Azərbaycanda qarşıdakı Prezident seçkiləri ölkənin bütövlüyü və suverenliyinin güclü simvoludur


Digərləri 17 Yan 2024 14:56:00 156 0

Azərbaycanda qarşıdakı Prezident seçkiləri ölkənin bütövlüyü və suverenliyinin güclü simvoludur

Parisdə yerləşən La Gazette du Caucase onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryun Azərbaycanda növbədənkənar prezident seçkilərinə həsr olunmuş məqalə dərc edib.

Son.az Trend-ə istinadən bildirir ki, müəllif dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilə planlaşdırılan prezident seçkilərinin tarixini 7 fevral 2024-cü ilə keçirmək barədə qərar qəbul etdiyini xatırladıb və bu qərarın xüsusən Fransa KİV-ində şərhlərdən yan ötmədiyini və bu şərhlərinin heç də həmişə xoş olmadığını qeyd edib.

"Bu növbədənkənar seçkilərin səbəbi nədir? 2023-cü ilin oktyabr ayından ölkədə vəziyyət radikal olaraq dəyişib. 30 il ərzində erməni işğalına məruz qalan Azərbaycan 2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə erməni separatçılarının sonuncu döyüşçülərinin cəmləşdiyi Xankəndinin işğaldan azad olması ilə nəticələnən "İldırımsürətli müharibə"dən (Blitskriq) sonra öz ərazi bütövlüyünü bərpa edib.

Azərbaycan bütün ərazisi üzərində suverenliyini bərpa edib. Beləliklə, Prezident İlham Əliyevin sözlərinə görə, ölkə "yeni dövrə" qədəm qoyur ki, bu da onun fikrincə, vəziyyəti aydınlaşdırmaq zərurətinə haqq qazandırır.

Prezident İlham Əliyev həmçinin ikinci, bir o qədər simvolik olan səbəbi qeyd edib. Onun vəzifəyə başlamasının 20 ili tamam olur. Onun təkrar seçilməsi çətin ki, şübhə doğursun, çünki Prezident İlham Əliyevin populyarlığı hazırda rekord dərəcədə yüksək səviyyədədir. Onun münaqişəyə hamını, o cümlədən erməniləri mat qoyacaq şəkildə və gurultulu hərbi zəfərlə yekunlaşan yanaşmasını azərbaycanlıların 75 faizdən çoxu təqdir edir. Erməni işğalı dövründə dağıdılmış şəhərlərin bərpası üzrə iddialı proqramı nəticəsində xalqın təbii şadyanalığının şahidi olmaq üçün son aylarda Bakının küçələrində gəzişmək kifayət idi.

Qarabağın keçmiş sakinlərinin doğma torpaqlara qayıdışı artıq başlayıb və müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ölkənin bütün bölgələri səsvermədə iştirak edə biləcək. 1993-cü ildə Qarabağdan didərgin düşmüş və hazırda xüsusən, Şuşa, Ağdam və Füzuliyə geri qayıdan keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərdə səsvermədə iştirak edə biləcəklər. Bütün ölkədə keçiriləcək ilk seçkilərin Prezident seçkiləri olması Azərbaycan xalqı üçün güclü simvoldur.

Azərbaycanlıların hazırki Prezidenti dəstəkləmələrinin daha bir səbəbi regionda vəziyyətin sabitlikdən uzaq olduğu, qətiyyəti və strateji sezmə qabiliyyətinin onu xalqın gözündə ermənilər və əsas regional oyunçularla davamlı sülh barədə danışıqlar üçün ən yaxşı namizəd edir.

"Qarabağdan qaçaraq Ermənistandan sığınacaq tapan hərbi separatçı qruplaşmalar hərbi əməliyyatları bərpa etmək məqsədilə orada hazırlıqları davam etdirir və bu hətta "məğlubiyyətçi yanaşma"sını tənqid etdikləri Paşinyan hökumətinin devrilməsinə səbəb olsa da, hərbi əməliyyatlara çağırış edirlər. Fransa erməni milliyyətçilərinə hərbi və maliyyə dəstəyində liderlik etməyə davam edir və xüsusən, Ermənistana ağır silahlar tədarük edəcəyini vəd edir. Öz liderlərinin strateji məharətinin şahidi olmuş azərbaycanlılar şübhəsiz, onu ölkəni müdafiə edəcəyinə və Cənubi Qafqazda sabitliyi təmin edəcəyinə, potensial xarici təhdidlər qarşısında zəiflik və lənglik nümayiş etdirməyəcəyinə və ölkənin hərbi gücünü yenidən möhkəmləndirəcəyinə yenidən əmin olacaqlar. 2024-cü il üçün dövlətin müdafiə sənayesinə 500 milyon avrodan çox investisiya qoyacağı gözlənilir.

Prezident İlham Əliyevin digər bir uğuru isə iqtisadi uğurdur. Hazırda Avropa İttifaqı Azərbaycanı erbiarlı enerji tərəfdarı olaraq qəbul edir və xüsusən, Qarabağda "ağıllı", resurslara qənaət edən şəhərlər inşa etməklə enerji keçidi üzrə iddialı plan hazırlanır.

