Dünyanın ən tənha adamı
Dünya 09 Yan 2024 03:05:00 293 0
93 yaşlı argentinalı Pablo Novak "dünyanın ən tənha adamı" ləqəbini alıb. O, 25 ildir ki, sel suları altında qalan "qorxulu şəhər" adı verilən Epekuenada yaşayır.
Bu xəbəri də oxu: Xəstəxanada dəhşətli hadisə: Xəstənin gözləri
Son.az sfera.az-a istinadən bildirir ki, Pablo Novak sel nəticəsində dağılan, bir vaxtlar çiçəklənən turizm mərkəzinin yeganə sakinidir.
Pablo Novak 1985-ci ildə daşqından sonra doğma kəndinə qayıdıb. O, bir zamanlar sürətlə inkişaf edən turizm mərkəzinin yeganə sakinidir. Pablo tez-tez itini boş küçələrdə gəzdirir.
Pablo Novak Buenos-Ayresdən 482 km cənub-qərbdə yerləşən Epekuenada doğulub, burada böyüyüb. 1985-ci ildə fırtına nəticəsində nəhəng dalğa bəndi dağıdıb, nəticədə şəhər 25 il su altında yoxa çıxmışdır. İndi Epakuena qorxunc "kabus şəhəri" adlanır.
Bir vaxtlar sevimli turistik məkan olan, 5000 insanın yaşadığı yer, 2009-cu ildə suyun səviyyəsinin düşməsi ilə yenidən canlanıb. Məhz o zaman kişi mal-qarasına baxmaq üçün doğma kəndinə qayıdıb, bağı olan köhnə evdə məskunlaşıb. Yaşayış yeri kiçik və tozlu, paslı stullar, qəzet yığınlarından başqa heçnəyi, hətta elektrik enerjisi olmayıb. Pablo Epekuenə qayıdan yeganə sakin olub. Hətta onun ailəsi belə, qonşu şəhərdə yaşamağa üstünlük verərək, qəsəbəyə qayıtmayıb.
Hər gün iti ilə boş küçələri gəzən kişi jurnalistlərə açıqlamasında təkliyə öyrəşdiyini deyib.
"Mənim yaşımda adam sadəcə həyatdan həzz alır, Epekuena xarabalıqlarını gəzirəm. Ümid edirəm ki, kimsə yaxınlaşıb məndən nəsə soruşacaq".
Qeyd edək ki, Epekuenaya hər il 20 000-dən çox turist gəlib. Şəhərdə yerləşən Laquna Epekuen gölünün müalicəvi xüsusiyyətlərə malik olduğu, revmatizm, dəri xəstəlikləri və depressiya üçün müalicəvi olduğu bildirilir. Ancaq indi buraya çox az sayda və çox nadir hallarda insan gəlir.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya �
Tanınmış yazıçı Çingiz Hüseynov 94 yaşında vəfat edib.
1821-ci ildə vəfat edən Napoleonun yarılmasından sonra Napoleonun cinsiyyə
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində HƏMAS-ın ən
Lloyd Ostinin vəzifəsində qalmasından başqa heç bir plan yoxdur.
"Maliyyə çətinlikləri həm kişilər, həm də qadınlarda libidonu aş
"Tiktok" sosial şəbəkəsində qısa müddətdə məşhurlaşan Nia
Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarük
"Xüsusi hərbi əməliyyat"ın bitməsi, yeni pandemiyalar və nüvə
Ukrayna Silahlı Qüvvələrinin Belqorodu raket atəşinə tutması nəticəsin
Tarzən Rövşən Qurbanov mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı x
"BMT Baş katibi Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürü
"Fransanın Ermənistana göndərdiyi "humanitar yardım" TIR-lar
İsrail ordusu HƏMAS hərəkatının Suriya qolunun lideri Həsən Akaşunu zə