“Cənab Şvabe, “qaçqın” erməniləri Qarabağdan çıxmağa Azərbaycan məcbur etməyib”


Digərləri 26 Yan 2024 21:30:00 313 0

“Cənab Şvabe, “qaçqın” erməniləri Qarabağdan çıxmağa Azərbaycan məcbur etməyib”

Heç kimə sirr deyil ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) daxil olmaqla Qərbin əksər təşkilatlarında müxtəlif siyasi-iqtisadi lobbi qrupları kök atıb və uzun illər məhz bu qrupların maraqlarının xidmətçisi funksiyasını yerinə yetiriblər. Təşkilatlarda təmsil olunan deputatlar həmin qrupların cızdığı çərçivələrdən kənara çıxa bilməyiblər.

AŞPA-da anti-Azərbaycan qüvvələrin sözçüsü funksiyasını yerinə yetirən almaniyalı deputat Frank Şvabe da bu siyahıdadır. O, bütün fəaliyyətini anti-Azərbaycan, erməni lobbisinin maraqlarının müdafiəsi istiqamətində qurub. Bakıya qarşı aparılan təbliğatda xüsusi fəallıq nümayiş etdirən bu şəxs "BBC Azərbaycanca"ya verdiyi müsahibədə barəsindəki bütün fikirləri təsdiq etmiş olub. Bir daha aydın olub ki, o, insan haqları, ölkələrin ərazi bütövlüyü, işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymur.

Son.az report.az-a istinadən deputatın müsahibəsində səsləndirdiyi bəzi məqamlara diqqət çəkib.

Birincisi, F.Şvabe iddia edib ki, Avropa Şurası demokratiya, insan haqları və qanunun aliliyi ilə bağlı təşkilatdır. Belə olan halda işğalçı dövlət Ermənistanla işğala məruz qalan Azərbaycan arasında niyə fərq qoymur? Onda niyə, işğalçı bir dəfə də olsun ittiham edilməyib? Yaxın keçmişdə Avropanın ən böyük deportasiya və köçkün probleminə baiskar olan İrəvana nəinki sərt təpki göstərilməyib, hətta indi də, işğalçı dövlət müdafiə olunur, Azərbaycan öz ərazilərini bərpa etdiyinə görə sanksiyalara məruz qalır.

İkincisi, Azərbaycan postsovet məkanında separatizmə son qoyan ilk ölkə olsa da, AŞPA üzvü Bakını təbrik etməyə tələsmir. Əvəzində, Azərbaycanda vəziyyətin müsbətə doğru dəyişməsinə çalışdıqlarını iddia edir. Cənab Şvabenin diqqətinə çatdıraq ki, AŞPA-dan fərqli olaraq, digər beynəlxalq təşkilatlar dəfələrlə ölkədə hər sahədə müsbət dəyişikliklərin olduğunu vurğulayıblar. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində əldə olunacaq nəticə də deyilənlərin təsdiqi olacaq.

Üçüncüsü, təmsil etdiyi qurum adından danışan F.Şvabeyə təsir edən odur ki, Azərbaycan fevralda keçiriləcək seçkilərə AŞPA missiyasını çağırmayıb. Axı, rəsmi Bakı onun ərazi bütövlüyünün bərpasını qəbul etməyən, ona qarşı çıxan bir təşkilatı necə ciddi təsisat saya bilər? Məsələn, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təşkilatları, habelə AŞPA dəfələrlə qərəzli mövqe nümayiş etdirib. Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğvini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.

Eləcə də, Parlament Assambleyası 2023-cü il oktyabrın 23-də "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə çıxarıb. Həmin "sənəd"in 23-cü bəndində Azərbaycan açıq-aşkar təhdid olunub, 19 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri hərbi əməliyyatlar kimi qiymətləndirilib, hətta 2024-cü ilin ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini tanımamaqla hədələmişdi.

Dördüncüsü, F.Şvabenin iddiasına görə, AŞPA addımlarında BMT-nin qətnamələrinə əsaslanırlar. O, boynuna alır ki, "Qarabağ münaqişəsinin başladığı ilkin dövrlərdə artıq bəlli idi ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Bu hər kəsə aydın idi. Lakin biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik. Bu tip məsələlərlə məşğul olan digər təşkilatlar və digər formatlar mövcuddur. Belə olan halda, Avropa Şurası bu münaqişəni həll edə bilməzdi. Biz hər hansı ərazinin hansısa ölkəyə məxsus olub-olmadığı barədə müzakirə aparmırıq. Biz insan haqları üzrə monitorinqlər aparırıq. Əlbəttə ki, biz Ermənistanda insan haqlarının vəziyyəti barədə də danışırıq, və hesabatlar hazırlayırıq".

