"Təhsili olan efirdə markadan danışmaz"
Şou-biznes 13 Yan 2024 22:54:00 299 0
"Xalqın musiqi zövqünü formalaşdıran televiziyadır. Bəzən müğənnilərdən kimsə deyir ki, filan mahnı oxunmasa, dəvət etmirlər, çörək pulu qazanmaq olmur. Amma biz böyüklərimizdən nələr eşidirdik? Deyirdilər ki, mənim toyumda Əlibaba Məmmədov, Tələt Qasımov, Hacıbaba Hüseynov oxuyub. İnsanlar öz ev şənliklərinə onları necə dəvət edirdilər? Çünki bu zövqü televiziya formalaşdırırdı. Toyda, şənliklərdə elə insanlar ifa edirdi ki, orada əsl sənət nümayiş olunurdu. Çox az məclis olardı ki, kimsə kənardan gəlsin. O musiqilərlə zövqümüz formalaşdı. Bizim müğənniləri qoyaq qırağa, Cennifer Lopez belə gəlib toylarımızda ifa edib. Ajda Pekkan, Tarkan, Sibel Can və digərləri. Müğənninin yeri səhnədir, toydur. Fərq etməz, səhnədə də, toyda da, konsertdə də tamaşaçılar baxır".
Bu xəbəri də oxu: Azər Zahidi qızı tanınmaz hala saldı VİDEO
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Danışır musiqi" proqramında qonaq olarkən deyib. Sənətçi televiziyaları tənqid edib:
"Səhnədə qurbanları tək mən verməmişəm. 35 ildir həyat yoldaşımla səhnə həyatım üçün qurbanlar veririk. Elə də davam edir. Əfsuslar olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilir. Azad ölkənin azad insanlarıyıq, demokratik ölkədə yaşamağı öyrənməliyik. Demokratika hərc-mərclik, özbaşınalıq, istədiyini danışmaq deyil. Gənclər böyüyür. Onlar ailəsindən tərbiyə görür. Televiziya xalqın güzgüsüdür.
Müxtəlif ölkələrdə olmuşam və birinci gedən kimi ilk işim televiyanı açmaq olur ki, görüm kim kimdir. Bizim televiziyaları açan turist oradan qışqırıq səsləri, bir-birinə təhqir eşidib-görəcək. Qadınlar, kişilər yığışır oraya. Turistlər dilimizi anlamasalar da, onların bir-birilərini qışqırdıqlarını görürlər. Bunları televiyada yox, instaqramda görmüşəm".
B.Dadaşova efirə çıxaraq geyimlərinin qiymətindən, markasından danışanları qınayaraq bu sənətə gəlmək istəyən müğənnilərə təhsil almağı məsləhət görüb:
"Müğənnilər var, do majörü göstər desən, bilmirlər. "La", "fa" haradadır xəbərsizdir. Muğamın ladları, şöbələri var, seygah, mahur hansıdır bilmirlər. Amma Maşallah yaxşı qabağa gedirlər. Bir proqramda qonaq olanda mənə dedilər ki, siz dərs deyin. Söylədim ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Sən demə bunları demək lazım imiş. Mən bunu deməyi bacarmıram. Mənimki oxumaqdır. Hər şeyi necə şişirtmək lazımdır bacarmıram. Səhnəyə çıxmaq istəyən gənclər gəlib təhsil alsınlar. Bir insanın təhsili varsa, o, çıxıb efirdə paltardan, geyimdən, onun qiymətindən, markasından heç vaxt danışmaz. Musiqidən danışın".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Rusiyada Yeni il ərəfəsində əziz bir arzunu kağıza yazmaq, yandırmaq, k�
Azərbaycanın əksər bölgələrinə yağan güclü qar Şamaxının bəzi kə
Rayonun Ağalı kəndində qarın yaratdığı mənzərə daha cəlbedicidir.
Biznes təlimçisi, psixoloq və motivator Alina Malinina yeni ildə maliyyə sa
İctimai TV-nin efirində yayımlanan "Milyonların şousu"nda böyük
Tenerife adasında bələdiyyə küçədə göyərçin bəsləyən qadını cər
Süfrə sirkəsi əlavə xərc çəkmədən evinizdə və ya mənzilinizdə kifd
Xəbər verdiyimiz kimi, Şamaxı-İsmayıllı yolunu buz bağlaması səbəbind
"Voyniç" əsrlər boyu sirri açıla bilməyən bir kitabdır. Artıq
Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraz
Zaman hər kəsə qarşı amansız davranır. İllər gəncliyi və gözəlliyi
Fransada külli miqdarda pul səhv dizayn edildiyinə görə məhv edilib.
Moskva yaxınlığındakı Jukovskidən Düşənbəyə uçan təyyarədə qız u