Bakıda sarılıq təhlükəsi ilə bağlı RƏSMİ AÇIQLAMA YENİLƏNİB


Digərləri 17 Yan 2024 18:38:00 343 0

Bakıda sarılıq təhlükəsi ilə bağlı RƏSMİ AÇIQLAMA  YENİLƏNİB

18:38 Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit "A" virusu xəstəliyi yayılıb.

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir.

"Aparılan profilaktik tədbirlər ilə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, "Azərsu" ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib", - məlumatda vurğulanıb.

-------- 17:53 Bakının Sabunçu rayonunun Əmircan və Bülbülə qəsəbələrində sarılıq xəstəliyi yayılıb. Yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasının mətbuat katibi Səkinə Yusibli Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda xəstəliyin hansı səbəbdən yarandığı araşdırılır:

"Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin Yoluxucu Xəstəliklər Şöbəsində hazırda hepatit (sarılıq) səbəbi ilə stasionar müalicə alan 14 nəfərin hər birinin yaşayış ünvanı Suraxanı rayonudur və əsasən, Bülbülə və Əmircan qəsəbəsi sakinləridir. Onların doqquzu qadın, beşi isə kişidir. Vəziyyətləri stabil olaraq dəyərləndirilir".

Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.

Həkim-infeksionist Vasif Əliyev qeyd edib ki, sarılıq xəstəliyi daha çox antisanitariya səbəbi ilə yayılır:

"Həmin 14 nəfərin ortaq ünvanı araşdırılmalıdır. Çünki həmin insanlar ortaq su və qida istifadə edə bilərlər. Ona görə bunun epidemioloji tərəfi araşdırılmalıdır. Çünki xəstəlik daha çox fekal-oral yolla yoluxur. Mütləq şəkildə araşdırılmalı və nəzarətə götürülməlidir. Xəstəliyin əsas qorunma yolu peyvənd olunmaqdır. Amma mütləqdir ki, gigiyena qaydalarına ciddi surətdə əməl olunsun. Əgər ortada bir təhlükə varsa, epidemioloji qurum bunu nəzarətə götürməlidir".

Sarılıq dəri və göz ağlarının sarı göründüyü tibbi bir vəziyyətdir. Sarılıq, əslində, bir xəstəlik deyil, bir çox müxtəlif xəstəliklərin nəticəsi ola biləcək bir simptomdur.

Qeyd edək ki, TƏBİB-dən sözügedən ərazilərdən sarılıq xəstəliyi ilə bağlı müraciətlər daxil olduğu və pasiyentlərə zəruri tibbi xidmət göstərildiyi bildirilib. "Azərsu" ASC isə sakinlərin içməli sudan yoluxucu xəstəliyə tutulması xəbərini təkzib edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Elşad Miri yenidən gündəmi SİLKƏLƏDİ: "Heç bir şəkildə geri qayıtmayacaq!"  FOTO like
  • 17 Yan 18:36  
Digərləri Elşad Miri yenidən gündəmi SİLKƏLƏDİ: "Heç bir şəkildə geri qayıtmayacaq!" FOTO

Tanınmış ilahiyyatçı, dinşünas Elşad Miri sosial şəbəkə hesabında e

arrow Ətraflı
Bu şəxslər dərmanları elektron reseptlə almayacaq  RƏSMİ like
  • 17 Yan 15:28  
Digərləri Bu şəxslər dərmanları elektron reseptlə almayacaq RƏSMİ

Dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslə

arrow Ətraflı
Tailandda dəhşətli partlayış  xeyli sayda ölən var like
  • 17 Yan 15:23  
Dünya Tailandda dəhşətli partlayış xeyli sayda ölən var

Tailandda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 17 n�

arrow Ətraflı
Nazirlikdə yüksək vəzifəyə təyinatlar like
  • 17 Yan 15:19  
Digərləri Nazirlikdə yüksək vəzifəyə təyinatlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub. Ramik Ə�

arrow Ətraflı
Böyük SAVAŞ SSENARİSİ – ABŞ Avropanı Rusiya ilə üzüzə qoymaq planını like
  • 17 Yan 15:15  
Dünya Böyük SAVAŞ SSENARİSİ – ABŞ Avropanı Rusiya ilə üzüzə qoymaq planını

Son.az bizim.media-ya istinadən Surxay Atakişiyevin yazısını tədim edir:

arrow Ətraflı
Mayisə Əliyevaya cinayət işi açıldı like
  • 17 Yan 14:59  
Digərləri Mayisə Əliyevaya cinayət işi açıldı

Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinay�

arrow Ətraflı
“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq  VİDEO like
  • 17 Yan 14:52  
Kriminal “Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq VİDEO

CinemaPlus kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən avtomobil y

arrow Ətraflı
Aysel Əlizadənin MALDİV TƏTİLİ like
  • 17 Yan 14:47  
Şou-biznes Aysel Əlizadənin MALDİV TƏTİLİ

Müğənni Aysel Əlizadə istirahətə yollanıb. 

arrow Ətraflı
Rostovda poliester zavodunda dəhşətli yanğının BAŞLAMA  ANI like
  • 17 Yan 14:44  
Digərləri Rostovda poliester zavodunda dəhşətli yanğının BAŞLAMA ANI

Rusiyanın Rostov vilayətində poliester zavodu yanır.

arrow Ətraflı
3 azərbaycanlı alpinist like
  • 17 Yan 14:42  
Dünya 3 azərbaycanlı alpinist

Şərqi Azərbaycan əyalətinin Sərab mahalının "Şirmərdan" yük

arrow Ətraflı
Tahir Budaqovu o əvəz edir like
  • 17 Yan 14:37  
Digərləri Tahir Budaqovu o əvəz edir

Hazırda Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun səlahiyy

arrow Ətraflı
"İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir like
  • 17 Yan 14:36  
Digərləri "İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir

Ağdamda yerləşən "İmarət" Kompleksi Azərbaycanın kollektiv yad

arrow Ətraflı
Naxçıvanda piyadanı avtomobil vurdu like
  • 17 Yan 08:25  
Digərləri Naxçıvanda piyadanı avtomobil vurdu

Naxçıvanda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

arrow Ətraflı