Regionun təhlükə mənbəyi ABŞın Ermənistandakı


Dünya 27 Yan 2024 17:49:00 289 0

Regionun təhlükə mənbəyi  ABŞın Ermənistandakı

SSRİ dağıldıqdan sonra ABŞ müstəqillik qazanan respublikalara diqqətini yönəltməyə başladı. Rəsmi Vaşinqton bəzi ölkələrdə hərbi birləşmələr, hərbi bazalar qurur, bəzilərində isə "rəngli inqlablar" vasitəsilə yeni yaranan hakimiyyətləri, yəni onun məqsəd və hədəflərinə uyğun gəlməyənləri devirməklə hərbi-siyasi mövcudluğunu yaratmağa başladı. Bununla belə, bəzi hallarda "partnyor" ölkələrdə müxtəlif biolaboratoriyalar qurmaqla da Birləşmiş Ştatlar ekspansionist siyasətini yeritməyə başladı. Bu laboratoriyaların açılış məqsədi müxtəlif təhlükəli patogenlərə qarşı təhlükəsizliyi təmin etmək, onlardan qorunmaq üçün vaksinlər istehsal etmək dururdu. Məsələn, 2010-cu ildən Ukrayna, Gürcüstan, Qazaxıstan və Özbəkistanda bu tipli laboratoriyalar qurulub. Amma deyəsən, Ermənistan bu məsələdə hər kəsi qabaqlayıb. Bu ölkədə ötən illər ərzində 12 belə müəssisə fəaliyyət göstərirdi. Təkcə bu yaxın dövr ərzində birdən-birə 3 laboratoriya işə salındı. Onlardan biri İrəvanda, biri Gümrüdə, digəri isə İcevanda açıldı. Mərkəzlər isə Pentaqon tərəfindən maliyyələşdirilir.

Qeyd etmək yerinə düşər ki, referens-laboratoriya qurmaq üçün Ermənistanın Kənd Təsərrüfatı nazirliyinə 4.1 milyon dollar, Səhiyyə nazirliyinə isə 9.1 milyon dollar ödənilib. 17 milyon dollar isə bu nazirliklərin balansında yaradılan mərkəzlərin mebel və təchizatı üçün ayrılıb.

Bu yaxınlarda məlum olub ki, ABŞ-ın sayca 13-cü biolaboratoriyası Gümrü şəhərində qurulacaq. Bildirilir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ötən həftə Pentaqonla bu məsələ ilə bağlı müqavilə imzalayıb. Yeni laboratoriyanın Gümrü şəhərində, Rusiyanın 102-ci hərbi bazası yaxınlığında qurulması planlaşdırılır. Baş nazir "bu laboratoriyalar ABŞ-ın dəstəyi ilə qurulsa da, Ermənistan respublikasının əmlakı sayılır" desə də, reallıq başqadır.

Nəzərə almaq lazımdır ki, bu tip müəssisələr patogen faktorlarla çalışır və müxtəlif virusların, xəstəliklərin yaradılması, ətrafa yayılması riski həddən artıq çoxdur. Bəzi ekspertlər hazırda Ermənistanda yayılan qızılca virusunu da bu laboratoriyalarla əlaqələndirir. Çünki son dövrlər sözügedən ölkədə mövsümi qrip və mədə-bağırsaq xəstəliklərində ağırlaşma halları ciddi şəkildə müşahidə edilir. Qeyd edilir ki, yaşayış məntəqələrində aparılan bir sıra təcrübələr bu faktora ciddi təsir edir.

ABŞ səfirliyinin əməkdaşları laboratoriyalar mövzusunda bildirirlər ki, bu, geosiyasi məsələlərlə bağlı deyil. Ermənistan miqrasiyanın yüksək olduğu regionda yerləşir və müxtəlif yoluxucu xəstəliklər riski böyükdür. Beynəlxalq öhdəliklərə görə isə rəsmi İrəvan bu riskləri vaxtından əvvəl aşkar etməli, onun ölkə daxilində və sərhədlərdən kənarda yayılmasının qarşısını almalıdır. Laboratoriyalar da sırf təcrübə xarakteri daşıyır və bu problemi həll etmək üçün nəzərdə tutulub. Təbii ki, bu, işin görünən tərəfidir. Daha doğrusu, amerikalı kəşfiyyatçılar tərəfindən gözə üfürülən küldür.

Birincisi, Ermənistanda yayılma riski olan viruslarla bu ölkənin Səhiyyə nazirliyi əvəzinə niyə Pentaqon məşğul olmalıdır?

İkincisi, bir sıra erməni təşkilatları bu laboratoriyaların əleyhinə müntəzəm olaraq aksiyalar keçirir, bağlanmasını tələb edirlər. Məsələn, ictimai təşkilat sədri Babken Pipoyan bildirir ki, bu tip laboratoriyaların fəaliyyəti müxtəlif problem və təhdidlərə yol açır. Çünki bu tip laboratoriyaların qurulması zamanı virus kolleksiyalarında saxlanılan bütün virus ştamlarının ABŞ tərəfinə təhvil verilməsi lazımdır. Nəzarət isə sırf Birləşmiş Ştatların hərbçiləri tərəfindən həyata keçirilir. Bu qurum vasitəsilə rəsmi Vaşinqton ölkə ərazisində yaxın qonşuların ərazisində bioloji vəziyyəti nəzarətində saxlayır.

Üçüncüsü, Rusiya Ermənistanın faktiki olaraq strateji müttəfiqidir. Təbii ki, ABŞ laboratoriyalarının Ermənistan ərazisində, özü də 102-ci bazanın yanında qurulması Kremlin xoşuna gəlməyəcək. Rəsmi Vaşinqtonun maliyyələşdirdiyi qlobal laboratoriya şəbəkəsinin Rusiya sərhədləri yaxınlığında olması bir sıra strateji tapşırıqların öhdəsindən gəlməyə şərait yaradır. Məsələn, müxtəlif patogenlər barədə məlumat toplamaq, onlarla mübarizə üsullarını araşdırmaq, bu məlumatlardan bioloji silah istehsalında istifadə etmək kimi faktorlar var.

Bir faktı da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın Rusiyaya rəsmi səfərlərinin birində ortaq bəyanat imzalanıb və maddələrdən biri biotəhlükəsizlik sahəsinə aiddir. Bu maddəyə görə, rəsmi İrəvan və rəsmi Moskva Ermənistan və ya Rusiyanın maraqlarına zidd olan bioloji təhlükəsizlik sahəsində fəaliyyət üçün öz ərazilərini üçüncü ölkələrə verməyəcəklər. Yaxşı, əgər bu müqavilə iki il əvvəl imzalanıbsa, niyə bəs Ermənistanda "yağışdan sonra göbələk" misalı kimi ABŞ laboratoriyalarının sayı durmadan artır? Yəqin ki, Kreml bu sualı dəfələrlə erməni siyasi elitasına ünvanlayıb.

Qeyd etmək yerinə düşər ki, laboratoriyalar qapalı rejimdə fəaliyyət göstərir. Personal sırf amerikalılardan ibarətdir. Yerli səhiyyə təşkilatlarının müəssisə ərazisinə daxil olmağa icazəsi yoxdur. Bir müəssisədə 50-250 nəfər arası personal çalışa bilər. Maraqlıdır ki, Gümrüdə fəaliyyət göstərən biolaboratoriyalardan biri sırf məktəbin yanında inşa edilib. Bu isə bir çox məsələlərdən xəbər verir. Laboratoriyalarda erməni ictimaiyyətindən diqqətlə gizlədilmiş iş aparılır; onlar əhalinin sıx məskunlaşdığı yerlərdə, eləcə də uşaq bağçalarının və uşaq meydançalarının yaxınlığında yerləşirlər, bu da belə obyektlərin yerləşdirilməsi qaydalarına tamamilə ziddir.

Bir müddət əvvəl "infoport.am" informasiya portalı öz insayderlərindən ABŞ-ın ölkədəki hərbi-bioloji fəaliyyətinin təfərrüatlarını açıqlayan sənədlər aldığını bildirmişdi. Qeyd olunub ki, Amerika hərbi idarəsinin nümayəndələri bioloji tədqiqatlar sahəsində erməni resurslarına məhdudiyyətsiz çıxışa malikdirlər və bioloji silah kimi Pentaqon tərəfindən uzun müddət öyrənilmiş və sınaqdan keçirilmiş xüsusi təhlükəli patogenlərlə işləməkdə son dərəcə maraqlıdırlar.

Maraqlı bir fakt var ki, müxtəlif dövrlərdə Ermənistanda təhlükəli infeksiyaların tədqiqatına (DTRA layihəsi) NMRC-F hərbi-dəniz tibbi tədqiqatlar mərkəzi, WRAIR və USAMRIID kimi hərbiləşmiş mərkəzlər də cəlb edilib.

Qeyd etmək yerinə düşər ki, hansısa ölkənin ərazisində ABŞ tərəfindən bu sayda biolaboratoriyanın qurulması de-fakto olaraq onun koloniyaya çevrilməsi deməkdir. Əgər hakim komanda rəsmi Vaşinqtonun maraqlarını təmin etməsə, ölkədə qəflətən epidemioloji vəziyyət pisləşə bilər. Bu laboratoriyaların qurulmasının əsas məqsədlərindən biri məhz budur. Bu laboratoriyalar ölkələri müstəmləkə kimi saxlamağa kömək etməklə yanaşı, həm də hərbi məqsəd daşıyır. Bu laboratoriyaların yerləşdiyi yerlər xüsusi olaraq müəyyən geosiyasi məqsədlər üçün seçilib. Ermənistanda isə bu müəssisələr İranla müharibə ehtimalına qarşı qurulmaqla yanaşı, Rusiyanın iqtisadiyyatına və təhlükəsizliyinə təsir məqsədi də daşıyır. ABŞ-ın əsas məqsədi başqadır - Rusiyanı təkcə qoşunlarla deyil, həm də mümkün hərbi təhlükə zamanı ən gözlənilməz və ölümcül bioloji silahlarla tez zərbə endirməyə imkan verəcək bioloji bazalarla əhatə etməkdir. Bu laboratoriyalardan buraxılacaq yeni viruslar çox sürətlə yayıla bilər və onun insanlar üçün nəticələri çox ağır ola bilər.