Sual olunur, əgər belədirsə, onda nədən üzv olduğu qurum Azərbaycanın daxili işlərinə qarışır, ərazi bütövlüyünü, suverenliyini bərpa edən ölkəni hədəfə alır? O, daha sonra bildirir ki, azərbaycanlı qaçqınların çox çətin şəraitdə yaşadıqlarından xəbərdardır. Hətta onlarla görüşdüyünü söyləyir. Dərhal da keçir Qarabağın erməni sakinlərinin müdafiəsinə. Cənab Şvabe, "qaçqın" saydığınız həmin erməniləri Qarabağdan çıxmağa Azərbaycan məcbur etməyib. Rəsmi Bakı dəfələrlə açıqlayıb ki, erməni sakinlər Azərbaycan vətəndaşlarıdır, bütün hüquqlardan istifadə edə bilərlər.

Beləliklə, F.Şvabe müsahibəsi ilə bir daha təsdiqlədi ki, təmsil etdiyi qurumun insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Tələm-tələsik verdiyi müsahibədən də görünür ki, Azərbaycana qarşı qəbul etdikləri qərarın arxasında qərəz və ikili yanaşma gizlənir. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı çıxardıqları qərar isə birmənalı şəkildə qərəz və ədalətsizliyin pik həddidir. Lakin atdıqları addımların, arxasında gizləndikləri qərar və qətnamələrini Bakı üçün heç bir önəmi olmayıb və olmayacaq da.

Haşiyə: Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

25 yaşlı qızın ölüm səbəbi like
  • 26 Yan 21:21  
Digərləri 25 yaşlı qızın ölüm səbəbi

25 yaşlı qız yediyi şirniyyat səbəbindən ölüb.

arrow Ətraflı
Qaribaşvili: AzərbaycanErmənistan dialoquna böyük nikbinliklə baxırıq like
  • 26 Yan 21:11  
Dünya Qaribaşvili: AzərbaycanErmənistan dialoquna böyük nikbinliklə baxırıq

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə töhfə verməyə haz�

arrow Ətraflı
Azərbaycanda qəbiristanlıqda silahlı İNSİDENT like
  • 26 Yan 21:06  
Digərləri Azərbaycanda qəbiristanlıqda silahlı İNSİDENT

Tovuz rayonu Rəhimli kəndində yerləşən qəbiristanlıqda silahlı insident

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxsin 14 yaşlı qızı vəfat etdi  FOTO like
  • 26 Yan 20:57  
Digərləri Azərbaycanda vəzifəli şəxsin 14 yaşlı qızı vəfat etdi FOTO

Sumqayıtda vəzifəli şəxsin yeniyetmə qızı vəfat edib.

arrow Ətraflı
Paşinyandan sülh müqaviləsi ilə bağlı like
  • 26 Yan 18:28  
Digərləri Paşinyandan sülh müqaviləsi ilə bağlı

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda

arrow Ətraflı
Azərbaycanda Fidan Hacıyevanın birincı Beynəlxalq Opera Festivalı keçiriləcək  FOTO like
  • 26 Yan 18:23  
Kriminal Azərbaycanda Fidan Hacıyevanın birincı Beynəlxalq Opera Festivalı keçiriləcək FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet T

arrow Ətraflı
Prezident seçkiləri ilə bağlı 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib like
  • 26 Yan 17:59  
Digərləri Prezident seçkiləri ilə bağlı 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkred

arrow Ətraflı
Kəlbəcərdə silahsursat aşkarlandı like
  • 26 Yan 17:54  
Digərləri Kəlbəcərdə silahsursat aşkarlandı

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş

arrow Ətraflı
Repetitorluq xidməti bahalaşdı  Təhsili "bazar"a like
  • 26 Yan 17:49  
Digərləri Repetitorluq xidməti bahalaşdı Təhsili "bazar"a

Artıq bir neçə gündür bir sıra KİV və sosial mediada ilin əvvəlindən

arrow Ətraflı
Xalq artistlərindən "darbuka" şousu  VİDEO like
  • 26 Yan 17:43  
Şou-biznes Xalq artistlərindən "darbuka" şousu VİDEO

Xalq artsitləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva bir araya gəlibl�

arrow Ətraflı
Filarmoniyada Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti təşkil olunub like
  • 26 Yan 17:42  
Kriminal Filarmoniyada Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti təşkil olunub

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev ad

arrow Ətraflı
Qorbaçovun səhvlərini təkrarlaya bilmərik like
  • 26 Yan 17:28  
Dünya Qorbaçovun səhvlərini təkrarlaya bilmərik

Belarusda nəsil dəyişikliyi baş verir və 80-ci illərin ikinci yarısının

arrow Ətraflı
Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exitpoll" keçiriləcək like
  • 26 Yan 17:23  
Digərləri Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exitpoll" keçiriləcək

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə ba�

arrow Ətraflı
Firəngiz Mütəllimova: like
  • 26 Yan 17:17  
Şou-biznes Firəngiz Mütəllimova:

"Məgər Yaşar Nuri kimi aktyor var idi? O, çox gözəl, fantastik gücə

arrow Ətraflı
Türkiyəyə işləməyə gedən Həmid Məhərrəmov like
  • 26 Yan 17:12  
Digərləri Türkiyəyə işləməyə gedən Həmid Məhərrəmov

Türkiyədə azərbaycanlı gənc itkin düşüb.

arrow Ətraflı