Çılpaq partiyə görə Nastyadan 1 milyard istəyirlər
Dünya 18 Yan 2024 05:05:00 293 0
Moskvanın Taqanski Məhkəməsi Nastya İvleyevadan "çılpaq" partiyə görə bu dəfə 1 milyard rubl (təxminən 19 milyon manatdan çox) tələb edir.
Bu xəbəri də oxu: İsrailin hücumları nəticəsində 24 nəfər öldü, yaralılar var
Son.az axşam.az-a istinadən xəbər verir ki, məhkəmə aparıcının məsuliyyətə cəlb olunmasını istəyir. Bu iddianı isə "Mutabor"da baş tutan partiyə qatılanlar qaldırıb. Onlar dəyən ziyanın aparıcı tərəfindən ödənilməsini istəyirlər. Siyahida aktyor Aleksandr İnşakovun da adı yer alıb.
Aktyor bundan əvvəl Moskvanın Hamovniki Məhkəməsində İvleyevaya qarşı iddia qaldırmışdı, lakin cavabdeh burada yaşamadığı üçün iddia rədd edilmişdi.
Aktyor və digər şikayətçilər 1 milyard rublu Nastyadan alıb, "Vətənin Müdafiəçiləri" xüsusi hərbi əməliyyatının iştirakçılarına dəstək üçün dövlət fonduna köçürəcəklərini bildiriblər.
Qeyd edək ki, İvleevanın özünün dediyinə görə, dekabrın 21-də baş tutan gecədə "Playboy" jurnalı tərəfindən 2022-ci ildə çəkilmiş fotoşəkillərin təqdimatı olub. O, günahkar olmadığını bildirib. Sosial fəalların şikayət etdiyi qalmaqallı hadisəyə Filipp Kirkorov, Dima Bilan, Lolita Milyavskaya, Qlyukoza, Anna Asti, Kseniya Sobçak və başqaları qatılıb. Bundan sonra onlar bir çox tədbirdən uzaqlaşdırılıblar.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən, ötən gün yanğının ba
Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqə
Məşhur britaniyalı teleaparıcı Maya Cama Cənubi Afrikanın Keyptaun şəh�
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt
Ermənistanla Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və s�
ATV-nin "7 Tamam" verilişinin növbəti qonağı müğənni Zenfira �
"Space" telekanalının "Salamlar" verilişində canlı yay�
Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri
2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq. Belə ki,
Arnold Şvartsenegger Münhen hava limanında qaçaqmalçılıq yolu ilə bahal�
"Azərbaycanda ancaq mənim kimi fədakar adamlar kitabla məşğul olur. Y
Son illər həm ölkədə, həm də dünyada bahalaşma müşahidə olunur. Bu i
Rusiyada gənc bloqer sosial eksperiment keçirib.