"Azərbaycan məqsədinə nail oldu"
Siyasət 18 Sen 2023 15:48:00 400 0
Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılığın əldə olunması Azərbaycanın növbəti qələbəsidir. Ermənistan və havadarları çox çalışdılar ki, bu yolun açılmasına mane olsunlar, lakin onların bu cəhdləri, həmişəki kimi, uğursuzluğa düçar oldu. Azərbaycan, hər zamankı kimi, bu məsələdə də prinsipal və qətiyyətli mövqe ortaya qoydu, bütün təzyiqlərə və təxribatlara layiqli cavab verməklə haqlı mövqeyindən geri çəkilmədi və sonda öz məqsədinə nail oldu.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın öz suveren hüquqlarının həyata keçirilməsinin növbəti mərhələsidir.
"44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Müəyyən müddət Azərbaycan Laçın yoluna hər hansı bir nəzarət etmədən hərəkətə şərait yaratdı, amma məlum oldu ki, Ermənistan bundan sui-istifadə edir, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə Ermənistan hərbi texnikası daşınır, bu hərbi sursatdan Azərbaycana qarşı aktiv istifadə edilir.
Bunların qarşısını almaq üçün Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi qurmağa məcbur oldu. Eyni zamanda, Azərbaycan tələb etdi ki, yüklər təkcə Laçın yolu ilə daşınmalı deyil, Ağdam-Xankəndi yolundan da istifadə edilməlidir", - deyə deputat bildirib.
Daha geniş videomüsahibəni təqdim edirik:
Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Na
Sosial Tədqiqatlar Mərkəzi (STM) yaxın gələcəkdə Azərbaycan və Erməni
Dörd il əvvəl Baş nazir postundan gedən Novruz Məmmədov vəzifədə oldu
Müğənni Nura Suri küləkli havarlarda internetin olmamasından şikayətlən
İranda sınaq uçuşu zamanı pilotsuz uçuş aparatı (PUA) Gülüstan əyalə
Naxçıvan Şəhər İcra Hakimiyyətində yoxlamalar başa çatdırılıb.
Prezident İlham Əliyev 4 avqust 2003-cü il tarixli fərmanı ilə təsdiq edi
Ağdam-Xankəndi yolunun və Laçın yolunun yük maşınları üçün paralel a
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olundu
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevə
Birinci Qarabağ Müharibəsi zamanı itkin düşən şəxslərin meyit qalılqa
Supermodel Bella Hadid laym xəstəliyinin müalicəsini başa vurduqdan sonra i
Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avt
Ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı q