Tanınmış astroloqdan 2024cü il üçün böyük proqnoz...


Digərləri 09 Yan 2024 01:01:00 303 0

Tanınmış astroloqdan 2024cü il üçün böyük proqnoz...

"Xüsusi hərbi əməliyyat"ın bitməsi, yeni pandemiyalar və nüvə silahının tətbiqi..."   "2024-cü ilin sonunda dünyanın bəzi guşələrində nüvə silahından istifadə edilməsi istisna edilmir..."   "Ukraynada "xüsusi hərbi əməliyyat" hüquqi cəhətdən başa çatacaq..."   "İsrail və Fələstin aprel-iyun aylarında razılıq əldə edəcək..."   Tanınmış astroloq Tamara Qloba 2024-cü il üçün böyük proqnoz verib.   Son.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə o, Nadejda Streletsə verdiyi müsahibəsində bölüşüb. Məlumatı "gorodkirov.ru" nəşri yazıb.   Tamara Qlobanın fikrincə, dünyamıza qədəm qoyan yeni ilin ikinci dünya savaşı dövrü ilə astroloji oxşarlığı olacaq.   Bu il həmçinin Yaşıl Taxta Əjdaha ili olacaq. Mifik varlıq olan Əjdaha uğur rəmzidir, sülhə və yeni nəsə yaratmağa çalışanlar müsbət nəticələr əldə edəcək.    Lakin qəzəbli Əjdaha özünün yaratdıqlarını dağıda bilər.   Hərbi münaqişələr harada mümkündür və nüvə silahından potensial istifadə edilməsi   2024-cü il əsasən sülhə və əmin-amanlığa yönəlməyə kömək edəcək. Lakin ilin əvvəli və sonunda Afrika və Latın Amerikasında məhdud hərbi münaqişələr baş verə bilər. Bundan başqa, 2024-cü ilin sonunda dünyanın bəzi guşələrində nüvə silahından istifadə edilməsi istisna edilmir.   Ukraynada "xüsusi hərbi əməliyyat"ın başa çatması   Astrploqun fikrincə, hüquqi cəhətdən Ukraynada "xüsusi hərbi əməliyyat" 2024-cü ildə başa çatacaq. Münaqişənin bütün tərəfləri gözləmə mövqeyi tutacaq, problemlər isə 2029-2031-ci illərdə yenidən kəskinləşəcək. Lakin 2032-ci ildə "yeni era"nın başlanmasını gözləmək olar.   Yaxın Şərqdə münaqişənin çözülməsi   İsrail və Fələstin, ehtimal ki, aprel-iyun aylarında razılığa gələcək. Fələstin tələblərinin bir hissəsini əldə edilməsinə qane olacaq, bu da regionda əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq.   Yeni ildə Rusiyanın perspektivləri   Əcnəbilər yeni şirkətlər yaratmaq və müəssisələr inşa etmək üçün Rusiyaya axışacaq, dövlətə isə onlara nəzarəti gücləndirmək lazım gələcək. Maliyyə böhranı gözlənilmir, lakin müvəqqəti çətinliklər yarana bilər.   Digər ölkələrin perspektivləri   ABŞ prezidenti seçkilərində praqmatik və sülh tərəfdarı olan "üçüncü namizəd" qələbə qazana bilər. Çin və müsəlman ölkələri öz mövqelərini möhkəmləndirəcək, bu zaman Yaponiya iqtisadi tənəzzül və təbii fəlakətlərlə üzləşəcək.    Birləşmiş Ərəb Əmirlikləri enerji təchizatında problemlərlə üzləşə bilər, bu zaman vəziyyətin sabit olacağı Almaniya və Portuqaliya istisna olmaqla Avropada 2030-cu ilin sonunda qarşıdurma gözlənilir.   Maliyyə perspektivləri və ən yaxşı yatırımlar   Astroloq əmanətləri həm rubl, həm də xarici valyitada saxlamağı məsləhət görüb. İlin birinci yarısında Amerika valyutası zirvəyə dönə bilər, lakin payız və qışda ABŞ iqtisadiyyatının tənəzzülü gözlənilir.   Bütün ölkələr rəqəmsal valyutaya keçməkdə davam edəcək, kağız pullar ola bilsin ki, 2026-cı ildən başlayaraq tədricən yoxa çıxacaq. Ən yaxşı investisiyalar kənd təsərrüfatı, torpaq və inşaat sahəsi ilə bağlı olacaq.   Səyahətlər perspektivləri   2024-cü ilin əvvəli və sonunda bəzi ölkələr turistlər üçün bağlana bilər, bir çox ölkələr viza siyasətini sərtləşdirəcək.    Yaxın Şərq, Cənub-Şərqi Asiya, Cənubi Amerika və Latın Amerikasına səyahətlər xeyli çətinləşəcək. Lakin digər ölkələr özlərini itirməyəcək və turist axınını gözləyərək sərhədlərini açacaq.    2024-cü ildə nəqliyyatla bağlı problemlər yarana bilər, çünki köhnə texnika kütləvi şəkildə sıradan çıxacaq. Yeni ilin bayram günləri və növbəti bir neçə ayda, habelə avqust və sentyabrda təyyarələrlə uçuşlardan yan keçmək tövsiyə edilir.   Yeni pandemiyalar və ekoloji fəlakətlər riski   Yeni COVİD-19 pandemiyası gözlənilmir, lakin elmə məlum olmayan yeni infeksion xəstəliklər meydana çıxa bilər. Xüsusilə güclü daşqınlar səbəbindən ekoloji fəlakətlər riski mövcuddur, bu da zəhərli maddələrin su hövzələrinə düşməsinə gətirib çıxara bilər.   Yeni məşhurlar   2024-cü ilin birinci yarısında münaqişələrin nizamlanmasına kömək edən populyar şəxslər- "sülhməramlılar" populyarlıq qazanacaq. Həmçinin "Böyük yeddilik" birliyinə daxil olmayan ölkə siyasətçiləri- "yeni liderlər" mühüm rol oynayacaq.   İT mütəxəssisləri və ixtiraçılar, habelə pedaqoqlar dönmədən diqqət mərkəzində olacaq və onların nailiyyətləri qeyd olunacaq. İdmançılar həmçinin dünya miqyasında öz nailliyyətləri ilə sevindirməkdə davam edəcək.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Belqorod atəşə tutuldu: yaralılar var like
  • 09 Yan 00:57  
Dünya Belqorod atəşə tutuldu: yaralılar var

