Dünyanın ən böyük iki milyardlıq gəmisi: Titanikdən 5 dəfə böyükdür
Digərləri 29 Yan 2024 06:10:00 341 0
Dünyanın ən böyük kruiz gəmisi Mayami limanını tərk edərək ilk səyahətinə başlayıb.
Bu xəbəri də oxu: Onlara yüksək vəzifə verildi
Son.az lent.az-a istinadən xəbər verir ki, Royal Caribbean International tərəfindən dizayn edilən 365 metr uzunluğundakı "Dənizlərin İkonası" Titanikdən 5 dəfə böyükdür.
Sözügedən gəmi üçün çərşənbə axşamı keçirilən mərasimdə məşhur futbolçu Lionel Messi də iştirak edib.
Gəminin operatoru Royal Caribbean-ın verdiyi açıqlamada 365 metr uzunluğu ilə dünyanın ən böyük kruiz gəmisi olan "İcon of the Seas"in sərnişinləri ilə birlikdə Mayami limanından səfərə çıxdığı bildirilib. Açıqlamada bu ilk səfərə böyük tələbatın olduğu, nəhəng kruiz gəmisinin 5 min 600 sərnişin və 2 min 350 gəmi personalı ilə yola çıxdığı bildirilib. Sözügedən gəmi tam gücü ilə 7600 sərnişini qəbul edə bilər.
Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda 900 gündə inşa edilən gəminin uzunluğu Eyfel qülləsinin uzunluğunu üstələyir. 20 mərtəbəli gəmiyə hündürlüyü 17 metr olan şəlalə, biri göl kimi nəzərdə tutulmuş yeddi hovuz, altı su sürüşməsi, buz meydançası, karusel, 40 restoran və bar daxildir. Gəmidə sərnişinləri əyləndirmək üçün 16 nəfərlik orkestrlə yanaşı, müxtəlif musiqi üslublarına malik 50 fərqli musiqiçi və bir çox komediyaçı da gəmi heyətində yer alır.
İki milyard dollara başa gələn "İcon of the Seas" 1912-ci ildə Atlantik Okeanında aysberqlə toqquşaraq batan məşhur "Titanik" gəmisindən beş dəfə böyükdür.
Maye qazla (LNG) işləyən gəmi bir həftəlik Karib dənizi turundan sonra Mayami limanına qayıdacaq.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Renka ləqəbi ilə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna A
Nanə və digər otlar ilə hazırlanmış çay kimi sakitləşdirici içkilər
Bəşəriyyət Sibirin əbədi donmuş ərazilərində aşkar edilmiş viruslar
Adam Rainer tarixdə həm cırtdan, həm də nəhəng olan yeganə insandır. 21
Bakının Xəzər rayonunda 1990-cı il təvəllüdlü Həsən qeyri-rəsmi mün
Rusiyanın hərbi sənayesi tam sürətlə inkişaf edir. Təcavüzkar döyüş
ABŞ administrasiyası İsrailə silah tədarükünü azaltmağı, yaxud tamam d
Rusiya və Belarus prezidentlərinin iştirakı ilə Antarktidada Rusiyanın &qu
Şaxtalı hava şəraiti ilə əlaqədar Göygöldə yerləşən Maralgöl tam d
Azərbaycan Ordusu Asiyanın ən güclü orduları arasında 24-cü yeri tutub.
Türkiyə polisi İstanbul şəhərindəki "Santa Maria" kilsəsinə s
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Dövlət Miqrasiya Xidməti yanında Miqrasiya Şurasının sədri Gökhan Çoba