Günün qoroskopu: yaşamınızda nəyisə dəyişmək üçün əlverişli zamandır


Digərləri 15 Yan 2024 00:01:00 267 0

Günün qoroskopu: yaşamınızda nəyisə dəyişmək üçün əlverişli zamandır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - iş yerinin dəyişdirilməsi, karyeranızda irəliləyiş və ya peşəkar məsələlərin həlli ilə bağlı yaranmış situasiyada problemlərin həllinə təkan verəcək addımlar atılacaq. Məqsədlərin dəqiqləşdirilməsi, hədəflərin müəyyənləşdirilməsi zamanıdır. Bir qədər əvvəl başladığınız işi sonuclandırın.

Günün ikinci yarısında sərvaxt olun, qərəzli qərar qəbul etməyin. Ailədəki problemlərin əksəriyyətini yaşlı qohumların məsləhəti ilə həll etmək olar. Rasionunuzda dəyişikliklər edin.

Buğa - önəmli məsələləri və mühüm nüansları diqqətdən yayındırmayın. Unutqanlıq nəzərdə tutduğunuz işə dağıdıcı təsir göstərə bilər. İşgüzar münasibətlərdəki gərginlik birgə layihədə effektiv fəaliyyətə maneələr yaradacaq. Bədbinliyə qapılmayın. Yaradıcı potensialınızın səviyyəsi yüksəkdir.

Günün ikinci yarısında yaxşı nəticələr əldə edə bilərsiniz.

Şəxsi münasibətlərdə hisslərlə yanaşı, məntiqə də xitab edin. Əks cinsin mənsubu sizinlə maraqlanacaq. Potensial sifarişçini bacarıq və təcrübənizlə cəlb edə bilərsiniz.

Əkizlər - maliyyə problemləri istisna deyil. Yaşanan situasiyada proseslərə nəzarət imkanlarını əldən verməyin. Ödənişlər, borclar, kredit və ya vergilərlə bağlı xoşagəlməz situasiyanın yaranmasına imkan verməyin.

Maliyyə ilə bağlı məsələlərdə sayıq olun.

Günün ikinci yarısında şəxsi münasibətlərdə seçim edə bilərsiniz. Yeni tərəfdaşı müəyyənləşdirəndə emosiyalara qapılmayın. Üstünlük verdiyiniz model yaxın gələcəkdəki situasiyanın əsas vektorlarını müəyyənləşdirəcək.

Ailədəki mühitin rəvan və normal olmasına çalışın.

Xərçəng - iş axtarırsınızsa, günün ilk yarısı əlverişlidir. Ünsiyyət və təmaslar zamanı həmsöhbətinizdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Məsləhətləşmələr, müzakirələr, potensial işgüzar tərəfdaşlarla danışıqlar uğurlu alınacaq. Məhsuldar fəaliyyətə can atın.

Günün ikinci yarısında aktiv olsanız, qarşınıza qoyduğunuz məqsədə doğru əhəmiyyətli irəliləyiş müşahidə olunacaq.

Sevdiyiniz insan və yaxınlarınızla söhbətlər üçün axşam saatları yaxşı zamandır. Dəyər verdiyiniz insana inanın. Hisslərinizə şübhə etməyin. Situasiyanı yalnız mənasız qısqanclıq və şübhələr korlaya bilər.

Şir - günün ilk yarısında çətin situasiya yaranacaq. Mövqelərinizi qorumaq, irəliləyişə nail olmaq istəyirsinizsə, intizamlı və sərvaxt olun. Yeni iş, layihə ehtimalı azdır. Rutin işlər, o qədər də bəyənmədiyiniz fəaliyyət zamanıdır.

Günün ikinci yarısında məişət məsələlərinin həllində praktik addımlar atın. Emosiyalara uymayın. Qətiyyətli və iradəli qərarlarızı yaxınlarınız dəstəkləyəcəklər. Çətin işlərin öhdəsindən gəlmək üçün yaxşı düşünülmüş plana ehtiyac duyulur. Axşam saatlarında nikbin olun, mühüm məsələnin həllini ertələməyin.

Ağır işlərə başlamayın. Onların yarımçıq qalma ehtimalı var.

Qız - günün ilk yarısı işlərinizdə irəliləyişlər vəd edir. Mürəkkəb problemlərin öhdəsindən gələcəksiniz. Vurnuxmaya qapılmayın, geriləməyin. Bəzi məsələləri danışıqlarda həll etmək olar. Maliyyə məsələlərində qayda yaradın. Hesabları ödəyin. Borc və ya kredit almayın.