Ukrayna Silahlı Qüvvələrinin Belqorodu raket atəşinə tutması nəticəsin

arrow Ətraflı
“Fatih”in imamı məsciddə bıçaqlandı like
  • 09 Yan 00:42  
Dünya “Fatih”in imamı məsciddə bıçaqlandı

İstanbulun "Fatih" məscidində bıçaqlı insident baş verib. 

arrow Ətraflı
Tez öləcəyini 20 il əvvəl deyibmiş like
  • 09 Yan 00:36  
Şou-biznes Tez öləcəyini 20 il əvvəl deyibmiş

Tarzən Rövşən Qurbanov mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı x

arrow Ətraflı
BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk like
  • 09 Yan 00:30  
Dünya BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk

"BMT Baş katibi Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürü

arrow Ətraflı
HƏMASın Suriya qolunun lideri məhv edildi like
  • 09 Yan 00:19  
Dünya HƏMASın Suriya qolunun lideri məhv edildi

İsrail ordusu HƏMAS hərəkatının Suriya qolunun lideri Həsən Akaşunu zə

arrow Ətraflı
At qəzaya səbəb oldu like
  • 09 Yan 00:14  
Digərləri At qəzaya səbəb oldu

Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub.

arrow Ətraflı
4 ölkə İrana qarşı bəyanat yaydı like
  • 09 Yan 00:09  
Dünya 4 ölkə İrana qarşı bəyanat yaydı

Ukrayna, İsveç, Böyük Britaniya və Kanada 2020-ci ilin yanvarında Tehran s

arrow Ətraflı
Daşkəsəndə kömür istehsalının qarşısı alındı like
  • 09 Yan 00:01  
Digərləri Daşkəsəndə kömür istehsalının qarşısı alındı

Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii

arrow Ətraflı
Günün qoroskopu: Emosiyalarınızı cilovlayın, münaqişədən yayının like
  • 09 Yan 00:01  
Digərləri Günün qoroskopu: Emosiyalarınızı cilovlayın, münaqişədən yayının

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İrəvan sülh müqaviləsi ilə bağlı Bakıya əlavə təkliflər təqdim etdi like
  • 08 Yan 23:57  
Digərləri İrəvan sülh müqaviləsi ilə bağlı Bakıya əlavə təkliflər təqdim etdi

Yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı əlavə təklifləri

arrow Ətraflı
İtkin düşmüş yeniyetmə qız məşhur oyun sayəsində tapıldı  FOTO like
  • 08 Yan 23:48  
Dünya İtkin düşmüş yeniyetmə qız məşhur oyun sayəsində tapıldı FOTO

ABŞ-də polis itkin düşmüş yeniyetməni "World of Warcraft" oyunu

arrow Ətraflı
"Bəxt üzüyü"nün məşhur aktrisasının qızı şok faktları açıqladı like
  • 08 Yan 23:38  
Şou-biznes "Bəxt üzüyü"nün məşhur aktrisasının qızı şok faktları açıqladı

AzTV-də yayımlanan "Yüz ilin sirləri" verilişi  "Bəxt üz�

arrow Ətraflı
2024cü il üçün maliyyə falı – Bürcləri nə gözləyir? like
  • 08 Yan 23:31  
Digərləri 2024cü il üçün maliyyə falı – Bürcləri nə gözləyir?

Ulduzlar hər bir bürc üçün unikal imkanlar və çağırışlar vəd edir ki

arrow Ətraflı
Ukrayna yeni böyük hücuma keçə bilər like
  • 08 Yan 23:28  
Dünya Ukrayna yeni böyük hücuma keçə bilər

Ukrayna F-16 təyyarələrini aldıqdan sonra hücum edə bilər.

arrow Ətraflı