hədəl�
Parisdə Paris Moda Həftəsi zamanı amerikalı turist iki kişi tərəfindən
Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə risk mütəxəssisləri
Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə
"Çox xoşbəxtəm ki, Doğuş kimi biri ilə birlikdəyəm". Son.a
Xəbər verdiyimiz kimi, 2 gün əvvəl ağır vəziyyətdə hospitəlizə oluna
Bakı-Şamaxı yolu buz bağlayıb. Yolun buz bağlaması səbəbindən hərək�
Türkiyənin ilk astronavtı Alper Gezeravcının 2 fevral tarixində kosmosdan
2023-cü ildə illik ərzaq inflyasiyası 0.8%, qeyri-ərzaq inflyasiyası 2.7%,
Ölüm xəbəri yayılan Əməkdar artist Kifayət Gəncəli "Elgizlə izl�
Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı M