Şuşada seçicilərə bildirişlərin paylanılmasına başlanılıb
Digərləri 27 Yan 2024 17:54:00 304 0
"Azad, doğma Şuşamızda 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq tam yekunlaşıb, seçki prosesinin şəffaf və demokratik şəraitdə keçməsi üçün lazımi şərait yaradılıb. Artıq məntəqə üzrə seçicilərimizə bildirişlərin paylanılmasına başlanılıb".
Bu xəbəri də oxu: Azərbaycana casusluqda ittiham olunan Qalstyana 18 il
Son.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 105 saylı seçki məntəqəsinin sədri Səbinə Gözəlova bildirib.
DSK sədri vurğulayıb ki, məntəqə bütün zəruri texniki avadanlıq və ləvazimatlarla təchiz edilib: "105 saylı məntəqə Şuşada yeni inşa edilmiş 1 nömrəli tam orta məktəbin binasında yerləşir.
Binada müasir infrastruktur mövcuddur və qış mövsümü ilə əlaqədar mərkəzdə istilik sistemi tam fəaliyyətdədir. Bununla yanaşı, məntəqəmiz lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, şəffaf seçki qutuları, mürəkkəb, ultrabənövşəyi lampalar və digər vəsaitlər gətirilib".
S. Gözəlova əlavə edib ki, məntəqə sədri, katibi və üzvləri Şuşada ilk dəfə keçiriləcək prezident seçkilərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun azad və şəffaf şəkildə keçirilməsi istiqamətində fasiləsiz fəaliyyət göstərirlər.
Qısa məsafələri qət etmək üçün elektrik skuterlərdən istifadə artıq
SSRİ dağıldıqdan sonra ABŞ müstəqillik qazanan respublikalara diqqətini
Tailandda vəhşi təbiətin mühafizəsi mərkəzində könüllü kimi çalış
"Yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 10
AŞPA-da Azərbaycan əleyhinə səs verməklə səsvermədə iştirakdan imtina
Rusiya ordusunun yenidən silahlanmasının sürətli tempi səbəbindən Avropa
ABŞ prezidenti Cozef Bayden Konqresin razılığı ilə ölkəyə qeyri-qanuni
Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı x
Almaniyanın Ulm şəhərindəki "Starbucks" kafesində dörd nəfəri
Bu gündən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə
Kolumbiya hökuməti Argentinadakı səfirini məsləhətləşmələr üçün ge
ABŞ Dövlət Departamenti Xorvatiyaya 500 milyon dollara "Black Hawk"
Kanada Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli
Türkiyədə 90 yaşlı kişi hər gün evinə gedib-gəlmək üçün qəribə v