Prezidentin yürütdüyü siyasət dövlətimizin və xalqımızın milli maraqlarına xidmət edir
Digərləri 11 Yan 2024 22:30:00 139 0
Prezident İlham Əliyevin yerli media ilə görüşləri artıq xarakterik hal alıb. Bu dəfə də dövlət başçısı müsahibəsində bir çox vacib məsələlərə toxundu.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət dövlətimizin və xalqımızın milli maraqlarına xidmət edir. Vətən müharibəsində qazanılan tarixi Zəfər də öz gücünü məhz bu siyasətdən alır.
"Prezident İlham Əliyev yürütdüyü xarici və daxili siyasətlə bütün dünyaya dəfələrlə sübut edib ki, Azərbaycanın daxili işinə qarışmaq, ona təzyiq göstərmək mümkün deyil. Vətən müharibəsi və ondan sonrakı dönəmdə biz bunun şahidi olduq. Ötən il uğurlu lokal anti-terror əməliyyatından sonra Azərbaycanın suverenliyi tam təmin edildi.
Qarabağ probleminin artıq tarixdə qalması və ərazi suvernliyimizin tam bərpası ilə böyük bir dövrə yekun vuruldu. Artıq Azərbaycan üçün yeni dövr, hətta yeni inkişaf erası başlayır da deyə bilərik. Yeni dövrün başlanğıcı isə 7 fevral Prezident seçkiləri olacaq", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu əlavə edib ki, Azərbaycanın yeni inkişaf mərhələsi artıq başlayıb.
"Bu gün biz nəzər salsaq, görərik ki, azad olunmuş ərazilərdə çox geniş miqyaslı bərpa və quruculuq işlərinin getdiyinin şahidi olarıq. Soydaşlarımızın öz doğma torpaqlarına təhlükəsiz və firavanlıq içərisində qayıtması təmin olunur. Onların orada məşğulluq və digər məsələləri həll olunur. Prezident İlham Əliyev də müsahibəsində bu məsələlərə növbəti dəfə aydınlıq gətirdi" , - deyə A.Qarayev əlavə edib.
A.Qarayev bildirib ki, sülh müqaviləsi ilə bağlı da Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini növbəti dəfə bəyan etdi.
"Bugün biz görürük ki, müxtəlif dövlətlər, təşkilatlar Ermənistanı ələ alaraq Azərbaycana müəyyən təsir və təzyiq etməyə çalışırlar. Lakin bu cəhdlərin heç bir səmərəsi yoxdur. Azərbaycan heç bir zəmanətçilərə ehtiyac duymur və sülhün ikitərəfli formatda imzalanmasının tərtəfdarıdır.
Digər vacib məsələ isə sərhədlərin müəyyənləşdirilməsidir. Burada da Azərbaycanın mövqeyi qətidir. Ermənistan və onun havadarları sərhədlərin müəyyənləşdirilməsi üçün ötən əsrin 70-ci illərin xəritələrini əsas götürmək istəyir. Azərbaycan bununla razı ola bilməz" , - deyə A.Qarayev əlavə edib.
Ermənistanın silahlandırılması və gələcəkdə Azərbaycana təhdid ola bilməsi məsələsinə də toxunan polkovnik qeyd edib ki, Azərbaycana qarşı istənilən açıq təhlükə dərhal məhv ediləcək.
"Prezident İlham Əliyev bu fikri səsləndirməklə eyni zamanda Ermənistandakı revanşistlərə və onlara havadarlıq edənlərə açıq və sərt mesaj vermiş oldu. Onların Ermənistanı silahlandırması və Ermənistan hakimiyyətinin onların vədlərinə aldanması rəsmi İrəvan üçün ciddi acı nəticələrlə yekunlaşa bilər. Bütün bunları nəzərə alaraq Ermənistan tərəfi Azərbaycanın slüh təkliflərini yüksək dəyərləndirməli və adekvat addımları intensivləşdirməlidir" , - deyə A.Qarayev əlavə edib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Amerikalı tiktoker Marsella Hill təsadüfən qohumu ilə evləndiyini aşkar e
Xalq artisti Emin Ağalarov bacısı Şeylayla bağlı paylaşım edib. Son.a
"Şərəf" ordeni ilə təltif olunmağımdan yeni xəbər tutdum"
Azərbaycan Prezidenti İlham Əliyev də il ərzində bir neçə dəfə mövcud
Mütəxəssislər hazır qəhvənin həqiqətən zərərli olub-olmadığını a
"Bundan sonra daha müharibə vəziyyətində olmayacağıq".
Amerikalı tiktoker Marsella Hill təsadüfən qohumu ilə evləndiyini aşkar e
"Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident s
Kanadalı tədqiqatçılar intim partnyorun zorakılığa meyilli olduğunu gös
Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin b
İKT üzrə ekspert Osman Gündüz Azərbaycanda bank kartları ilə ödənişl�
Tərtərdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi
Dələduzluqda ittiham olunan Bitmama təxəllüsü ilə tanınan bloger Valeriy
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkə iqtisadiyyat
Səudiyyə Ərəbistanı 2024-cü ildə ümumi məbləği 12 milyard dollar olan