Gələcək dövlət başçısını həyat səviyyəsinin yüksəlməsi və Azərbaycanın beynəxalq mədəni nüfuzu kimi digər layihələr də gözləyir ki, bu da ölkə hakimiyyəti üçün prioritet təşkil edir.

Qrafikə əsasən, seçki kampaniyası səsvermə günündən 23 gün əvvəl başlayır və səsvermə günündən 24 saat əvvəl başa çatır (15 yanvar 2024-cü ildən 6 fevral 2024-cü il saat 8:00-dək). Seçkilər fevralın 7-də qeyri-məhdud yeddi il müddətinə olmaqla, "seçkilər sonrası birinci" sistemi üzrə iki turda keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun jurnalistlərə açıqlamasında dediyi kimi, 17500-dən yuxarı müşahidəçi akkreditasiyadan keçib. O, 6300 seçki məntəqəsinin hər birində üç müşahidəçinin olacağını bildirib: "Müşahidəçilər nə qədər çox olarsa, bir o qədər yaxşıdır"", - məqalədə deyilir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq  VİDEO like
  • 17 Yan 14:52  
Kriminal “Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq VİDEO

CinemaPlus kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən avtomobil y

arrow Ətraflı
Aysel Əlizadənin MALDİV TƏTİLİ like
  • 17 Yan 14:47  
Şou-biznes Aysel Əlizadənin MALDİV TƏTİLİ

Müğənni Aysel Əlizadə istirahətə yollanıb. 

arrow Ətraflı
Rostovda poliester zavodunda dəhşətli yanğının BAŞLAMA  ANI like
  • 17 Yan 14:44  
Digərləri Rostovda poliester zavodunda dəhşətli yanğının BAŞLAMA ANI

Rusiyanın Rostov vilayətində poliester zavodu yanır.

arrow Ətraflı
3 azərbaycanlı alpinist like
  • 17 Yan 14:42  
Dünya 3 azərbaycanlı alpinist

Şərqi Azərbaycan əyalətinin Sərab mahalının "Şirmərdan" yük

arrow Ətraflı
Tahir Budaqovu o əvəz edir like
  • 17 Yan 14:37  
Digərləri Tahir Budaqovu o əvəz edir

Hazırda Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun səlahiyy

arrow Ətraflı
"İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir like
  • 17 Yan 14:36  
Digərləri "İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir

Ağdamda yerləşən "İmarət" Kompleksi Azərbaycanın kollektiv yad

arrow Ətraflı
Naxçıvanda piyadanı avtomobil vurdu like
  • 17 Yan 08:25  
Digərləri Naxçıvanda piyadanı avtomobil vurdu

Naxçıvanda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

arrow Ətraflı
Dünyanın ən zərərli qidaları: hər kəsi zəhərləyə bilər like
  • 17 Yan 08:20  
Digərləri Dünyanın ən zərərli qidaları: hər kəsi zəhərləyə bilər

Dünyanın ən zərərli qidası insanın orqanlarını çürüdə bilər.

arrow Ətraflı
Sabah prezidentliyə namizədlərin siyahısının dərci üçün ayrılan müddət başa çatır like
  • 17 Yan 08:06  
Digərləri Sabah prezidentliyə namizədlərin siyahısının dərci üçün ayrılan müddət başa çatır

Qeydə alınmış prezidentliyə namizədlərin siyahısının dərc edilməsi �

arrow Ətraflı
Göygölun Üçtəpə kəndində elektrik təsərrüfatında olan problemin həllinə başlanılıb like
  • 17 Yan 07:58  
Digərləri Göygölun Üçtəpə kəndində elektrik təsərrüfatında olan problemin həllinə başlanılıb

Göygöl rayonunun Üçtəpə kəndində uzun müddət elektrik təsərrüfatın

arrow Ətraflı
Azərbaycan dəniz komandoları beynəlxalq təlimdə müxtəlif manevrlər icra ediblər like
  • 17 Yan 07:55  
Digərləri Azərbaycan dəniz komandoları beynəlxalq təlimdə müxtəlif manevrlər icra ediblər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçi

arrow Ətraflı
“Əlillik təyin etdirəcəyəm” deyən şəxslə bağlı QƏRAR like
  • 17 Yan 07:49  
Digərləri “Əlillik təyin etdirəcəyəm” deyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluq, dələduzluğa cəhd və rüşvətə təhrik etm

arrow Ətraflı
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb like
  • 17 Yan 07:42  
Dünya Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb

Yaponiyanın İşikava prefekturasının Noto bölgəsində baş verən zəlzəl

arrow Ətraflı
Bakıda ər keçmiş arvadını güllələdi like
  • 17 Yan 07:27  
Digərləri Bakıda ər keçmiş arvadını güllələdi

Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib.

arrow Ətraflı