Bu şəxslərin pensiyalarında artım olmayacaq onlar kimlərdir?
Digərləri 30 Yan 2024 12:50:00 330 0
"Əmək Pensiyaları" haqqına Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Ötən ilin yekun əmək haqqı artımının 11.0 faizə yaxın olacağı gözlənilir.
Bu xəbəri də oxu: Bu yolda sürət həddi endirildi
Son.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar.
"Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.
Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-cü ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq", - deyə V.Bayramov bildirib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri il
Bakıda daha bir yolayrıcında yaranan avtomobil sıxlığının qarşısı al�
Fövqəladə Hallar Nazirliyi (FHN) və "Bakı Metropoliteni" QSC-nin
Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tib
"61 saylı Qusar seçki dairəsinin ən ucqar məntəqəsi Şahdağın ət�
Aldadıldığını öyrənən oğlan toya qədər bunu nişanlısından gizlədi
"Swiss International Air Lines" aviaşirkətinin Sürix-Sinqapur reysi
Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq əraziləri
2024-cü ildə buraxılacaq "iPhone 16" haqqında artıq bəzi yenilik
Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri üçün çap olunmuş bül
Ötən gün sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan, qeyri-etik h�
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respub