Günün ikinci yarısında yaxınlarınızdan biri maddi yardım və ya mənəvi dəstək istəyə bilər. Çətin vəziyyətə düşmüş, yaxşı tanımadığınız insana da kömək etmək gərəkdir.

Tərəzi - günün ilk yarısında fəaliyyətinizi planlaşdırmağa can atın. Buna rəğmən, hadisələrin rəvan axarına ciddi təsir edəcək şərtlər və hadisələr olacaq. Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun.

Gəlir vəd edən sifarişlərdə sürətlə davranın.

Günün ikinci yarısında əməkdaşlığın sərfəli, tərəfdaşlıq mənfəətli olacaq. Pul və maliyyə məsələlərində diqqətli, sayıq insan olun. İşlərin gedişatına fərqli baxış daha çox gəlir əldə etməyə imkan verəcək.

Axşam saatlarında yaxınlarınızla təmasların xoş olmasına çalışın. Birgə istirahətlə bağlı planları müzakirə edin. Pozitiv əhvalınız ətrafınızdakı insanlara müsbət təsir edəcək.

Əqrəb - işgüzar ünsiyyət, anlaşma və müzakirələr üçün əlverişli zamandır. Köhnə əlaqələrin bəzilərini bərpa edə bilərsiniz. Hadisələrin axarına təsir imkanlarına malik nüfuzlu insanlardan birinin dəstəyini alacaqsınız. İş axtarırsınızsa, uğur qazanacaqsınız. Tələsik qərar verməyin.

Günün ikinci yarısında hadisələrin axarı pis olmayacaq. Müsbət təmayüllərin təsiri artacaq.

Sevdiyiniz insanla, dostlarla ünsiyyətdə səimimi olun. Emosional yüksəliş hiss edəcəksiniz. Ağır iş günündən sonra normal istirahət edin.

Oxatan - günün ilk yarısında işgüzar aktivlik səviyyəniz aşağı düşməsin. Gündəlik qayğılar və rutin işlər darıxdırıcı təsir bağışlasa da, onların öhdəsindən gəlmək məcburiyyətindəsiniz. Başladığınız layihədə diqqətli olun.

Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olun. Müəyyən məqamda situasiya nəzarətdən çıxa bilər.

Axşam saatları ev işləri, yaxınlarla ünsiyyət üçün əlverişlidir. Subaysınızsa, taleyinizlə qarşılaşa bilərsiniz.

Oğlaq - hadisələrin axarına təəccüblənməyin. Yaxın ətrafınızdakı insanların tələblərini, ehtiyaclarını öyrənməyə çalışın. Mühüm məsələnin həllində yardımla bağlı sizə üz tutacaqlar. Stressli vəziyyətlər istisna deyil. Təmkinli və səbrli olun. Belə durumlarda emosiyalara qapılmayın.

Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə qayğıkeş və alicənab olun. Boş, mənasız nüanslara görə mübahisələrə qatılmayın. Axşam saatlarında qarşılaşacağınız insanla uzunmüddətli əlaqələr qura bilərsiniz.

Dolça - qəfil olaylar və sürprizlər ola bilər. Qarşınıza qoyduğunuz məqsədə çatmaq o qədər də asan deyil. Gün ərzində yaşanan olaylardan bəzilərinin səbəb və motivlərini anlamaqda çətinliklərin yaranması istisna deyil. Hadisələrin axarında, işlərin görülməsində müəyyən problemlər var.

Günün ikinci yarısında yaşam təcrübənizi zənginləşdirə bilərsiniz. Yeni biliklər və informasiya əldə etməyə can atın. Yaxınlarınızdan biri ilə söhbətdə mühüm məsələni nəzərdən keçirin. Sevdiyiniz insanı mənsız qısqanclıqla incitməyin. Axşam saatlarını sakit keçirin, qüvvələrinizi bərpa edin.

Balıqlar- yaşamınızda nəyisə dəyişmək üçün əlverişli zamandır. Fəaliyyət sahəsinin yenilənməsi və ya karyera inkişafının alternativ yolları barədə düşünün. Qərarlarınızın ardıcıl, məntiqi olmasına çalışın. Ruhdan düşməyin. Neqativ vəziyyətdə belə, xeyir əldə edə bilərsiniz.

Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə çətinləşmələr ola bilər. Hər şey istədiyiniz kimi olmayacaq. Nigaran qalmayın. Sonuclar arzuladığınız təkidir. Dostlarla ünsiyyət üçün əlverişli zaman axşam saatlarıdır.

Onlar sizə arxa olacaqlar.  

