Bakıda tramvay xətti bu ərazilərdən keçəcək


Digərləri 11 Yan 2024 12:54:00 175 0

Bakıda tramvay xətti bu ərazilərdən keçəcək

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

Son.az baku.ws-ə istinadən bildirir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Planda qeyd olunur ki, Bakıda infrastrukturun yenidən aktivləşdirilməsi və daha səmərəli istifadə olunması planlaşdırılır. 

Bunun nəticəsi olaraq tramvay - elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

Məlumat üçün bildirək ki, 2027-ci ilə qədər tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi belə olacaq:

• Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi; • mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması; • giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidin asanlaşdırılması; • əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu ilə əlaqələndirilməsi; • Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi.

"Ağ şəhər" və "Port Baku" ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi:

• "Ağ şəhər" bulvarı xəttinin yaradılması; • Mərkəzi "Ağ şəhər" xəttinin salınması.

28 May dəhlizinin inkişafının davam etdirilməsi:

• Mərkəzi Bakı Stansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionu arasında birbaşa əlaqənin yaradılması; • Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı; • şəhər daxilinə birbaşa və mərkəzi Şimal-Cənub əlaqəsinin yaradılması; • yaşıl və qırmızı metro xətləri arasında əlaqənin qurulması.

Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi:

• dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması.

Gələcək inkişaf - 2040-cı il

Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması:

• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi; • cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi.

Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi:

• relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması; • Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu. nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi; • "Təmiz Şəhər" ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat vasitəsilə əlaqələndirilməsi; • "Ağ şəhər"in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin daha da genişləndirilməsi; • Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi.

Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması:

• Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi; • Dərnəgül dəmir yolu magistralına qoşulma; • dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması; • şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi).

Bakının Baş Planına əsasən tramvay və dəmir yolu xəttinin şərti xəritəsini təqdim edirik:

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Rihanna sevgililər günü kolleksiyasını like
  • 11 Yan 12:27  
Şou-biznes Rihanna sevgililər günü kolleksiyasını

Dünya şöhrətli müğənni Rihanna sevgililər günü kolleksiyasını təqdi

arrow Ətraflı
Səhiyyə Nazirliyindən əhaliyə like
  • 11 Yan 10:28  
Digərləri Səhiyyə Nazirliyindən əhaliyə

Qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazis

arrow Ətraflı
Bakıda silah səsləri like
  • 11 Yan 10:25  
Digərləri Bakıda silah səsləri

Yanvarın 10-da saat 20 radələrində Pirallahı rayonu ərazisində bir nəfə

arrow Ətraflı
Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib like
  • 11 Yan 10:25  
Dünya Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib

Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sı�

arrow Ətraflı
Bakıda "Prius" "Mustang"la toqquşdu like
  • 11 Yan 10:17  
Digərləri Bakıda "Prius" "Mustang"la toqquşdu

Bakıda "Toyota Prius" və "Mustang" markalı avtomobilləri

arrow Ətraflı
Bakıda evlər bahalaşacaq – Qiymətlər like
  • 11 Yan 10:09  
Digərləri Bakıda evlər bahalaşacaq – Qiymətlər

Ötən ilə nəzər salsaq görərik ki, əmlak qiymətlərində 25-30%-dək art

arrow Ətraflı
Azərbaycanlı tələbə vəfat etdi   FOTO like
  • 11 Yan 10:06  
Digərləri Azərbaycanlı tələbə vəfat etdi FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin l kurs tələbəsi Vaq

arrow Ətraflı
Röyanı konsertində belə yıxdılar  VİDEO like
  • 11 Yan 09:56  
Şou-biznes Röyanı konsertində belə yıxdılar VİDEO

Xalq artsti Röya Ayxanın başına iş gəlib.

arrow Ətraflı
Yanacaqdoldurma məntəqəsində partlayış: like
  • 11 Yan 09:48  
Digərləri Yanacaqdoldurma məntəqəsində partlayış:

Türkiyədə yanacaqdoldurma məntəqəsində qorxunc partlayışın görüntül

arrow Ətraflı
Bu günə qədər qrip əleyhinə vaksin vurulanların sayı açıqlandı like
  • 11 Yan 09:44  
Digərləri Bu günə qədər qrip əleyhinə vaksin vurulanların sayı açıqlandı

2023-2024-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan

arrow Ətraflı
Əməkdar artist: "Lüt gəzənlərə heç nə olmur" like
  • 11 Yan 09:41  
Şou-biznes Əməkdar artist: "Lüt gəzənlərə heç nə olmur"

"Lüt gəzənlər də var, özünü apara bilməyənlər də. Amma onlara h

arrow Ətraflı
Şəmkirdə 3 otaqlı ev yandı like
  • 11 Yan 09:36  
Digərləri Şəmkirdə 3 otaqlı ev yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmk

arrow Ətraflı
Bu nazirliklər Ağdama və Gəncəyə köçürülə bilər like
  • 11 Yan 09:31  
Digərləri Bu nazirliklər Ağdama və Gəncəyə köçürülə bilər

Bakının Baş Planının təsdiq olunması vacib məslədir. Milli Məclisdə d

arrow Ətraflı
Eşqlərini gizlətmirlər... like
  • 11 Yan 09:25  
Şou-biznes Eşqlərini gizlətmirlər...

Aktrisa Serenay Sarıkaya və müğənni Mert Demir eşqlərini elan edib.

arrow Ətraflı