İranla Pakistan arasında gərginliyin arxasında nə dayanır? TƏHLİL


Dünya 18 Yan 2024 17:09:00 344 0

İranla Pakistan arasında gərginliyin arxasında nə dayanır?  TƏHLİL

Yaxın və Orta Şərqdə gərginlik və münaqişə vəziyyətində olan ölkələrin sayı artmaqda davam edir.

Son günlər münasibətləri gərginləşən ölkələr sırasına İranla Pakistan da qoşulub.

Son.az APA-ya istinadən bildirir ki, hər şey yanvarın 16-da İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) heç bir xəbərdarlıq etmədən Pakistan ərazisinə ballistik raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirməsindən sonra başlayıb.

Rəsmi Tehran zərbələrin İran ərazisində bir çox hücumlara cavabdeh olan "Ceyş Əl-Ədl" (Ədalət Ordusu) qruplaşmasının 2 qərargahına endirildiyini, Pakistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edildiyini bildirib.

"Ceyş Əl-Ədl" qruplaşması İranın Sistan və Bəlucistan vilayətində yaşayan, sünni məzhəbinə mənsub olan bəlucların nümayəndələrindən təşkil olunub və bölgənin müstəqil dövlət olması uğrunda mübarizə aparır. Qruplaşma 2012-ci ildə yaranıb. İran 2023-cü ilin dekabrında ölkənin cənub-şərqində polis məntəqəsinə hücum zaman 11 polisin öldürüldüyü hücuma görə də qruplaşmanı təqsirli sayır. Rəsmi Tehranla yanaşı, "Ceyş Əl-Ədl" ABŞ, Yaponiya, Avstraliya və Yeni Zelandiya tərəfindən də terror təşkilatı kimi tanınır.

Rəsmi İslamabad isə Pakistan ərazisinə xəbərdarlıq edilmədən ballistik raket zərbələrinin endirilməsinə sərt reaksiya verib, İrandakı səfirini geri çağırıb, iki ölkə sərhədini bağlı elan edib.

Bununla kifayətlənməyən Pakistan yanvarın 18-də "Mərq Bar Sarmaçar" (Silahlılara Ölüm) əməliyyatına başladığını bildirib, İranın Sistan və Bəlucistan vilayətində Seravan bölgəsində "Bəlucistanın Azadlıq Ordusu" qruplaşmasının mövqelərinə zərbələr endirib.

Pakistan XİN hücum zamanı bir neçə terrorçunun məhv edildiyini, rəsmi İslamabadın İranın ərazi bütövlüyünə hörmət etdiyini və iki xalqın qardaş olduğunu açıqlayıb.

Pakistan və İran XİN başçılarının yanvarın 17-də baş tutmuş telefon danışığı belə İslamabadı cavab reaksiyası verməkdən çəkindirə bilməyib.

Qeyd olunmalıdır ki, Pakistanın hədəf aldığı "Bəlucistanın Azadlıq Ordusu" qruplaşması da etnik bəluclardan ibarət olsa da, Pakistanın Bəlucistan vilayətində yaşayan bəluclardan təşkil olunub və bu vilayətdə bəluc dövləti qurmaq üçün hökumət qüvvələri ilə silahlı mübarizə aparır. Təşkilat Pakistanla yanaşı, ABŞ, Avropa İttifaqı və Çin tərəfindən terrorçu təşkil kimi tanınır.

Məsələyə geniş baxdıqda, İslamabadla Tehran arasında münasibətlərin gərginləşməsinin təkcə iki ölkənin sərhədində yaşayan və hər iki tərəfi narahat edən bəluc separatizmi ilə bağlı olduğu görünmür.

İlk növbədə, qeyd olunmalıdır ki, son aylar baş verən hadisələr ötən il oktyabrın 7-də HAMAS-ın İsrailə hücumundan sonra başlayan geosiyasi hərəkətliliyin fəsadlarından biridir. İsraillə mübarizəni xarici siyasət doktrinasının əsası elan edən İran Qəzza sektorunda davam edən döyüşlər fonunda xarici siyasətdə aqressiv ritorikaya geniş yer verməyə başlayıb. İranın proksi qüvvələri sayılan Livandakı "Hizbullah" qruplaşmasının İsrail ərazisini atəşə tutur və Yəməndəki husilər Qırmızı dənizdə yük daşıyan gəmilərinə hücumlar edir.

Rəsmi Tehran isə yanvarın 16-da Suriya və İraqın şimalındakı Ərbil şəhərinə ballistik raketlərlə zərbələr endirib.

Bu addımların arxasında İran hakimiyyətinin mühafizəkar qanadının region ölkələrinə əzələ nümayiş etdirmək istəyi durması mümkündür. Eyni zamanda, Tehran rejiminin niyyəti ictimaiyyətin diqqətini 2022-ci ilin sonlarında tələbə Məhsa Aminini "əxlaq polisi" tərəfindən öldürülməsindən sonra başlayan və hələ də səngiməmiş kütləvi etirazlardan yayındırmaq, insanları xarici təhlükələrə fokuslandırmaq da ola bilər. Xüsusən, Qərbin sanksiyaları fonunda yaranmış ağır iqtisadi durum, milli valyuta - rialın dollar qarşısında dəyər itirməyə davam etməsi fonunda bu versiyasını gözdən çıxarmaq olmaz.

Amma parçalanmış durumda olan Suriya və Tehranın müəyyən dini-siyasi təsiri altında olan İraqdan fərqli olaraq, nüvə dövləti olan Pakistan İrana tək diplomatik deyil, həm də hərbi cavab verdi. Ehtimal ki İran hakimiyyətindəki radikal qanad həssas iqtisadi durumda olan, fevralın 8-də federal parlamentə seçkilərə hazırlaşan Pakistandan belə cavab gözləmirdi.

