Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində daha iki həyət yenilənərək sakinlərin istifadəsinə verilib


Digərləri 09 Yan 2024 20:46:00 157 0

Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində daha iki həyət yenilənərək sakinlərin istifadəsinə verilib

Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi 42 və Bakıxanov qəsəbəsi Sakit Qocayev 25, 25a, 25b, 27 və 27c ünvanlarında 4600-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq, sakinlərin istifadəsinə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Yeni il bayramı ərəfəsində keçirilən tədbir zamanı abadlaşdırılan həyətin azyaşlı sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.

"Bizim həyət" layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə 16 söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik xətləri yenidən çəkilib.

Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 650 ədəd müxtəlif növ ağaclar, 19100 ədəd kol əkilib, 3542 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək "yaşıl sədlər" yaradılıb.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan "Bizim Həyət" layihəsi çərçivəsində bu günədək 149 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

Xüsusi olaraq qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin qaynar xətti 1113 və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.

Bakıda 4 yaşlı uşaq 53 maqnit udub like
  • 09 Yan 20:27  
Digərləri Bakıda 4 yaşlı uşaq 53 maqnit udub

Bakıda 4 yaşlı uşaq 53 ədəd maqnit oyuncaq udub.

arrow Ətraflı
Blinkenlə Netanyahunun görüşünün təfərrüatları like
  • 09 Yan 20:20  
Dünya Blinkenlə Netanyahunun görüşünün təfərrüatları

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin Baş naziri Benyamin Netanyahu i

arrow Ətraflı
Minlərlə insan etiraz aksiyası etdi like
  • 09 Yan 20:14  
Dünya Minlərlə insan etiraz aksiyası etdi

Banqladeşdə minlərlə insan seçkilərin nəticəsi ilə razılaşmayaraq, pa

arrow Ətraflı
Generalın qardaşı oğlu HƏBS EDİLDİ  FOTO like
  • 09 Yan 20:11  
Kriminal Generalın qardaşı oğlu HƏBS EDİLDİ FOTO

İmişli şəhər icra nümayəndəsinin müavini Elvin Heydər oğlu Babayev h�

arrow Ətraflı
"25 ildir onun çörəyini yeyirəm" like
  • 09 Yan 19:58  
Şou-biznes "25 ildir onun çörəyini yeyirəm"

"25 ildir "Taleyim" mahnısının çörəyini yeyirəm".

arrow Ətraflı
Döyüş mövqeyində güllələnən erməni zabitin like
  • 09 Yan 19:53  
Digərləri Döyüş mövqeyində güllələnən erməni zabitin

Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin

arrow Ətraflı
“Yeni terrorun qarşısı alınıb” like
  • 09 Yan 19:29  
Digərləri “Yeni terrorun qarşısı alınıb”

Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ordusunun yeni PUA hücumunun qarşısın

arrow Ətraflı
İranda daha bir partlayış: like
  • 09 Yan 19:25  
Digərləri İranda daha bir partlayış:

İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü

arrow Ətraflı
Rüfət Piriyev haqda kütləvi şikayət like
  • 09 Yan 19:19  
Digərləri Rüfət Piriyev haqda kütləvi şikayət

Sosial şəbəkələrdə "Abroad" MMC-nin rəhbəri və "Greencar

arrow Ətraflı
Azərbaycan vətəndaşları bu ölkəyə vizanı like
  • 09 Yan 18:55  
Digərləri Azərbaycan vətəndaşları bu ölkəyə vizanı

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını art�

arrow Ətraflı
"Yazıq Elgiz, adam nə qədər verilişdən "fırrr" edib çıxanların ardından baxar?" like
  • 09 Yan 18:50  
Şou-biznes "Yazıq Elgiz, adam nə qədər verilişdən "fırrr" edib çıxanların ardından baxar?"

Tanınmış aparıcı İradə İsak sosial şəbəkə hesabından paylaşımı i

arrow Ətraflı
Qazaxıstan prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcək like
  • 09 Yan 18:48  
Digərləri Qazaxıstan prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək və F

arrow Ətraflı
“Möhtəşəm Yüzyıl”ın Hürrəmi "Maşa" oldu like
  • 09 Yan 18:43  
Şou-biznes “Möhtəşəm Yüzyıl”ın Hürrəmi "Maşa" oldu

"Möhtəşəm Yüzyıl" serialında Hürrəm Sultan obrazını canland

arrow Ətraflı