Yuxarıda sadalananlardan məlum olduğu kimi, Paşinyan hökuməti ölkəsini amerikalılar üçün təcrübə meydançasına çevirib. Pentaqonun ayırdığı bir neçə milyon dollar tulapayına regionun hansı dərəcədə fəlakətə sürükləndiyi isə göz önündədir. Ölkə poliqona çevrilməklə yanaşı, erməni əhalisi də təcrübə dovşanı rolunu oynayır.

REPORT

Ayının caynağından xilas olmaq üçün qolunu kəsdi like
  • 27 Yan 17:43  
Dünya Ayının caynağından xilas olmaq üçün qolunu kəsdi

Tailandda vəhşi təbiətin mühafizəsi mərkəzində könüllü kimi çalış

arrow Ətraflı
Yaxın üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayıdacaq like
  • 27 Yan 08:25  
Digərləri Yaxın üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayıdacaq

"Yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 10

arrow Ətraflı
Bu dost ölkələr səsverməyə niyə qatılmayıb? like
  • 27 Yan 08:22  
Digərləri Bu dost ölkələr səsverməyə niyə qatılmayıb?

AŞPA-da Azərbaycan əleyhinə səs verməklə səsvermədə iştirakdan imtina

arrow Ətraflı
Lars yolunda 2 min maşın gözləyir like
  • 27 Yan 08:17  
Dünya Lars yolunda 2 min maşın gözləyir

Rusiya və Gürcüstan sərhədində yerləşən "Lars" keçid məntə

arrow Ətraflı
Avropa paytaxtlarında panika: Rus ordusu sürətlə... like
  • 27 Yan 08:12  
Dünya Avropa paytaxtlarında panika: Rus ordusu sürətlə...

Rusiya ordusunun yenidən silahlanmasının sürətli tempi səbəbindən Avropa

arrow Ətraflı
Bayden immiqrasiya siyasətini sərtləşdirməyə razı olub like
  • 27 Yan 08:07  
Dünya Bayden immiqrasiya siyasətini sərtləşdirməyə razı olub

ABŞ prezidenti Cozef Bayden Konqresin razılığı ilə ölkəyə qeyri-qanuni

arrow Ətraflı
Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər like
  • 27 Yan 08:03  
Digərləri Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı x

arrow Ətraflı
Almaniyada insanları girov götürən şəxs yaxalandı like
  • 27 Yan 07:54  
Dünya Almaniyada insanları girov götürən şəxs yaxalandı

Almaniyanın Ulm şəhərindəki "Starbucks" kafesində dörd nəfəri

arrow Ətraflı
Məktəblərdə qış tətili başladı like
  • 27 Yan 07:50  
Digərləri Məktəblərdə qış tətili başladı

Bu gündən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə

arrow Ətraflı
Argentina prezidentinin bəyanatı Kolumbiya ilə münasibətləri gərginləşdirib like
  • 27 Yan 07:42  
Dünya Argentina prezidentinin bəyanatı Kolumbiya ilə münasibətləri gərginləşdirib

Kolumbiya hökuməti Argentinadakı səfirini məsləhətləşmələr üçün ge

arrow Ətraflı
Dövlət Departamenti Xorvatiyaya helikopterlərin mümkün satışını təsdiqləyib like
  • 27 Yan 07:37  
Dünya Dövlət Departamenti Xorvatiyaya helikopterlərin mümkün satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Xorvatiyaya 500 milyon dollara "Black Hawk"

arrow Ətraflı
Kanada BMTnin agentliyinə maliyyə yardımını dayandırıb like
  • 27 Yan 07:33  
Dünya Kanada BMTnin agentliyinə maliyyə yardımını dayandırıb

Kanada Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli

arrow Ətraflı
Türkiyədə 90 yaşlı kişi 35 ildir evinə kanatla gedir like
  • 27 Yan 07:27  
Digərləri Türkiyədə 90 yaşlı kişi 35 ildir evinə kanatla gedir

Türkiyədə 90 yaşlı kişi hər gün evinə gedib-gəlmək üçün qəribə v

arrow Ətraflı
Hikmet Taşdemir vəfat etdi like
  • 27 Yan 07:22  
Şou-biznes Hikmet Taşdemir vəfat etdi

Türkiyə filmlərində əsasən mənfi obrazları ilə tanınan məşhur aktyor

arrow Ətraflı
ABŞ son 15 ildə ilk dəfə İngiltərədə nüvə silahı yerləşdirəcək like
  • 27 Yan 07:16  
Dünya ABŞ son 15 ildə ilk dəfə İngiltərədə nüvə silahı yerləşdirəcək

ABŞ son 15 ildə ilk dəfə olaraq Böyük Britaniyada nüvə silahı yerləşd

arrow Ətraflı