Mübahisə yersizdir: bol cinslər trenddən düşməyəcək
Digərləri 14 Yan 2024 23:00:00 318 0
Reperlərin sevdiyi bol cins şalvar hər il genişlənir, belləri isə aşağı düşür. Mübahisələrə baxmayaraq, qızlar bu dəb çağırışını məmnuniyyətlə qəbul edir.
Bu xəbəri də oxu: Agentlik sədrinə müavin təyin olunan Xəyyam Məmmədov kimdir?
Son.az publika.az-a istinadən xəbər verir ki, boş cinslər 2024-cü ildə aktual olacaq.
Baggy (beqqi) adlanan bu geniş cins şalvarların tarixi Amerika həbsxanalarından başlayıb. Qanunu pozanlara həbsxanalarda böyük ölçülü mavi forma geyindirirdilər. Belə müəssisələrdə kəmərlər qəti qadağandır, ona görə də şalvarlar məhbusların əyinlərində sürüşürmüş kimi təsir bağışlayırdı. Küçə stili və 1990-cı illərin 2Pacdan, Eminem və "50 Cent"dən Dr. Dre kimi, bir çox məşhur reperi sayəsində beqqilər dəbə mindi. Odur ki, bu modelin "cinayət keçmişi" artıq heç kimi maraqlandırmadı. "Bag" ingilis dilindən çanta və torba deməkdir. "Baggy" isə cins parçadan tikilən və torba kimi boş olan şalvarları ifadə edir.
Beqqi cinslər yaşlı nəslin mühafizəkar nəsli arasında xoş qarşılanmasa da, bir neçə il əvvəl yenidən dəbə mindi. Düzdür, o vaxt qızlar silueti deformasiya etməyən orta belli modellərə üstünlük verirdilər. Şalvardakı cırıqlar və xlor effekti sahibinin cəsarətli xarakterindən xəbər verirdi. Lakin bu cür elementlər tez bir zamanda aktuallığını itirdi və minimalist cızıqlarla əvəz olundu.
2024-cü ildə beqqilər yenidən aktiv populyarlıq mərhələsindədir, lakin ayaqlar getdikcə daha çox genişlənir, bel isə aşağı düşür və çamaq sümüyü üzüərində dayanır. Bu halda şalvarı dar köynəklər və toplarla birləşdirmək tövsiyə olunur. Bu, siluetinizi vurğulamaq üçün əla bir yoldur. Rahat kapüşonlular, boş sviterlər və ya axıcı köynəklər bədən quruluşunu qeyri-mütənasib edəcək. Dəbli ultra-qısa gödəkçələr və pencəklər də beqqi ilə tandemdə mükəmməl görünür. Görünüşünüzə zərif bir toxunuş əlavə etmək vacibdirsə, kişi üslubunda dar kostyum jiletlərini xatırlayın. Həmçinin korsetlər də həddindən artıq rahat cins şalvarlar üçün ən optimal variantdır. Soyuq havalarda uzunboğazlı bodilər, dar vodolazkalar, nazik trikotajlar köməyinizə gələcək.
Geniş cins şalvarlar "oversize" teddi palto və kurtkalarla birləşdirilməməlidir. Formasını saxlayan ağır yun paltolara və ya slavyan qız üslubunda xəz paltolara üstünlük vermək daha yaxşıdır.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 23 968-ə çatıb.
Yun sviter soyuq mövsümdə bir nemətdir. Ancaq tez-tez isti və gözəl triko
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qax ş
Tayvan heç vaxt müstəqil ölkə olmadı. Keçmişdə də deyildi və gələc�
Yeni il həm də yeni stil deməkdir. Belə görünür ki, hər yerdə yayılmı
ABŞ Dövlət Departamentinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Koordinator
Sağlamlıq texnologiyaları sahəsində bir çox yeniliklər ortaya çıxmağa
Məşhur fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürm�
İsrailin HƏMAS-a qarşı müharibəsi uzun aylar davam edəcək.
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayışlar
Bakıda sərnişin avtobusunun "drift" etməsi gündəm olub.
Maldiv Respublikası Hindistandan ordusunu martın 15-dək adalardan çıxarmağ