Bu kontekstdə, İranın son illər Pakistanın əsas siyasi rəqibi Hindistanla sıx iqtisadi və siyasi əlaqələr qurması diqqət çəkir. Tərəflərin İranın Hind okeanında yerləşən Çabahar limanını modernləşdirməklə İran ərazisindən yüklərin Rusiyaya və Avropaya çatdırılmasına dair planı mövcuddur.

Təsadüfi deyil ki, Hindistan Xarici İşlər Nazirliyi də İranın Pakistan ərazisinə zərbələr endirməsini açıq şəkildə dəstəkləməsə də, anlayışla yanaşdığını bildirmişdi.

İstənilən halda, İranla Pakistan arasında prinsipial geosiyasi məsələlər mövcud deyil. Buna görə də son gərginliyin böyüməsi və daha geniş miqyaslı hərbi qarşıdurmaya çevrilməsi hər iki tərəfin arzulamadığı ssenaridir.

Gərginliyin davam etməsi Azərbaycan da daxil olmaqla qonşu ölkələr, o cümlədən hər iki ölkənin ərazisindən keçən "Bir qurşaq - bir yol" layihəsinin təşəbbüskarı olan Çin üçün yaxşı heç nə vəd etmir. Çinin baş verənlərə çevik reaksiyası bunu bir daha göstərir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin Pakistan və İran arasında vasitəçilik etməyə hazırdır.

Bu baxımdan Pakistan-İran gərginliyinin qısa zamanda yekunlaşacağını gözləmək olar. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

“Exitpoll”a görə neçə müraciət olub? like
  • 18 Yan 16:28  
Digərləri “Exitpoll”a görə neçə müraciət olub?

Növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək ü�

arrow Ətraflı
Balaəli ürəyində tutduğu şəxsin adını çəkdi  Onun səsini çox sevirəm... like
  • 18 Yan 16:26  
Şou-biznes Balaəli ürəyində tutduğu şəxsin adını çəkdi Onun səsini çox sevirəm...

"Ancaq bir sənətçi ilə duet oxuyaram. Onun sənətini, mahnılarını,

arrow Ətraflı
Ödənişli yolda sürət həddi müəyyənləşdi  Radar da quraşdırılacaq like
  • 18 Yan 16:21  
Digərləri Ödənişli yolda sürət həddi müəyyənləşdi Radar da quraşdırılacaq

Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda ye

arrow Ətraflı
Mebel sexindəki partlayış nəticəsində ölən qadının  FOTOsu like
  • 18 Yan 15:21  
Digərləri Mebel sexindəki partlayış nəticəsində ölən qadının FOTOsu

Bakıda mebel sexində baş verən partlayış-yanğında dünyasını dəyişə

arrow Ətraflı
"Yarqı"nın aktyoru yeni layihədə  FOTO like
  • 18 Yan 08:25  
Şou-biznes "Yarqı"nın aktyoru yeni layihədə FOTO

Sonuncu dəfə "Yarqı" serialında rol alan aktyor Hüseyn Avninin ye

arrow Ətraflı
Çılpaq partiyə görə Nastyadan 1 milyard istəyirlər like
  • 18 Yan 05:05  
Dünya Çılpaq partiyə görə Nastyadan 1 milyard istəyirlər

Moskvanın Taqanski Məhkəməsi Nastya İvleyevadan "çılpaq" parti

arrow Ətraflı
Sumqayıtda yataqxanada baş verən yanğının bəzi təfərrüatları məlum oldu like
  • 18 Yan 01:46  
Digərləri Sumqayıtda yataqxanada baş verən yanğının bəzi təfərrüatları məlum oldu

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən, ötən gün yanğının ba

arrow Ətraflı
Sumqayıt Tibb Mərkəzi: Yataqxanada yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərləndi like
  • 18 Yan 01:38  
Digərləri Sumqayıt Tibb Mərkəzi: Yataqxanada yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərləndi

Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqə

arrow Ətraflı
Məşhur teleaparıcı transparan libasda  FOTO like
  • 18 Yan 01:01  
Şou-biznes Məşhur teleaparıcı transparan libasda FOTO

Məşhur britaniyalı teleaparıcı Maya Cama Cənubi Afrikanın Keyptaun şəh�

arrow Ətraflı
Yanğın baş verən yataqxanada tələbələr yaşayır?  RƏSMİ CAVAB like
  • 18 Yan 00:48  
Digərləri Yanğın baş verən yataqxanada tələbələr yaşayır? RƏSMİ CAVAB

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt

arrow Ətraflı
Yanvar görüşündə 8 kənd müzakirə ediləcək? – like
  • 18 Yan 00:46  
Digərləri Yanvar görüşündə 8 kənd müzakirə ediləcək? –

Ermənistanla Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və s�

arrow Ətraflı
20 yaşlı qız like
  • 18 Yan 00:45  
Dünya 20 yaşlı qız

Sevgilisi ilə birlikdə restoranda tort yeyən qadın komaya düşüb.

arrow Ətraflı
“Allah cəzamı versə də, bağışlamaram”  Zenfira İbrahimovadan sərt sözlər  VİDEO like
  • 17 Yan 19:59  
Şou-biznes “Allah cəzamı versə də, bağışlamaram” Zenfira İbrahimovadan sərt sözlər VİDEO

ATV-nin "7 Tamam" verilişinin növbəti qonağı müğənni Zenfira �

arrow Ətraflı
Canlı efirə gələn zəng aparıcını ağlatdı  VİDEO like
  • 17 Yan 19:46  
Şou-biznes Canlı efirə gələn zəng aparıcını ağlatdı VİDEO

"Space" telekanalının "Salamlar" verilişində canlı yay�

arrow Ətraflı