Son.az

ABŞ ordusu batan miqrantları xilas etmədi like
  • 14 Yan 23:50  
Dünya ABŞ ordusu batan miqrantları xilas etmədi

Texas Milli Qvardiyası sərhədçilərə Rio Qrande çayında boğulan üç qa�

arrow Ətraflı
Şaxtada qəza: 20dən çox mədənçi həlak oldu like
  • 14 Yan 23:45  
Dünya Şaxtada qəza: 20dən çox mədənçi həlak oldu

Tanzaniyanın şimalında şaxtada baş verən sürüşmə nəticəsində 22 nə

arrow Ətraflı
Ermənistan anklav kəndləri nə vaxt qaytaracaq?  VİDEO like
  • 14 Yan 23:42  
Digərləri Ermənistan anklav kəndləri nə vaxt qaytaracaq? VİDEO

Azərbaycanın hələ də işğal altında qalan kəndləri var.

arrow Ətraflı
Qiyamət savaşı başlayıb, islam ölkələri... like
  • 14 Yan 23:40  
Dünya Qiyamət savaşı başlayıb, islam ölkələri...

Qərblə döyüşməyən islam ölkələri şeytana biət edir.

arrow Ətraflı
Türkiyədən Britaniyaya husilərlə bağlı çağırış like
  • 14 Yan 23:35  
Dünya Türkiyədən Britaniyaya husilərlə bağlı çağırış

Türkiyənin xarici işlər naziri Hakan Fidanla britaniyalı həmkarı David Ke

arrow Ətraflı
Oğlu İranda həbsdə olan ana QORXU İÇİNDƏ: "Elə dərmanlar verərlər ki..." like
  • 14 Yan 23:30  
Digərləri Oğlu İranda həbsdə olan ana QORXU İÇİNDƏ: "Elə dərmanlar verərlər ki..."

İranda guya casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan v

arrow Ətraflı
Türkiyə ordusu PKKnın daha 10 terrorçusunu zərərsizləşdirdi like
  • 14 Yan 23:25  
Digərləri Türkiyə ordusu PKKnın daha 10 terrorçusunu zərərsizləşdirdi

İraqın şimalındakı Metina və Kara bölgələrində həyata keçirilən qə

arrow Ətraflı
Məşhur aktyor 76 yaşında VƏFAT ETDİ like
  • 14 Yan 23:23  
Şou-biznes Məşhur aktyor 76 yaşında VƏFAT ETDİ

Məşhur polşalı teatr və kino aktyoru Marek Litevka 76 yaşında vəfat edib

arrow Ətraflı
Baydenin səbr KASASI DOLUR: Ağ Ev Netanyahudan niyə narazıdır? like
  • 14 Yan 23:20  
Dünya Baydenin səbr KASASI DOLUR: Ağ Ev Netanyahudan niyə narazıdır?

ABŞ Prezidenti Co Bayden və onun köməkçiləri İsrailin baş naziri Benyami

arrow Ətraflı
Pakistanda partlayış: 5 əsgər həlak oldu like
  • 14 Yan 23:15  
Dünya Pakistanda partlayış: 5 əsgər həlak oldu

Pakistanın cənub-qərbində partlayıcı qurğunun işə düşməsi nəticəsi

arrow Ətraflı
Rask hücumu: İran teraktı törədənləri yaxaladı like
  • 14 Yan 23:05  
Dünya Rask hücumu: İran teraktı törədənləri yaxaladı

Genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində İranın cənub-şər

arrow Ətraflı
Tanınmış reper Tayrelu həbs olundu like
  • 14 Yan 23:03  
Şou-biznes Tanınmış reper Tayrelu həbs olundu

Kanadalı reper mahnıda etiraf etdiyi qətlə görə ömürlük həbs cəzasın

arrow Ətraflı
Mübahisə yersizdir: bol cinslər trenddən düşməyəcək like
  • 14 Yan 23:00  
Digərləri Mübahisə yersizdir: bol cinslər trenddən düşməyəcək

Reperlərin sevdiyi bol cins şalvar hər il genişlənir, belləri isə aşağ�

arrow Ətraflı
Qəzzada ölənlərin sayı 24 minə çatır like
  • 14 Yan 22:55  
Dünya Qəzzada ölənlərin sayı 24 minə çatır

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 23 968-ə çatıb.

arrow Ətraflı
Yun paltarlarınızı daha yumşaq etməyin 7 YOLU like
  • 14 Yan 22:50  
Digərləri Yun paltarlarınızı daha yumşaq etməyin 7 YOLU

Yun sviter soyuq mövsümdə bir nemətdir. Ancaq tez-tez isti və gözəl triko

arrow Ətraflı